Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-15/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxx» (Azərbaycan) ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 139239-CNS- 13983/1 saylı “Nağd pul krediti müqaviləsi dəyişiklik və əlavələr edilməsi barədə” Razılaşmaya əsasən 2640,49 ABŞ dolları məbləğində əsas borc, 330,52 ABŞ dolları məbləğində faiz borcu, 68,63 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3039,64 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi” üzrə 1845,79 ABŞ dolları məbləğində əsas borc, 328,80 ABŞ dolları məbləğində faiz borcu, 110,48 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2285,07 ABŞ dolları məbləğində pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(101)-11775/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək İddiaçı ASC ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 139239-CNS-13983/1 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2640,49 ABŞ dolları məbləğində əsas borc, 717,82 ABŞ dolları məbləğində faiz borcu, 68,63 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3426,94 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 1845,79 ABŞ dolları məbləğində əsas borc, 292,91 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək 5 faiz hesabı ilə 3,59 ABŞ dolları məbləğində faiz borcu, 110,48 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2252,77 ABŞ dolları məbləğində pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139239-CNS-13983 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7860 ABŞ dolları məbləğində kredit verilmişdir. O bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139239-CNS-13983 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixinə olan borcu 2723 ABŞ dolları məbləğində müəyyən olunmaqla illik 22 faiz hesablanması şərti ilə 33 ay müddətinə uzadılmışdır. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədi ilə illik 32 faiz hesablanması şərti ilə 24 ay müddətinə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. xx.xx.2016-cı il tarixli 139239-CNS-13983/1 saylı “Nağd pul krediti müqaviləsi” üzrə Cavabdeh əsas borc üzrə 2640,49 ABŞ dolları, faiz borcu üzrə 717.82 ABŞ dolları, cərimə üzrə borcu üzrə 68,63 ABŞ dolları, ümumilikdə isə 3426.94 ABŞ dolları borcu mövcuddur. xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi” üzrə 1845,79 ABŞ dolları məbləğində əsas borc, 292,91 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək 5 faiz hesabı ilə 3,59 ABŞ dolları məbləğində faiz borcu, 110,48 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2252,77 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 139239-CNS-13983 saylı nağd pul kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 22 % hesablanmaqla 7860 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli Nağd Krediti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixə mövcud olan borcu 2723,00 ABŞ dolları məbləğində borcu kapitallaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi”ndən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi illik 32 % hesablanmaqla 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit kartı müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixinə 1845.79 ABŞ dolları əsas borc, 292.91 ABŞ dolları faiz borcu, illik 5 % 3.59 ABŞ dolları, 110,48 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2252,77 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixli 139239-CNS-13983/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2021-ci il tarixinə 2640.49 ABŞ dolları əsas borc, 330.52 ABŞ dolları faiz borcu, 68,63 ABŞ dolları cərimə borcu olmaqla, ümumilkidə 3039,64 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş xx.xx.2020-ci tarixli 9\3864 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı razılaşma müqaviləsinin və xx.xx.2014-cü il tarixli, 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi” nin qeyd olunan şərtləri əsas götürməklə Cavabdeh İddiaçı” ASC-yə xx.xx.2016-cı il tarixli 01 saylı kredit razılaşması üzrə olan 2627,78 ABŞ dolları əsas borc, 717,82 ABŞ dolları faiz borcu və xx.xx.2014-cü il tarixli, 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi” üzrə əsas borc üzrə 1840,78 ABŞ dolları, faiz borc üzrə 722,11 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «xxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 139239-CNS-13983 saylı nağd pul kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 22 % hesablanmaqla 7860 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi üzrə Cavabdeh 24 ay müddətinə illik 32 % hesablanmaqla 1900 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda Cavabdeh xx.xx.2016-cı il tarixli 139239- CNS-13983/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə xx.xx.2021-ci il tarixinə 2640.49 ABŞ dolları əsas borc, 330.52 ABŞ dolları faiz borcu, 68,63 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 3039,64 ABŞ dolları məbləğində və xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit kartı müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixinə 1845.79 ABŞ dolları əsas borc, 292.91 ABŞ dolları faiz borcu, illik 5 % 3.59 ABŞ dolları, 110,48 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2252,77 ABŞ dolları məbləğində borcu vardır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. «xxxx» (Azərbaycan) ASC-nin iddiasının gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli 139239- CNS-13983/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə 68.63 ABŞ dolları tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən 20 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit kartı müqaviləsi” üzrə 110,48 ABŞ dolları yüksək dəbbə pulu azaldılmalı 10 ABŞ dolları məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli 139239-CNS-13983/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə 2640.49 ABŞ dolları əsas borc, 330.52 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2991,01 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit kartı müqaviləsi” üzrə 1845,79 ABŞ dolları, faiz borcu üzrə 292,91 ABŞ dolları, 5 % hesabı ilə 3,59 ABŞ dolları, 10 ABŞ dolları cərimə və 20 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» (Azərbaycan) ASC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat və 10(on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 139239-CNS-13983/1 saylı "Nağd pul krediti müqaviləsi" üzrə 2640.49 ABŞ dolları əsas borc, 330.52 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2991,01 (iki min doqquz yüz doxsan bir ABŞ dolları, bir sent) ABŞ dolları və xx.xx.2014-cü il tarixli 139239-1-13534 saylı “Kredit xətti müqaviləsi”nə əsasən əsas borc üzrə 1845,79 ABŞ dolları, faiz borcu üzrə 292,91 ABŞ dolları, 5 % hesabı ilə 3,59 ABŞ dolları, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2152,29 (iki min yüz əlli iki ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları(pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat və 10(on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-15/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-15/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver