Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1525/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat məbləğində tutulan alimentin miqdarının artırılması və uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiyaya dair xərcin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Xəzər rayon Qeydiyyat şöbəsində 48 nömrə ilə qeydə alınmışdır. Birgə ailə münasibətlərindən xx.xx.2019-cu il tarixdə X2 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasən Cavabdeh ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Ötən vaxt ərzində cavabdehin verdiyi 130 manat məbləğində aliment uşağın tələbatını ödəməyə imkan vermir. Uşağın böyüməsi ilə əlaqədar xərcləri artıb. O, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Bu xərclərin bir qismini ata kimi ödəməsi cavabdehin vəzifəsidir. 2024-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Cavabdehin kifayət qədər qazancı var və onun aliment ödəməyə maddi imkanı vardır. Halhazırda cavabdeh avtomobil satışı ilə və taksi fəaliyyəti ilə məşğul olmaqla yaxşı gəlir əldə edir. Vergi ödəyicisi kimi qeydiyytdan keçmişdir. (VÖEN **********). Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.
Tərəflərin izahatları
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirmiş və eyni zamanda qeyd etmişdir ki, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyindən övladının saxlanması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tələb edir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir. Belə ki, onun qeyd olunan miqdarda aliment ödəmək üçün maddi imkanı yoxdur. Əvvəl taksi fəaliyyəti ilə məşğul olmuş, hazırda ofisiant olaraq işləyir aylıq qazancı 300-400 manatdır. Ata və anası xəstədir və onlara o baxır. Cəmi hər ay 150 manat məbləğində aliment ödəyə bilər.
İş materialları.
5. AZ-İV seriyalı, 333900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalması və onun saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
İşin faktiki halları
7. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 adlı övadları anadan olmuşdur. Daha sonra, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulan uşağının ananın yanında qalması müəyyən edilmiş və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 130 manat aliment tutulması qət edilmişdir. Hazırkı mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə onun himayəsində olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayan övladının tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh tərəf isə iddia tələbi ilə razı olmadığını və cəmi hər ay 150 manat məbləğində aliment ödəmə razı olduğunu bildirir. Cavabdeh etirazını onunla əsaslandırır ki, onun qazancı tələb edilən aliment məbləğini ödəməyə kifayət etmir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X2 anasının himayəsindədir. İddiaçının himayəsində saxlanılan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 130 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçı öz tələbində övladının saxlanılması üçün təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 235 manat məbləğinə təyin edilməsini və tələbinin əsası kimi 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsinə əsaslansa da, lakin cavabdehin qeyd olunan miqdarda aliment ödəmək üçün kifayət qədər maddi imkana malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Düzdür, cari ildə uşaqlar üçün müəyyən edilən yaşayış minimumu həddi aliment məbləğlərinin müəyyən edilməsi zamanı nəzərə alınmalı əsas meyarlar sırasında olsa da, lakin, təkcə bu meyar aliment məbləğini hər bir halda cari il üçün müəyyən edilən yaşayış minimumu həddində müəyyən edilməsi üçün yeganə və həlledici əsas deyildir. Aliment məbləği təyin edilərkən, digər meyarlar, məsələn, uşağın yaşı, həyat tərzi, məşğuliyyətləri, sağlamlıq vəziyyəti, tərəflərin maddi vəziyyətləri və s. hallar da nəzərə alınmalıdır ki, gələcəkdə icrası qeyri-mümkün məhkəmə aktı qəbul edilməsin. Hazırkı işdə cavabehin rəsmi əmək haqqısının olması müəyyən edilmədi. Digər tərəfdən də müəyyən edildi ki, onun adına VÖEN olsa da, lakin hazırda aktiv deyildir. Cavabdeh izahatında bildirdi ki, onun gündəlik qazancı 10-20 manat olur, ayda 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Eyni zamanda o da müəyən edildi ki, iddiaçının rəsmi əməkhaqqısı 1900 manat təşkil edir. Məhkəmə cavabdehin hər ay 150 manat aliment təyin edilməsi təklifinə münasibətdə qeyd edir ki, cavabdehin təklif etdiyi məbləğ uşağın minimum dolanacaq xərclərinin qarşılanması üçün yetərli deyildir və cari il üçün minimum dolanacaq xərclərinə (235 manat) yaxın hesab edilə bilməz. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulan övladlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləğində təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf də, övladının saxlanılmasında və maddi ehtiyaclarının qarşılanmasında iştirak etməlidir. Bu ailə qanunvericiliyi ilə onun üzərinə qoyulan başlıca vəzifələrdən biridir.
16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 2(010)-2746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Sadıqlı Zərı̇ fə Faı̇ q qızına ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı Sadıqlı Zərı̇ fə Faı̇ q qızına ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov