Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1533/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə “xxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək 3464,85 ABŞ dolları əsas, 500,49 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3965,34 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində məhkəmə xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı məbləğinin tutulub iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “xxxxxxxx” ASC-nə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, İ1/0023/KBKsaylı“Kredit müqaviləsi”nə əsasən, cavabdehə dövriyyə vəsaitinin artırılması üçün 36 aymüddətinə, illik 23% faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dollarıməbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh2 qızı ilə “xxxxxxxx” ASC arasında bağlanmışxx.xx.2016-cı il tarixli Sazişə əsasən xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı Kredit müqaviləsi restruktizasiya olunaraq, kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilib kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləğinə əsas borc faizindən qalan 167 (bir yüz altmış yeddi) ABŞ dolları məbləği əlavə olunaraq kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi azaldılaraq illik 20% dərəcəsi təyin edilmişdir. Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək kredit müqaviləsinin müddəti 24 ayuzadılmışdır. Nəticədə Cavabdeh1ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin ümumi məbləği 6167 (altı min yüz altmış yeddi) ABŞ dolları, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 20%və kredit müqaviləsinin ümumi müddəti isə 60 aytəşkil etmişdir. Cavabdehlə bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı “kredit müqaviləsi”nin təminatı qismində, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış və 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzil xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı ipoteka Müqaviləsinə əsasən ipotekaya qoyulmuş və buna əsasən Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən həmin «İpoteka müqaviləsi» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli ipoteka yüklülüyünə dair Çıxarış verilmişdir. Həmçinin kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin 3.1.5 yarımbəndinə əsasən, “Bank” bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən müqavilənin həmin bəndində qeyd olunan hallarda birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verir və verilmiş kreditin yerdə qalan əsas məbləğ və ödəniş qrafiki üzrə yerdə qalan bütün faizlərlə birlikdə qaytarılmasını “Kreditalan”dan tələb edir. Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişləri müqavilənin bağlandığı tarixdən xx xxx 2019-cu il tarixinə qədər həyata keçirsə də, mütəmadi olaraq gecikmələrə yol vermiş, borcunu tam qaytarmamış və kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddiaçı "İddiaçı" ASC xx.xx.2018-ci ildə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə" dair iddia tələbi ilə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(010)- 779/2019 saylı qərardadı ilə (sədrlik edən Tural Məmmədov) iddia baxılmamış saxlanılmışdır. Mülki işin baxılmamış saxlanılması Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar olmuşdur. Problemli kreditlərlə bağlı kompensasiya məbləğinin hesablanması, habelə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı restrukturizasiya olunmalı kreditlərin siyahısı barədə məlumatlar Azərbaycan Respublikası Maliyyə X4 tərəfindən Banklara təqdim olunan siyahıya uyğun həyata keçirilir. Qeyd edilən Fərmanın icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixindən bügünə qədər Azərbaycan Respublikası Maliyyə X4 tərəfindən "İddiaçı" ASC-yə ümumilikdə 4 (dörd) dəfə siyahı təqdim edilmişdir ki, həmin siyahılarda Cavabdeh1 ilə "İddiaçı" ASC arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 11/0023/KBKsaylı kredit müqaviləsinin restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh1 ilə "İddiaçı" ASC arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyin restrukturizasiya edilməsi Palata tərəfindən "İddiaçı" ASC-yə təklif edilməmiş və bu barədə Palatanın rəsmi saytından müvafiq çıxarış da məhkəməyə təqdim edilmişdir. Hazırki mülki iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi “Fərman”ın təsir dairəsinə düşmədiyindənvə bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyəti də "İddiaçı" ASC-nin deyil, Azərbaycan Respublikası Maliyyə X2 məxsus olduğundan və "Fərman”ın icra olunması müddəti bitdiyindən hesab edirlər ki, “Fərman”ın təsir dairəsinə düşməyən kredit müqaviləsiilə əlaqədar mübahisəyə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, mübahisənin məhkəmədən kənar həll edilməsi (“Fərman ”ın icrası yolu ilə) yolu artıq mümkün deyildir. Hazırda cavabdehin İddiaçı ASCnə xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsi üzrə3 464,85 (üç min dörd yüz altmış dörd dollar, 85 sent) ABŞ dolları məbləğində əsas borc və kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən500,49 (beş yüz dollar, 49 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3 965,34 (üç min doqquz yüz altmış beş dollar, 34 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək, göstərdi ki, o, göstərilən kredit borcunu iddiaçı təşkilatdan manat ilə götürmüşdür. Sonradan ölkədə baş verən devalvasiya nəticəsində ödəniş qabiliyyətində porblemlər yaranmışdır. Hazırda da borcu birdəfəyə ödəmək üçün maddi imkanı yoxdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Cavabdeh1 ilə "İddiaçı" ASC arasında xx xxxxxx 2015-ci il tarixli, 11/0023/KBK nömrəli kredit müqaviləsinə əsasən borc verən təmir məqsədi ilə borc alana 36 ay müddətinə, illik 23 % şərtilə 6000 (altı min) ABŞ dolları verməyi öhdəsinə götürmüş, borc alan isə həmin borcu faizi ilə birlikdə hər ay geri qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh1 ilə "İddiaçı" ASC arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 11/0023/KBK saylı Kredit müqaviləsinin restruktizasiyasına dair xx xxxxxx 2016-cı il tarixli Sazişdən görünür ki, tərəflər arasındakı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi restruktizasiya olunmuş, kredit müqaviləsi üzrəverilən kreditin ümumi məbləğinə əsas borc faizindən qalan 167 (bir yüz altmışyeddi) ABŞ dollarıməbləği əlavə olunaraq kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə dəyişiklik edilərək kreditdən istifadəyə görə faiz dərəcəsi azaldılaraq illik 20% faiz dərəcəsi təyin edilmişdir. Kredit müqaviləsinin 6.10-cu bəndinə dəyişiklik edilərək kredit müqaviləsinin müddəti 24 ayuzadılmışdır. Nəticədə Cavabdeh1ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin ümumi məbləği 6167 (altı min yüz altmış yeddi) ABŞ dolları, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 20%və kredit müqaviləsinin ümumi müddəti isə 60 aytəşkil etmişdir. - Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc alan Cavabdeh1 götürdüyü kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. - Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 11/0023/KBK nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış, 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxxxxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış, 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzilin bazar dəyəri 88000 manat təşkil edir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış, 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Beləliklə, işin hallarından məlum olur ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində Cavabdeh2 məxsus mənzil ipoteka ilə yüklü edilmiş, eyni zamanda sonuncu kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki iddiaçı "İddiaçı" ASC-nin qeyd edilən kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.464,85 ABŞ dolları məbləğində əsas borc və 500,49 ABŞ dolları məbləğində cərimə borcunun Azərbaycan manatına nisbəti şəklində tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin 88000 manata qiymətləndirilməsi barədə hesabatı mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 50,25 kv.m yaşayış, 30,4 kv.m yardımçı, 80,65 kv.m ümumi sahədən ibarət 34 saylı mənzilin ilkin satış qiyməti 88000 manat müəyyən edilməlidir. Bununla belə, məhkəmə iddia tələbini mənzilin satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 mənzildən çıxarılmaqla boşaldılması hissəsində əsassız hesab edir. Belə ki, hazırkı tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi qanuni və əsaslı hesab edilsə də, ipoteka predmetinin hansı şəkildə satılacağı və gələcək mülkiyyətçisi bəlli deyildir. Mənzilin keçmiş mülkiyyətçilərinin həmin mənzildən çıxarılmalarını tələb etmək hüququ isə həmin əmlaka mütləq əşya hüququ ilə sahib olacaq mülkiyyətçinin səlahiyyətlərinə aid ola bilər. Hazırda isə iddiaçı bankın ipoteka saxlayan olsa da belə, əmlakın gələcək mülkiyyətçisinin əvəzinə tələb irəli sürmək hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borçlu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq “xxxxxxxx” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 244-245, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 11/0023/KBK saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 3464,85 ABŞ dolları əsas, 500,49 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3965,34 ABŞ dolları (üç min doqquz yüz altmış beş dollar otuz dörd sent) məbləğində kredit borcu, ödənilmiş 30,40 manat dövlət rüsumu (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı), ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı tutulub iddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nə ödənilsin. Tutma Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 6 saylı evin 34 saylı mənzilinə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 88000 manat müəyyən edilməklə açıq hərracda satılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxxxxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi mənzilin açıq hərracda satılmasından 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1533/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1533/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver