Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1539/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərci” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən onunla Cavabdeh rəsmi nikahından 20.02.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi hər ay 193 manat aliment, uşağın müalicə xərcləri üçün hər ay 100 manat, cəmi 293 manat aliment və müalicə xərci və onun tərəfindən mediatora ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Biz Cavabdeh ilə 01.06.2014-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşuq. Bu nikahdan bizim 20.02.2015-ci ildə X4 adlı övladımız dünyaya gəlmiş və boşanmadan sonra uşaq anası X2 himayəsinə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2017-ci il tarixli, 2(010)- 1823/2017 saylı qətnaməsi ilə Mirzəyeva (qızlıq soyadı Bəndəlizadə) Zəhra Tahir qızı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Nikah pozularkən “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu 136.6 manat müəyyənləşdirilmişdir. Nikahın pozulmasından beş il müddət keçmiş, Azərbaycan manatı kəskin devalvasiyaya uğramış, iddiaçının himayəsində olan uşaq böyümüş, təlabatı artmışdır. Bundan başqa, birgə nikahdan doğulan övladımız X4 anadangəlmə əsəb xəstəsidir, onda qan azlığı və fiziki inkişafdan geri qalma xəstəliyi var. Bütün bu xəstəliklər onun daimi müalicə olunmasını tələb edir, bunun üçün hər ay 100 və ya 120 manat vəsait tələb olunur. Mən atamgilin yanında yaşayıram və qarşı tərəfdən aldığım aliment pulunu demək olar ki, uşağın müalicəsinə sərf edirəm”. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehin verdiyi 140 manat alimentlə uşağı saxlaya bilmir. Belə ki, uşaq xəstədir və aylıq müalicəsi üçün kifayət qədər vəsait tələb olunur. Cavabdeh özü də uşaqla görüşəndə uşağın xəstə olduğunu görmüşdür. Həmçinin, uşaq kursa gedir və cavabdehin verəcəyi alimenti bütövlükdə kursa ödəyib, müalicə xərcini uşağın müalicəsi üçün xərcləyəcək. Cavabdehin həm özü, həm də bacısı işləyir və o, uşağın saxlanması üçün tələb etdiyi alimenti ailə üzvlərinin köməkliyi ilə ödəyə bilər. O özü isə işləyə bilmir. Çünki uşaq xəstədir və ona baxmaqla məşğuldur. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən ən azından 193 manat aliment, 50 manat müalicə xərci tutulmalıdır. Hər bir halda məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, ürək xəstəsidir və yaxın vaxtlarda ürəyindən əməliyyat olunmuşdur. O, əvvəllər üçüncü qrup əlilliyə görə təqaüd alsa da bir müddətdir ki, təqaüdü kəsilmişdir. Ürək əməliyyatı olunduğuna görə həkim ona altı ay işləməyi qadağan etmiş, o da bir müddət işləməmişdir. Lakin artıq məcbur olduğundan bir aydır ki, təmizlikçi kimi işə başlamışdır. Onun maddi imkanı yaxşı deyil. Yeni başladığı işdə də xəstəliyinə görə nə qədər işləyə biləcəyini bilmir. Maddi vəziyyəti yaxşı olmadığından yenidən ailə qura da bilmir. Bu vəziyyətində iddiaçının tələb etdiyi məbləğdə aliment ödəyə bilməz. İddiaçının qeyd etdiyindən fərqli olaraq, bacısı xəstə anasına baxdığına görə artıq işləmir. O, ən yaxşı halda uşağın saxlanılması üçün 150 manat aliment ödəyə bilər. O, iddiaçıya bunu təklif etsə də iddiaçı razı olmamışdır. Tələb edilən müalicə xərcini ödəməsi isə ümumiyyətlə qeyri-mümkündür. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş materialları. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 30.08.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 622896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) 20.02.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.06.2015-ci il tarixdə 3454 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2017-ci il tarixli, 2(010)-3523/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə X7 arasında 01.06.2014-cü il tarixdə bağlanmış, 1258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra 20.02.2015-ci il təvəllüdlü X1 cavabdeh X3 yanında saxlanılması, 20.02.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh 03.05.2017-ci il tarixdən başlayaraq, hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X5 verilməsi qət edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş 16.03.2022-ci il tarixli, 005 saylı arayışdan görünür ki, Cavabdeh 01.03.2022-ci il tarixindən "xxxx" QSC-də təmizlikçi vəzifəsində işləyir və aylıq əmək haqqı 492.66 manat təşkil edir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından 20.02.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulan uşağın İddiaçı yanında qalması, uşağın saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan aliment məbləğinin artırılmasını və uşağın saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 100 manat əlavə xərc tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh iddianı qismən qəbul etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə dair cədvəl: Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat məbləğində haqq ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Lakin uşağın müalicəsi üçün iddiaçının cavabdehdən tələb etdiyi 100 manat əlavə xərc tələbi ilə məhkəmə razılaşmır. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin əlavə xərclərə cəlb edilməsinin müstəsna halları kimi uşağın ağır xəstə və ya şikəst olduğu hallar müəyyən edilmişdir. Yəni, ailə qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün valideyn o halda əlavə xərclərə cəlb edilə bilər ki, uşaq ağır xəstə və ya şikəst olsun. Hazırkı işdən isə görünür ki, iddia ərizəsinə uşağın müxtəlif analiz və müayinə nəticələri əlavə edilsə də bu sənədlərin heç biri əsasında uşağın ağır xəstə və ya şikəst olduğu nəticəsinə gəlmək mümkün deyil. Elə məhkəmə iclasında iştirak edən tərəflər də uşağın ağır xəstə və ya şikəst olduğunu bildirməmişlər. İddiaçı sadəcə olaraq bildirmişdir ki, o, cavabdehdən tutulan alimenti bütövlükdə uşağın getdiyi tədris kurslarına ödəyəcək, əlavə xərci isə uşağı müalicəsi üçün xərcləyəcəkdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, cavabdehdən uşağın saxlanılması üçün tutulan aliment həm də uşağın səhhəti ilə bağlı ümumi xərclərin qarşılanması üçün nəzərdə tutulmuşdur. Belə ki, uşağın saxlanılması dedikdə sadəcə olaraq onun qida, geyim, təhsil xərclərinin qarşılanması başa düşülmür, həm də onun ümumi sağlamlıq vəziyyətinin qayğısına qalmaq üçün çəkilməli olan xərclər başa düşülür. Bunun davamı olaraq, qanunverici yalnız yuxarıda qeyd edildiyi kimi uşağın ağır xəstə və ya şikəst olduğu halları müstəsna hal kimi qiymətləndirərək valideynlərin əlavə xərclərə cəlb edilməsini müəyyən etmişdir. Hazırkı işin hallarından isə bu müəyyən edilmir. Odur ki, əlavə xərclərə münasibətdə iddia təmin edilə bilməz.
Mediasiya xərci.
İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq mediasiya təşkilatına müraciət edilmiş, bu zaman 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. İddia tələbindən görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Yuxarıda istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu hissədə məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçının 60 manat məbləğində mediasiya xərci çəkdiyi görünsə də yuxarıda istinad edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə dair cədvəldə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat məbləğində haqq ödənilməsi müəyyən edildiyindən və iddiaçı da yalnız 50 manat məbləğində xərcin cavabdehdən tutulmasını tələb etdiyindən məhkəmə yuxarıdakı nəticəyə gəlmişdir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, 20.02.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2017-ci il tarixli, 2(010)-3523/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 150 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli, 2(010)-1539/2022 saylı qətnaməsi qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. 20.02.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2017-ci il tarixli, 2(010)-3523/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli, 2(010)-1539/2022 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq bаşlаyаrаq Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva