Məhkəmə qərarları › İş №2(010)-1542/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1542/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1542/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Suraxanı rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli 2(010)-2569/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 hər biri üçün 160 manat olmaqla cəmi 480 manat sabit pul aliment məbləğinin 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X4 dair hissədə artırılaraq hər biri üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 23.10.2002-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdir. 2014-cü ilin fevral ayınadək cavabdehlə rəsmi nikahda olmuşdur. Birgə nikahdan 3 övladı - 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı ilə cavabdehin əvvəldən də münasibətləri yaxşı olmamış, üçüncü uşaq anadan olduqdan sonra münasibətləri daha da gərginləşmiş, ailədə tez-tez münaqişələr, dava-dalaşlar olmuşdur. Nəticədə nikahı Suraxanı rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqların ananın yanında qalması müəyyən olunmuş və alimentin tutulması qət edilmişdir. 2014-cü ildə üç uşaq üçün cəmi 220 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2015-ci ildə iddiaçı tərəfindən aliment məbləğinin artırılması barədə iddia ilə Suraxanı rayon məhkəməsinə müraciət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli, 2(010)- 1295/2015 saylı qətnaməsi ilə 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 hər biri üçün 108 manat olmaqla cəmi 324 manat sabit pul məbləğində alimentin və 13.11.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi xəstəliyi ilə əlaqədar olaraq 100 manat olmaqla cəmi 424 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(103)-4268/2015 saylı qətnaməsi ilə cavabdehin şikayəti qismən təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(010)- 1295/2015 saylı qətnaməsi 13.11.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi xəstəliyi ilə əlaqədar olaraq 100 manatın tutulması hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(103)-4268/2015 saylı qətnaməsi ilə 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 hər biri üçün 108 manat olmaqla cəmi 324 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2017-ci ildə tərəfindən Aliment məbləğinin artırılması barədə iddia ilə Suraxanı rayon məhkəməsinə müraciət edilmiş, Suraxanı rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli 2(010)-893/2017 saylı qətnaməsi ilə 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 hər biri üçün 136 manat 60 qəpik olmaqla cəmi 409 manat 80 qəpik sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin 31.07.2017-ci il tarixli 2(103)- 7936/2017 saylı qətnaməsi ilə şikayət təmin olunmamışdır. 2019-cu ildə tərəfindən Aliment məbləğinin artırılması barədə iddia ilə Suraxanı rayon məhkəməsinə müraciət edilmiş, Suraxanı rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli 2(010)-2569/2019 saylı qətnaməsi ilə 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 hər biri üçün 160 manat olmaqla cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. 18.11.2021-ci il tarixdə oğlu X9 18 yaşma çatdığı üçün onun saxlanması üçün aliment ödənişi dayandırılmışdır. Hal-hazırda 320 manat pul iki uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən çoxalır, övladlarının saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Cavabdehdən övladlarının saxlanılması üçün əlavə məbləğ tələb etdikdə etiraz edir, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini, artıq köməklik göstərməyəcəyini bildirir. Hesab edir ki, Suraxanı rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli 2(010)- 2569/2019 saylı qətnaməsi ilə 18.11.2003-cü il təvəllüdlü X9, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 hər biri üçün 160 manat olmaqla cəmi 480 manat sabit pul aliment məbləğinin 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X8ma dair hissədə artıraraq hər biri üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, cavabdeh yaxın müddətə kimi üç uşağının saxlanılması üçün noyabr ayına kimi 480 manat məbləğində alimenti tam ödəyirdi, ona görə də hesab edir ki, indi iki uşağı üçün 386 manat ödəmək ona çətinlik törətməyəcəkdir. Onun başqa nikahından uşağının olması faktını alimentin məbləği təyin edilərkən digər məhkəmələr də nəzərə almayıb, odur ki, hazırki iddia tələbi üzrə də nəzərə alınmamalıdır. Uşaqlarından birinin əlilliyi var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-2569/2019 saylı 03.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli 2(010)-3893/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 31.07.2017-ci il tarixli 2(103)- 7936/2017 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış 409,80 manat aliment məbləği artırılaraq 18.11.2003-cü il təvəllüdlü X9, 13.11,2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X3 hər birinin saxlanılması üçün 160 manat olmaqla, cəmi hər ay 480 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru N.Mirzəyevanın “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından müəyyən olunur ki, X5 (M-00186) tərəfindən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 15 fevral 2022-ci il tarixində, 12:30-13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışı ilə müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ikinci dərəcəli əlildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin iki övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27.07.2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli 2(010)-2569/2019 saylı qətnaməsi qəbul edildikdən sonra saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması və uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddinin aliment təyin edilən dövrə nisbətdə daha yüksək olması nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ağlabatan məbləğdir. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə hər ay 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03.05.2019-cu il tarixli 2(010)-2569/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 13.11.2006-cı il təvəllüdlü X7 və 26.03.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar