Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1543/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 175 manat müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,xx.xx.2015-ci ildə cavabdehlə nikah münasibətlərinə daxil olaraq ailə qurub, birgə nikahdan xx.xx.2016-cə il təvəllüdlü X6 adlı övladları var.Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(010) 510/2019 saylı qətnaməsi əsasında cavabdehlə onun arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşağın onun himayəsinə verilməsi və hər ay cavabdehdən 160 manat alimentni alınması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tutulan aliment məbləği uşağın tələbatını ödəmir, uşaq böyüdükcə məsrəfləri artmışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh tələb edilən aliment məbli ilə razı olduğunu bildirib, iddiaya etiraz etmədi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)- 5021/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X2 xeyrinə xx xxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat miqdarında tutulması qət edilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması üçün 160 manat məbləğində aliment tutulmuşdur, iddiaçı alimentin cari il üçün nəzərdə tutulmuş uşaqlar üçün minimum dolanışıq hədinə çatdırılmasını xahiş edir, cavabdeh iddiaya etiraz etmir. İddiaçı alimentni tutulmasını iddia ərizəsinin məhkəməyə verildiyi gündən hesablanmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatmışdır. Ona görə də bir uşağın saxlanılması üçün təyin edilən alimentin miqdarı 2021-ci il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumuna uyğun olmalıdır. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 175 manat həddində müəyyən edilməsini məqsədə və qanunamüvafiq hesab edir. Məhkəmə iddia tələbini alimentin iddiaçının tələb etdiyi kimi iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən tutulması hissəsini əsaslı saymır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə görə bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Göründüyü kimi, mülki prosessual və ailə qanunvericiliyində alimentin artırılması tələbinin məhkəməyə müraciət edildiyi tarixdən tutulması müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5021/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin artırılmasının müddəti qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1543/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1543/2021
15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver