Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1546/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı "kredit borcu üzrə hesablanmış əldən çıxmış faydanın tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QAC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1719-xx.xx.2015-Sur56 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 8624,77 manat əsas borca gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda və dəymiş zərər 1878,28 manat məbləğində əldən çıxmış faydanın həmçinin ödənilmiş 38,78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh dair sənədlər S-FK- 65 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə, 1719xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 21% tətbiq edilməklə, 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 2(010)-587/2022 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2015-ci il tarixdə, 1719-xx.xx.2015- Sur56 saylı kredit müqaviləsi üzrə əsas borcu üzrə 8624,77 (səkkiz min altı yüz iyirmi dörd manat, 77 qəpik) manat olmaqla, cəmi 8624,77 (səkkiz min altı yüz iyirmi dörd manat, 77 qəpik) manat və 119.08 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 1719-xx.xx.2015- Sur56 kredit müqaviləsi üzrə xx.xx.2018-cı il tarixdən xx.xx.2023cü il tarixədək 8624,77 (səkkiz min altı yüz iyirmi dörd manat, 77 qəpik) manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış fayda və dəymiş zərər 1878,28 (bir min səkkiz yüz yetmiş səkkiz manat, 28 qəpik) manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır və bu səbəbdən iddia tələbi rədd edilməlidir. Belə ki, Suraxanı rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" QSC BOKT-nın cavabdehlər Cavabdeh, X4, X2 “əsas və faiz borcun qaytarılması” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli 1719-xx.xx.2015-SUR56 saylı kredit müqaviləsi üzrə 8624,77 manat əsas borc tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qət edilmişdir. Həmin qətnamə üzrə faiz borcu tutulmamışdır və tələb rədd olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İcra sənədi icraya yönəldikdən sonra o dəfələrlə icra şöbəsinə müraciət etmişdir ki, icra sənədi onun əmək haqqına yönəldilsin. Lakin mühasibatlığa hesab verilmədiyindən onun əmək haqqından tutulmaların aparılması mümkün olmamışdır. Lakin mart 2023-cü ilin əmək haqqından tutulma aparılaraq iddiaçının hesabına ödənilmişdir. İddiaçının tələbinin əsassız olduğunu, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 1719-xx.xx.2015- Sur56 nömrəli sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin balansından dövlətə məxsus İddiaçı QSC BOKT-nın idarəetməsinə verilmiş Cavabdeh kredit üzrə əsas borcun qalığı 8624,77 manat, faiz borcunun qalığı 1283,17 manat olmaqla, cəmi 9907,09 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 587/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş Cavabdeh xx.xx.2015-ci il tarixli, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi üzrə 8624,77 (səkkiz min altı yüz iyirmi dörd manat, 77 qəpik) manat İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh ilə "xxxx" ASC-nin Suraxanı filalının müdiri X5 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş “X6 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi barədə bildirişdən görünür ki, Cavabdeha borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanın məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının törəmə müəssisəsi olan “X6 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli X9 Kompani S.A. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanladığı geriyə bildirişindən müəyyən olunur ki, borclu Cavabdeh barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-587/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və 7 faiz icra ödənişinin alınması haqqında Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 10.1-ci, 63-65-ci və 78-ci maddələrini rəhbər tutaraq icra olunması üçün göndərilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı BOKT ASC-nin Suraxanı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi təmin olunaraq Cavabdeh İddiaçı QSC-nin xeyrinə ümumilikdə 8624,77 manat məbləğində faiz borcu və 119,08 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi qət edilmiş və hazırda borclu Cavabdeh cəmi 8743,85 manat borcu olduğunu bildirmidir. Barəsində verilmiş icra sənədinin “İcra Haqqında” Qanunun 43.1.2 yarımbəndinə əsasən tələbin borclunun əmək haqqına yönəldilməsinə dair müvafiq tədbirlər görülməsi barədə xahiş etmişdir. İş materiallarına əlavə edilmiş S-FK-65 saylı, xx.xx.2017-ci il tarixli Cavabdeh təhviltəslim olan günə “Borclunun” "xxxx" ASC-dəki şəxsi borchesablarındakı çıxarışa əsasən, əsas borcun üzrə 8624,77 manat, faiz borcu üzrə 1283,17 manat olmaqla, cəmi 9907,09 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra –“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 587/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və Cavabdeh xx.xx.2015-ci il tarixli, 1719-xx.xx.2015-Sur56 saylı kredit müqaviləsi üzrə 8624,77 manat əsas borc İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəf xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% olmaqla cavabdehdən 1878.28 manat məbləğində əldən çıxmış faydanı tələb edir. Məhkəmə hesab edir ki, Suraxanı rayon Məhkəməsinin qətnaməsi xx.xx.2018-ci il tarixdə qəbul edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəldilmişdir. Bundan əlavə iddiaçı tərəfə cavabdeh tərəfin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi öncədən bəlli olduğundan iddiaçı tərəf əsas borcun ödənilməsi tələbi ilə yanaşı, pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsi tələbi ilə də məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan əlavə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qətnamə ilə müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış 1283.17 manat faiz borcunun tutulması hissəsində təmin olunmamış və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslandırılmamış və tələb olunan əldən çıxmış faydanın haradan və necə yaranması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehdən əldən çıxmış fayda tələb etsə də, lakin iddianı sübuta yetirəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddianı əsaslı saymır və təmin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı "kredit borcu üzrə hesablanmış əldən çıxmış faydanın tutulması" tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı "kredit borcu üzrə hesablanmış əldən çıxmış faydanın tutulması" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1546/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1546/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver