Məhkəmə qərarları › İş №2(010)-1560/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1560/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1560/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən borclu Cavabdeh onun xeyrinə 2207 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-14014/2016 saylı əmri ilə borclu Cavabdeh 2207 manat əsas borc və 20 manat məbləğində vəsaitin tutularaq kreditor X4 ödənilməsi əmr edilmişdir. Daha sonra, Cavabdeh məhkəməyə etirazla müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-14014/2016 saylı əmrinin ləğv edilməsini, ərizəyə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1560/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 14014/2016 saylı əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015ci il tarixli, 233795 saylı alğı-satqı müqaviləsinə əsasən, ona ümumi qiyməti 2207 manat dəyərində olan bir ədəd “Philips 40PFH4309” modelli televizor, bir ədəd “Samsung SHJ700” modelli mobil telefon və bir ədəd “Toshiba 42L7463” modelli televizor satmışdır. Alınmış malların dəyərindən ilkin ödəniş etmədən faizsiz hesablanmış məbləği on iki aya bölərək hər ay üçün 183 manat 92 qəpik ödəmək şərti ilə 2207 manat məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək ödəməli olduğu əsas borcundan bu günədək ödəniş etməmiş, 2207 manat qalıq borcunu indiyədək ödəməmiş, bununla da alğı-satql müqaviləsinin və mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan “Philips” markalı bir televizor və “Samsung” markalı bir mobil telefon almışdır. İddiaçı isə iki televizor və bir mobil telefona görə ondan pul tələb edir. O, iddia tələbini bir televizorla bağlı hissədə qəbul etmir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 233795 nömrəli alğısatqı müqaviləsindən görünür ki, Qasımov X2 İlqar Bayram oğlundan “Philips” markalı, 40PFH4309 modelli bir ədəd televizor və “Samsung” markalı, SHJ700 modelli bir ədəd mobil telefon almış, satılan əşyaların qiyməti olan 1471 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 233795 saylı alğı-satqı müqaviləsi üzrə 2207 manat əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, 2207 manat əsas, 255 manat 60 qəpik cərimə borcu yaranmışdır. xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini gecikdirməsi barədə məlumat verilmiş, öhdəlikləri tam yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə borcu barədə məlumat verilmiş, öhdəlikləri tam yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı “Philips” markalı, 40PFH4309 modelli bir ədəd televizor və “Samsung” markalı, SHJ700 modelli bir ədəd mobil telefon almış, əşyaların ümumi dəyəri 1471 manat təşkil etmişdir. Borclu Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, borcundan heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı ödənilməmiş 1471 manat pulu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alğısatqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə əşyaları borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq 1471 manat ödəniş etməli olduğu halda bunu etməmişdir. Lakin məhkəmə borcun qalan hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ərizəsində cavabdehin ondan “Philips 40PFH4309” modelli televizor, bir ədəd “Samsung SHJ700” modelli mobil telefon və bir ədəd “Toshiba 42L7463” modelli televizor aldığını qeyd etmiş, həmin əşyaların dəyəri olan 2207 manatı cavabdehdən tələb etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin ondan iki ədəd televizor və bir ədəd mobil telefon aldığını bildirərək həmin əşyaların dəyərini cavabdehdən tələb edir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçıdan iki televizor deyil, bir televizor almış, aldığı əşyaların ümumi dəyəri isə 2207 manat deyil, 1471 manat təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən aralarında bağlanmış müqavilədə nəzərdə tutulmamış, yəni cavabdeh tərəfindən faktiki alınmamış əşyaya görə pul tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1471 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1471 (min dörd yüz yetmiş bir) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2207 (iki min iki yüz yeddi) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar