Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1562/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Əliyeva Nigar Şakir qızının vəkili və etibarnamə üzrə nümayəndəsi İsmayılov Ülvi Zahid oğlunun, Cavabdeh Əliyev Tofiq Nurəddin oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Xəlilov Hikmət Əjdər oğlunun, 3-cü şəxs Əliyev Valeh Vaqif oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Yaqubova Sima Sədrəddin qızının iştirakı ilə, İddiaçı Əliyeva Nigar Şakir qızının cavabdeh Əliyev Tofiq Nurəddin oğluna qarşı “əmlaka pay haqqının tanınması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Əliyeva Nigar Şakir qızının cavabdeh Əliyev Tofiq Nurəddin oğluna qarşı “əmlaka pay haqqının tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Tofiq Nurəddin oğlu ilə birgə nikah dövründə onun adına rəsmiləşdirilməklə alınmış və “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzili və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzillərə pay haqqı tanınmaqla əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əliyeva Nigar Şakir qızı iddia ərizəsinə əlavə təqdim edərək, "EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən və Bakı Nərimanov rayonu Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 370a saylı, 17.12.2022-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 17.12.2022-ci il tarixli 361A saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunması, sözügedən mənzillərə pay haqqı tanınmaqla əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əliyeva Nigar Şaakir qızı iddia ərizəsinə dəqiqləşmə verərək, əlavədə iş üzrə keçeən Əliyev Valeh Vaqif oğlunun adı səhvən Əliyev Əhməd Valeh oğlu kimi qeyd olunmuşdur. Həmin yanlışlığın düzəldilərək, cavabdeh tərəfin adının “Əliyev Valeh Vaqif” oğlu kimi oxunmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əliyev Tofiq Nurəddin oğlu ilə 12 iyul 2012-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Suraxanı rayon Məhkəməsinin 2(010)-4671/2022 saylı, 02.11.2022-ci il tarixli qətnaməsi ilə Əliyev Tofiq Nurəddin oğlu ilə aralarında olan Suraxanı rayonu Qeydiyyat Şöbəsində 12.07.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 874 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Nikaha daxil olduqları vaxtdan etibarən cavabdehlə birgə yaşamış, təsərrüfatı birgə idarə etmiş və birgə nikahılarından uşaqları olmamışdır. Cavabdehlə birgə nikah dövründə daşınmaz əmlak əldə etmiş və onun adına rəsmiləşdirməklə sənədləşdirmişlər. Belə ki, “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən və Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzili və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dan ibarət 2 otaqlı 277 saylı mənzilləri pay haqqı ödənilməklə Əliyev Tofiq Nurəddin oğlunun adına almışlar. Mənzillərdən 273 saylı, 2 otaqlı mənzilə dair 12 noyabr 2020-ci il tarixli 302A saylı müqavilə imzalanmış və həmin tarixli maliyyə arayışı verilmişdir. Digər ikinci 277 saylı, iki otaqlı mənzilə dair isə 16 noyabr 2020-ci il tarixli 303 A saylı müqavilə imzalanmış və həmin tarixli maliyyə arayışı verilmişdir. Mənzillərin birinə 87600 manat ödənilmiş, digərinə isə 91980 manat ümumilikdə 179,580 manat məblğində pul ödənilmişdir. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər- arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. İddiaçı iddia tələbinin dəqiqləşməsini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyev Tofiq Nurəddin oğluna qarşı cavabdeh Əliyev Tofiq Nurəddin oğlu ilə birgə nikah dövründə onun adına rəsimləşdirilməklə alınmış və “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzili və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzillərə pay haqqı tanınmaqla əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə iddia qaldırmışdır. Məhkəmə hazırlıq mərhələsində cavabdeh iddianın müxtəlif yollarla təmin edilməməsinə calışmış, təyziq və digər vasitələrlə əmlak tələbindən imtina etməyi tələb etmişdir. Sonradan isə əmisi oğlu kimi tanıdığı yaxın qohumu Əliyev Valeh Vaqif oğlunun adına saxta müqavilələr tərtib elətdirməklə əmlakın əlindən çıxarılmasına cəhd etmişdir. Bələ ki, proseslərin birində özünün vəkili və nümayəndəsi olan şəxs tərəfindən məhkəməyə müqavilə və maliyyə arayışları təqdim edərək güya iddia predmeti olan əmlakların onun tərəfindən yox, qohumu V.Əliyev tərəfindən alındığını və Tofiq Əliyevin bu mənzillərə aidiyyatının olmamsını bildirmişdir. T.Əliyevin vəkilinin məhkəməyə təqdim etdiyi müqavilələr və maliyyə arayışları sonradan tərtib olunmaqla etibarsız məqsədlərdir və iddianın rədd olunmasına yönəlmişdir. Ona görə də, iddiasına əlavə verməklə onu genişləndirərək həmin əqdlərin etibarsızlığını tələb etmək zərurəti yaranmışdır. Belə ki, “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən və Bakı Nərimanov rayonu Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 370a saylı 17.12.2022-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması və həmin ünvan üzrə 6 girişli , 16 mərtəbəli yaşayış evinin E girişi , 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m dən ibarət 2 otaqlı 277 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 17.12.2022-ci il tarixli 361A saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı Əliyeva Nigar Şakir qızı iddia tələbini müdafiə etdiyini, mənzili 2019-cu ildə satdıqlarını, həmin mənzili satmaqda məqsədlərinin əlavə pul toplayaraq sözügedən mənzilləri almaq olduğunu bildirdi. Mənzillərin Nərimanov ərazisinə yerləşdiyini, ünvanı dəqiq deyə bilməyəcəyini, hansı məbləğə alınması, sahəsini nə qədər olması barədə məlumatı olmadığını qeyd etmişdir. Mənzillərin təxmini 15-16 mərtəbələrdə yerləşdirilmələrini qeyd etmişdir. Əlavə olaraq ikisinin də işlədiyini və gəlirlərin yaxşı olduğunu və həmin məbləği toplamağın onlar üçün çətin olmadığını sadəcə bir az zaman aldığını bildirmişdir. Mənzilə görə alınan 38000 manatın əksəriyyətinin ərinin müalicəsinə xərlənməsini demişdir. Məhkəmə iclasında iddiaçını vəkili və nümayəndəsi İsmayılov Ülvi Zahid oğlu iddia ərizəsində və iddia ərizəsinə əlavədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək, Əliyeva Nigar Şakir qızının 2012-ci ildə cavabdehlə rəsmi nikaha daxil olduğunu, Əliyev Tofiqdən birgə nikah dövründə uzun müddət topladığı vəsait əsasında almış olduqları daşınmaz əmlaka pay hüquqlarının tanınmasını məhkəmədən xahiş edərək, pay hüququnun tanınması ilə əlaqədar mötəbər sübut qismində məhkəməyə müqavilələr, maliyyə arayışları və Əliyev Tofiqin adına verilmiş kassa mədaxil orderi təqdim edildiyini qeyd etmişdir. Tofiq mərkəzi univermaqda qızılbrilyant satışı ilə məşğul olduğunu və onun əmək haqqısı barədə sənədin formal xarakter daşıdığını bildirərək, faktiki olaraq qaynata evində yaşamış, mənzili artıq pulları olduğuna görə almış və kirayə verdiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi mənzilərin cavabdehin əmisoğlunun olduğunu bildirsə də, iddiaçı Suraxanı rayonundakı məzili satdıqlarını və üstünü duzəldərək mənzilləri əldə etdiklərini qeyd etdiyini bildirmişdir. İddiaçının Tofiq sənədləşmə işlərinə qatışan adam olmadığını bu səbəbdən əmioğlundan sənədləşmənin aparılmasını xahiş etdiyini bildimişdir. Amma maliyyə arayışı olduğu halda pulun kim tərəfindən verilməsi inkar edilə bilməyəcəyini qeyd etmişdir. Qarşı tərəfin şahid ifadəsinin mötəbər sübut qismində qiymətləndirilməməsini şahidin özünün şirkətin nümayəndəsi olduğunu qeyd etmişdir. Ekspertizanın rəyinə isə gəldikdə həmin imzalar Valehin ola biləcəyini, lakin bu müqavilələrin etibarsızlığına dəlalət edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin Əliyev Tofiq Nurəddin oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Xəlilov Hikmət Əjdər oğlu iddia tələbini qəbul etməyərək, müqavilələr məhkəməyə təqdim olunduğunu, həmin müqavilələr üzrə ekspertiza keçirildiyini Tofiqin adının qeyd edilmədiyini və həmin əmlakların birgə nikah dövrünə aid olmasını göstərmədiyini bildirdi. Iddiaçının özünun məhkəmə iclasında dindirildiyini, lakin onun həmin mənzillərin harada, hansı mərtəbələrdə yerləşdiyi, neçə otaqdan ibarət olduğu və hətta təmirli və ya təmirsiz olduğu barədə məlumatı olmadığını qeyd etdi. İddia ərizəsində və iddiaçının özünü ifadəsindən onların şəhərə köçmək məqsədi ilə mənziləri 38000 manata satıb və ondan 1 il sonra, 2020-ci ildə, pulun üstünü düzəldiyini və 2 mənzili aldığını qeyd etdiyini bildirdi. Bir il evsiz qalaraq 2 mənzil alması məntiqsiz olduğunu vurğuladı. Cavabdehin maaşı barədə rəsmi sənəd təqdim etdiklərini, qızıl alveri ilə məşğul olmadığını bildirdi. Müqavilədə şəxsin sadəcə adının, soyadının olması onun iradə ifadəsini əks etdirmədyini qeyd etdi. Əlavə olaraq Həmin əmlakın birgə nikah dövrünə aid olması üçün əmlakın birgə vəsait hesabına alınmasını və araşdırmalar zamanı, onların belə bir gəliri olmadığının aşkar olunduğunu qeyd etmişdir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Əliyev Valeh Vaqif oğlunun nümayəndəsi və vəkili Yaqubova Sima Sədrəddin qızı bildirdi ki, iddiaçı payın müəyyən olunması üçün iddia qaldırmış, istinad etdiyi hüquqi əsas olaraq da əmlakın birgə nikah dövründə alındığını qeyd etməsidir. Əmlakın birgə nikah dövrünə aid olması üçün onun təkcə ər və ya arvadının adına alınması və birgə nikah dövründə alınmasının şərt olmadığını, əmlakın birgə vəsait hesabına əldə olunması olduğunu bildirdi. Iddiaçı tərəf də bunu sübut etmək üçün alqı-satqı müqaviləsinə qeyd etdikləri gəlirlərə istinad etdiyini, təqdim etdiyi sübutlarla ifadələrin ziddiyət təşkil etdiyini demişdir. Evin satış qiymətinin 38000 manat təşkil etdiyini, mübahisəli mənzillərin məbləği 179,800 olduğunu, iddiaçının 38000 manatın müalicəyə xərcləndiyini qeyd etdiyini vurğulamışdır. Həmin məbləğin mənzillərə alınmasına aidiyyatı olmadığını, ekspert rəyin alındığını, ekspert tərəfindən verilən rəydə müqavilələrdə imzaların 3-cü şəxs olan Əliyev Valeh Vaqif oğluna məxsus olduğu subuta yetirildiyini bildirmişdir. Şahid kimi dindirilən Aygün xanım da pulun Valeh tərəfindən verildiyini və ondan başqa heç kəsi görmədiyini bildirdiyini qeyd etdi. Tərəfin iddianın hüquqi əsaslarını sübut edə bilmədiyini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “EVROSTROY–S.S” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Ataşova Günay Akif qızı bildirdi ki, iddiaçının rəfiqəsidir, iddiaçının ona zəng edərək, evi satdığını, pulu köçürmək lazım olduğunu lakin limit olduğuna görə öz adlarına qoya bilmədiklərini, buna görə ona müraciət etdiyini bildirdi. Ona Suraxanıdakı evi satdıqlarını, üstünü düzəldib ev almaq istədiklərinini və banka gedərək pulu onun adına dollara çevirdiklərini məbləğin nə qədər olduğunu bilmədiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid İsmayılova Aygün Firuddin qızı bildirdi ki, 2018-cu ildən “EVROSTROY–S.S” MMC şirkətində işləyib. Şirkətlərinin bir müddət işləmədiyini, Tofiq adlı adamı görmədiyini, Valeh müəllimin çox vaxt Almaniyada olduğunu, ona görə sənədlərin əmisioğluna rəsmiləşdirmək istədiyini qeyd etdiyini bildirmişdir.Alqı-satqısı zamanı Valeh müəllimin özünün gəldiyini, müqavilə bağlanan zaman 3-cü şəxsin iştirakı olmadan da bağlana biləcəyini qeyd etmişdir. Ailə üzvləri olduqda heç bir problem olmur Şirkətin maraqlarında mənzilin satılması olduğunu, yad adam olanda notarial tədiq olunmuş etibarnamə aldıqlarını və ailə daxili olanda etibarnamə almadıqlarını qeyd etmişdir. İş materialları. Əliyev Tofiq Nurəddin oğlu ilə ”SİPARK” yaşayış kompleksi “EVROSTROY-S.S" MMC arasında bağlanmış 302A saylı 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən “şifarişçi” (Əliyev Tofiq Nurəddin oğlu) müqavilədə göstərilmiş məbləği (87600 manat) “podratçıya” (“EVROSTROY- S.S" MMC) tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 8-ci mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 273 saylı mənzilin tikintisi podratçıya həvalə etmişdir. “EVROSTROY-S.S" MMC-nin direktoru Baxşəliyev A.Q tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 8-ci mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 273 saylı mənzilin tam dəyəri üzrə Əliyev Tofiq Nurəddin oğlunun “EVROSTROY-S.S" MMC-yə borcu yoxdur. Əliyev Tofiq Nurəddin oğlu ilə ”SİPARK” yaşayış kompleksi “EVROSTROY-S.S" MMC arasında bağlanmış 303A saylı 16 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, “şifarişçi” (Əliyev Tofiq Nurəddin oğlu) müqavilədə göstərilmiş məbləği (91980 manat) “podratçıya” (“EVROSTROY- S.S" MMC) tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 277 saylı mənzilin tikintisi podratçı “EVROSTROY-S.S" MMC-yə həvalə edilmişdir. “EVROSTROY-S.S" MMC-nin direktoru Baxşəliyev A.Q tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 277 saylı mənzilin tam dəyəri üzrə Əliyev Tofiq Nurəddin oğlunun “EVROSTROY-S.S" MMC-yə borcu yoxdur. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən 25.08.2022-ci il tarixdə verilmiş MŞB/5-02975 nömrəli “İlkin Mediasiya Sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, tərəflər arasında mediasiya işi açılmış, 25.08.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında Əliyeva Nigar Şakir qızı və Əliyev Tofiq Nurəddin oğlu iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Əliyeva Nigar Şakir qızı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. “EVROSTROY-S.S" MMC tərəfindən verilmiş 1491 saylı 16.11.2020-ci il tarixli mədaxil xəzinə orderindən görünür ki, Əliyev Tofiq, Nərimanov rayonu, Təbriz küçəsi. 277 saylı mənzilə görə 91980 manat məbləğində pul qəbul edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.07.2012-ci il tarixli AZ-I 772107 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Tofiq Nurəddin oğlu və Əbilova Nigar Şakir qızı arasında 12 iyul 2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 874 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.01.2023-cü il tarixli AZ-I 440530 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Tofiq Nurəddin oğlu və Əbilova Nigar Şakir qızı arasında nikah Suraxanı rayon Məhkəməsinin 02.11.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuş, bu barədə akt qeydləri kitabında 14.12.2022-ci il tarixdə 458 nömrə ilə qeyd edilmişdir. “EVROSTROY-S.S" MMC-nin direktoru Baxşəliyev A.Q tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 277 saylı mənzilin tam dəyəri üzrə Əliyev Valeh Vaqif oğlunun “EVROSTROY-S.S" MMC-yə borcu yoxdur. “EVROSTROY-S.S" MMC-nin direktoru Baxşəliyev A.Q tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 8-ci mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 273 saylı mənzilin tam dəyəri üzrə Əliyev Valeh Vaqif oğlunun “EVROSTROY-S.S" MMC-yə borcu yoxdur. Cavabdeh Əliyev Valeh Vaqif oğlu ilə ”SİPARK” yaşayış kompleksi “EVROSTROY-S.S" MMC arasında bağlanmış 361A saylı 17 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən, “şifarişçi” (Əliyev Valeh Vaqif oğlu) müqavilədə göstərilmiş məbləği (91980 manat) “podratçıya” (“EVROSTROY-S.S" MMC) tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 9-cu mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 277 saylı mənzilin tikintisi podratçı “EVROSTROY-S.S" MMC-yə həvalə etmişdir. Cavabdeh Əliyev Valeh Vaqif oğlu ilə ”SİPARK” yaşayış kompleksi “EVROSTROY-S.S" MMC arasında bağlanmış 370A saylı 17 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən, “şifarişçi” (Əliyev Valeh Vaqif oğlu) müqavilədə göstərilmiş məbləği (87600 manat) “podratçıya” (“EVROSTROY-S.S" MMC) tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş E, yaşayışın 8-ci mərtəbəsi, ümumi sahəsi 87.6 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 273 saylı mənzilin tikintisi podratçı “EVROSTROY-S.S" MMC-yə həvalə etmişdir. Əliyev Tofiq Nurəddin oğlu ilə Seferbekova Rəbiyət Sövzixanovna arasında 29.11.2019-cu il tarixdə bağlanmış AN-I № 0823460 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 1 saylı evin 55 saylı mənzili alıcı Seferbekova Rəbiyət Sövzixanovna tərəfindən 38000 manata satıcı Əliyev Tofiq Nurəddin oğlundan alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİSavtomatlaşdırılmış Vergi İnformasiya Sistemi göndərilən məlumatata dair 22.05.2023-cü il tarixli çıxarışla müəyyən olunur ki, “EVROSTROY-S.S" MMC-nin fəaliyyəti dayandırılmışdır. “EVROSTROY-S.S" MMC tərəfindən 05.06.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 68/E-S.S saylı məktubda qeyd olunmuşdur ki, vətəndaş Əliyev Tofiq Nurəddin oğlu ilə “Evrostroy- S.S” MMC arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli 302A və 303A müqavilələri hal-hazırda qüvvədə deyil, həmin müqavilələr 17 dekabr 2022-ci il tarixində vətəndaş Əliyev Tofiq Nurəddin oğlunun həmin mənzillərə dair təqdim etdiyi 227048/0016168 və 2270480016119 saylı imtina ərizələrinə əsasən ləğv edilmişdir. 17 dekabr 2022-ci il tarixində vətəndaş Əliyev Valeh Vaqif oğlu ilə “Evrostroy-S.S” MMC arasında 361A və 370A saylı müqavilələr bağlanmışdır və hal-hazırda həmin mənzillər Əliyev Valeh Vaqif oğluna məxsusdur. Əliyev Tofiq Nurəddin oğlu tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisində 17.12.2022-ci il tarixdə yazılmış 227048/0016168 saylı ərizədən görünür ki, Əliyev Tofiq Nurəddin oğlu “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli ,16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m -dən ibarət 2 otaqlı 277 saylı mənzillərə dair pay hüququndan imtina etmişdir. Əliyev Tofiq Nurəddin oğlu tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisində 17.12.2022-ci il tarixdə yazılmış 2270480016119 saylı ərizədən görünür ki, Əliyev Tofiq Nurəddin oğlu “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli ,16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m dan ibarət 2 otaqlı 273 saylı mənzilə dair pay hüququndan imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 05.06.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 2319021121536300 nömrəli məktubdan görünür ki, “EVROSTROY-S.S” MMC-nin (VÖEN:1503151571) fəaliyyəti 23.06.2022-ci il tarixdən 23.06.2027-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Sahibkar (VÖEN: 1300026352) Zeynalov Lətif Ramiz oğlu tərəfindən 28.03.2023-cü il tarixdə verilmiş 001 saylı arayışdan görünür ki, Əliyev Tofiq Nurəddin oğlu 01.08.2020-ci il tarixdən əmək müqaviləsi əsasında Korloff mağazasında menecer vəzifəsinə təyin edilmiş, onun aylıq əmək haqqısı 400 manat olmuş və o, 30.12.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Elektron arayışın surətindən görünür ki, Əliyev Valeh Vaqif oğlu 21.02.2018-ci il tarixindən “Bank Respublika” ASC-də direktor vəzifəsində çalışır və hazırki əmək haqqı 2950 manat təşkil edir. Elektron arayışın surətindən görünür ki, Əliyev Tofiq Nurəddin oğlu 01.05.2021-ci il tarixindən fərdi sahibkar Bağırova Lalə Telman qızının yanında satış təmsilçisi vəzifəsində çalışır və hazırki əmək haqqı 175 manat təşkil edir. “Bank Respublika” ASC tərəfindən verilmiş 28.04.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Əliyev Valeh Vaqif oğlunun bank hesabında müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar aparılmışdır. 16.11.2020-ci il tarixində hesabdan 87601 manat məxaric edilmişdir. 24.11.2020-ci il tarixində hesabdan 98309,30 manat məxaric edilmişdir. 28 sentyabr 2023-cü il Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilmişdir. Rəydə Ekspertizaya təqdim edilmiş, 16 noyabr 2020-ci il tarixli 303A nömrəli müqavilənin sonunda “Sifarişçi” Əliyev Tofiq Nurəddin oğlu “İmza”: qrafasındakı imza Əliyev Valeh Vaqif oğlu tərəfindən icra edildiyi, Ekspertizaya təqdim edilmiş 12 noyabr 2020-ci il tarixli 302A nömrəli müqavilənin kserosurətində “Sifarişçi” Əliyev Tofiq Nurəddin oğlu”hissəsində “İmza:” qrafasında əks olunmuş imzanın Əliyev Valeh Vaqif oğlu tərəfindən icra olunub olunmamasını təqdqiqat prosesinin 2-ci bəndindəgöstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadığı, Tədqiqata təqdim edilmiş “Evrostroy S.S.MMC və Əliyev Tofiq Nurəddin oğlu arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli 303A nömrəli müqavilədə olan imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edildiyi, Tədqiqata təqdim edilmiş “Evrostroy S.S.MMC və Əliyev Tofiq Nurəddin oğlu arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli 302A nömrəli müqavilədə olan imzalar axınlı printerdə çap edildiyi bildirilmişdir. 31.10.2023-cü il tarixində iddiaçı Əliyeva Nigar Şakir qızının vəkili və etibarnamə üzrə nümayəndəsi İsmayılov Ülvi Zahid oğlu Əliyev Valeh Vaqif oğlu, Əliyev Tofiq Nurəddin oğlu İsmayılova Aygün Firuddin qızı barəsində xüsusi qərardad çıxarılması barədə vəsatət vermişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi 6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir... Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. .... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri ...185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.... “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).... Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Hazırkı işdən görünür ki, tərəflər arasında nikah bağlanılmış, daha sonra münasibətləri pozulduğundan nikahları pozulmuşdur. İddiaçı tərəf nikah pozulduqdan sonra birgə nikah dövründə alınan “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış kompleksində inşa edilən Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.mdən ibarət 2 otaqlı 273 saylı mənzili və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzillərə pay haqqının tanınması və həmin mənzillərin 3-cü şəxs olan Əliyev Valeh Vaqif oğluna satılması barədə müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasına dair iddia qaldırmışdır. İlk öncə məhkəmə mübahisəli mənzillərin ər-arvadın nikah müddətində və ümumi gəlirləri hesabına əldə olunmasına qiymət verilməsini zəruri hesab edir. Belə ki, Əliyev Tofiq və “Evrostroy- S.S.” MMC arasında 302A saylı 12 noyabr 2020-ci il tarixli və 303A saylı 16 noyabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilələrə əsasən, “Evrostroy-S.S.” MMC pul müqabilində müvafiq ünvanda mənzillərin tikintisini öz üzərinə götürmüşdür. “Evrostroy-S.S.” MMC-yə müvafiq olaraq 87600 manat və 91980 manat, cəmi 179580 manat pul ödənilmişdir. İddiaçı tərəf bildirmişdir ki, mənzilləri əvvəlki yaşadığı evlərini 2019-cu ildə 38000 manata sataraq, üzərinə əlavə pul qoyaraq əldə etmişdirlər. Həmçinin iddiaçı Nigar Əliyeva məhkəmədə Əliyev Valehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzilin satışından əldə edilən 38000 manat pul vəsaitinin əksəriyyəti övladlarının olması üçün məhz cavabdeh Əliyev Tofiqin müalicəsinə xərclənmişdir. Məhkəmə hesab edir ki, bu qiymət və vaxt fərqinə görə, birgə nikah dövründə alınmış və sonradan satılmış ev hesabına mənzillərin tikilməsi üçün yüksək pul məbləğinin verilməsi qeyri-mümkündür və iş materialları ilə sübut olunmur. Həmçinin, iddiaçı mübahisəli mənzillərin nə yerləşdiyi yerini, nə mərtəbəsini dəqiq bilmədiyindən, onların birgə əmlak olması sual altına qoyur. Nəzərə alınmalıdır ki, əmlak o halda ər-arvadın birgə mülkiyyətinə daxil olur ki, həmin əmlak birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilsin. Yuxarıda göstərilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21.12.2012-ci il tarixli Qərarında deyilir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ərarvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Əliyev Valeh məhkəməyə sözügedən müqavilələrin onun hesabına bağlanması barədə mötəbər sübut təqdim etmişdir. “Bank Respublika” ASC tərəfindən verilmiş 28.04.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Əliyev Valeh Vaqif oğlunun bank hesabından 16.11.2020-ci il tarixində hesabdan 87601 manat, 24.11.2020-ci il tarixində hesabdan 98309,30 manat məxaric edilmişdir. Müqavilələr də təxminən yaxın tarixlərdə bağlanmışdır. Müqavilələrdə “imza” yerində Əliyev Valeh imza çəkmiş, bu hal ekspertiza rəyi ilə təsdiq edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bunun nəticəsində, məhkəmə hesab edir ki, məbləğlərin ödənilməsi də məhz Əliyev Valeh tərəfindən həyata keçirilmişdir. Həmçinin, şahid qismində cəlb edilmiş və “EVROSTROY” MMC-də kargüzar və xəzinədar (mühasib) işləmiş şəxs İsmayılova Aygün Firudin qızı pulu Əliyev Valehdən qəbul edilməsini demişdir. Beləliklə də, məhkəmə elə qənaətə gəlir ki, mübahisəli mənzillərin tikilməsinə pul Əliyev Valeh Vaqif oğlu tərəfindən ödəndiyindən, cavabdeh Əliyev Tofiq Nurəddin oğlu bu pulların mülkiyyətçisi olmamış, onun gəlirləri hesabına bu pullar əldə edilməmiş və bunun nəticəsində, həmin pullar birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə olunnmuş kimi hesab edilə bilməzlər. İş materiallarında mübahisəli mənzillərin birgə nikah dövründə birgə gəlir hesabına alınması barədə mötəbər sübutların olmadığı görülmüşdür. İkinci məsələ ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisəli mənzilərin 3-cü şəxs olan Əliyev Valeh Vaqif oğluna satılmasına dair müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasını tələb etsə də, etibarsız hesab edilməsi üçün əsas olmadığından, onlar tam etibarlı müqavilələr və arayışlar hesab olunur. Yuxarıda göstərilmiş faktlara görə, mübahisəli mənzillərin tikilməsinə pul Əliyev Valeh Vaqif oğlu tərəfindən ödənilmişdir. Buna görə də, 2022-ci ilin dekabr ayında cavabdeh Əliyev Tofiq Nurəddin oğlu notarial qaydada təsdiq edilmiş ərizələri ilə mənzillərdən imtina edir. Cavabdeh Əliyev Tofiq Nurəddin oğlunun ərizələrini əsas tutaraq, cavabdeh “EVROSTROY-S-S” MMC mənzillərin tikilməsinə dair müqavilələri artıq pulu ödəmiş Əliyev Valeh Vaqif oğlu ilə bağlayır. Məhkəmə bu hərəkətlərdə hər hansı bir hüquq pozuntusu və cinayət tərkibi görmür. Bununla da, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf cavabdeh “EVROSTROY-S-S” MMC-nin sahid qismində dindirilmiş şəxsin, Tofiq Əliyevin və Valeh Əliyevin əməllərində cinayət təqibinin açılması üçün məhkəmədən xüsusi qərardad çıxarılmasını xahiş etsə də, vəsatət təmin edilə bilməz. İş materiallarında da buna dair mötəbər sübutlar mövcud deyil. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən və Bakı şəhəri Nərimanov rayonu Təbriz küç. F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli ,16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 370a saylı 17.12.2022-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab olunmasına və həmin ünvan üzrə 6 girişli,16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 17.12.2022-ci il tarixli 361A saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasına və cavabdeh Əliyev Tofiq Nurəddin oğlu ilə birgə nikah dövründə onun adına rəsmiləşdirilməklə alınmış və “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən, Bakı şəhəri Nərimanov rayonu Təbriz küç. F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli ,16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m dan ibarət 2 otaqlı 273 saylı mənzilə və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzilə pay haqqının tanınmasına və əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci -ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Əliyeva Nigar Şakir qızının “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən və Bakı şəhəri Nərimanov rayonu Təbriz küç. F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli ,16 mərtəbəli yaşayış evinin E girişi, 8ci mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 273 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 370a saylı 17.12.2022-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab olunmasına və həmin ünvan üzrə 6 girişli,16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzilin Əliyev Valeh Vaqif oğluna satılması barədə 17.12.2022-ci il tarixli 361A saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab olunmasına və cavabdeh Əliyev Tofiq Nurəddin oğlu ilə birgə nikah dövründə onun adına rəsmiləşdirilməklə alınmış və “EVROSTROY-S.S” MMC tərəfindən “SİPARK” yaşayış komleksində inşa edilən, Bakı şəhəri Nərimanov rayonu Təbriz küç. F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində 6 girişli ,16 mərtəbəli yaşayış evinin E girişi, 8-ci mərtəbəsində yerləşən 87,6 kv.m dan ibarət 2 otaqlı 273 saylı mənzilə və həmin ünvan üzrə 6 girişli, 16 mərtəbəli yaşayış evinin E girişi, 9-cu mərtəbəsində yerləşən 87,6 kv.m-dən ibarət 2 otaqlı 277 saylı mənzilə pay haqqının tanınmasına və əmlakların yarısına mülkiyyət hüququnun müəyyən edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1562/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1562/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver