Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1569/2022 15.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi. İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(010)-9389/2015 saylı qətnaməsinin qəbul edildiyi 14 dekabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 2 ay müddətində 589 (beş yüz səksən doqquz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(010)- 9389/2015 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdehn qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 1900 (min doqquz yüz) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda oldugu yer üzrə Suraxanı rayon İcra Şöbəsinə göndərilib. Lakin Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirdiyi vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 570 (beş yüz yetmiş) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. İddiaçı məhkməyə ərizə ilə müraciət edərək hazırki məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işin hallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Suraxanı Rayon Məhkəməsinin 14.12.2015-ci il tarixli, 2(010)-9389/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 1500 manat məbləğində pulun və iddiaçı tərəfindən vəkilin hüquqi yardım göstərməsinə görə "xxxx" MMC-nin hesabına ödənilmiş 400 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Suraxanı rayon İcra Şöbəsinin 21.01.2016-cı il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 14.12.2015-ci il tarixli, 2(010)-9389/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - 23.12.2021-ci il tarixli pretenziyadan görünür ki, borclu Cavabdeh borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6530/2018 saylı, 17.10.2018-ci il tarixli qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2014 saylı, 08.10.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X4 12047 manat pulun bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla, əldən çıxmış faydaya görə 8670 manat pulun tutularaq iddiaçı X5 verilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11 manatının iddiaçı X5 aid edilməsi və qalan hissəsinin cavabdeh X4 tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2017-ci il tarixli 2(103)- 6068/2017 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qismən dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulan pul məbləği 3564 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - AR Ali Məhkəməsi Mülki Kollegiyasının 18.12.2017-ci il tarixli, 2(102)-8901/2017 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli 2(103)- 2680/2018 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2014 saylı, 08.10.2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. - Hazırki AR Ali Məhkəməsi Mülki kollegiyasının qərarı ilə X10əli qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli 2(103)-2680/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Yasamal Rayon Məhkəməsinin 2(004)-2019/2019 saylı, 26.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X4 2409 manat məbləğində pul və 30.40 manat dövlət rüsumu olmaqla cəmi 2439.40 manat pulun tutularaq iddiaçı X10əli qızına ödənilməsi qət edilmişdir. - Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2019 saylı, 06.09.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X6 19 aprel 2016-cı il tarixdən 10 iyun 2019cu il tarixədək olan 3 il müddətinə hər il üçün 259 ABŞ dolları olmaqla cəmi 777 ABŞ dolları pul vəsaitinin AR Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. - Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2019 saylı, 06.09.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X6 12875.80 manat pulun bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla əldən çıxmış faydaya görə 4506.53 manat pulun tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. - Salyan Rayon Məhkəməsinin 2(057)-708/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək cavabdeh X1 1352.5 manat və 29.15 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2297/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin 2(057)-708/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq 14.12.2015-ci il tarixli qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə pul məbləğinin tutulması qət edilmişdir. İddiaçının tələbinin faktiki əsaslandırması ondan ibarətdir ki, cavabdeh 6 ildən çox müddət ərzində onun pulunu qərəzli olaraq qaytarmadığına görə ona maddi ziyan vurmuşdur. Belə ki, o həmin puldan fayda götürməkdən məhrum edilmişdir. Tələbin sübutu kimi yuxarıda qeyd edilən qətnamənin icrası ilə əlaqədar 2016-cı il tarixində icra icraatının açılmasını göstərən sənədə və oxşar tələb üzrə ayrı-ayrı məhkəmələrin qəbul etdiyi qətnamələrə istinad edilir. Məhkəmə hesab edir ki hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, AR MM-nin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qərarda bu fikirin davamı olaraq qeyd edilmişdir ki, bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Daha sonra qeyd edilmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər.... Konstitutsiya Məhkəməsinin maddi hüquq norması ilə bağlı hüquqi mövqeyindən aydın olur ki, pul öhdəliklərinin gecikdirilməsinə görə borcludan faizin tutulması o halda əsaslı sayılır ki, gecikdirmənin səbəbi təqsirli hərəkət və ya hərəkətsizlik olsun. Deməli, hazırkı işdə borclunun, yəni cavabdehin öhdəliyinə əməl etməməsinin səbəbi müəyyənləşdirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehin icra tədbirlərindən yayındığını bildirsə də, bu halı təsdiq edəcək sübutları (cavabdehin icradan qəsdən yayınmasına dəlalət edən hallar) məhkəməyə təqdim etməmiş, yalnız icra icraatının başlanılmasını göstərən edən qərarı və oxşar tələblə bağlı məhkəmə qətnamələrini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, 21.01.2016-cı ildə icra icraatı başlanıldıqdan sonra hansı icra hərəkətlərinin edildiyini və buna münasibətdə cavabdehin qərəzli yayınma hərəkətlərini göstərəcək hər hansı sübut təqdim edilməmişdir. İşə əlavə edilən məhkəmə qətnamələri ilə bağlı isə qeyd edilməlidir ki, həmin qətnamələr hazırkı işdə məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Çünki, həmin mübahisələrdə tələb oxşar olsa da, məhkəmə çəkişməsi ayrı-ayrı şəxslər arasında olmuşdur və hazırkı iş üzrə tərəflərə heç bir aidiyyəti yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyini icra etməməsinin qərəzli səbəblə əlaqədar olduğu sübuta yetirilmədiyinə görə, hazırkı iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Hətəmov Raqı̇ f Arı̇ f oğlunun cavabdeh Bəhmanova Rəsmı̇ yə Elşad qızına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1569/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1569/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver