Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1581/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 2000 manat pulun, o cümlədən 40 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə xx.xx.2024-cü il tarixdə uşağının əməliyyatı ilə bağlı 2000 manat məbləğində borc vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, razılaşmalarında müəyyən edilmiş müddət çatmasına baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və zənglərinə cavab verməməyə başlamışdır. Hazırda cavabdehin harda olmağından məlumatı yoxdur. Bu səbəbdən də aralarında olan şifahi borc müqaviləsinə əsasən yaranmış borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh 2000 manat məbləğində borc vermişdir. Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Pulun verilmə səbəbi cavabdehin övladının vəziyyətinin pis olması ilə bağlı olmuşdur. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bununla bağlı olaraq o, cavabdehin hərəkətləri barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmiş, lakin nəticə olaraq təhqiqatçı cavabdehi tapa bilmədiyini bildirmişdir. Sözügedən məbləği cavabdehin idarə etdiyi avtomobildə, Cavabdeh öz şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra vermişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, İddiaçı 2014-cu il tarixindən tanıyır. O, iddiaçıya maddi probleminin mövcud olduğunu söyləmiş və bu səbəblə İddiaçı ona 800 manat məbləğində pul vermişdir. Sözügedən pul vəsaiti ona 2023-cü ilin yay aylarında verilmişdir. İddiaçı, 7-8 ay ərzində hər ay 160 manat məbləğində ödəniş etmişdir. O, dəfələrlə İddiaçı tərəfindən təhqirlərə məruz qalmış, polis bölməsinə getməsi ilə şantaj olunmuşdur. Lakin hal-hazırda işləmir. İddia tələbinin qismən təmin olunmasına etiraz etmir.
İş materialları.
5.Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı, ünvan 1 ünvanda qeydiyyatdadır.
6. “Whatsapp” yazışmalarının ksero surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh borcun ödənilməsini tələb etmişdir.
İşin faktiki halları.
7. İddiaçı iddia edir ki, cavabdehə xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində borc vermiş və cavabdehin ona 2000 manat məbləğdə borcu mövcuddur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, o, 800 manat məbləğində pulu İddiaçı borc kimi almışdır.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
12. İşin faktiki hallarından görünür ki, İddiaçı iddia edir ki, cavabdeh ondan 2000 manat pul vəsaiti almış və cavabdehin ona cəmi 2000 manat borcu mövcuddur. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan cəmi 800 manat borc pul vəsaiti aldığını etiraf edir, həmin pulu 7-8 ay ərzində hər ay 160 manat məbləğində olmaqla geri qaytardığını bildirir.
13. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
14. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf polis şöbəsində borc məbləğinin verilməsi ilə bağlı araşdırılma aparılmadığını, borcun tərəfə yalnız tərəflərin iştirakı ilə şifahi qaydada verildiyini qeyd etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasında verdiyi izahatda iddiaçıdan 800 manat pul vəsaiti aldığını etiraf etmişdir.
15. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 2000 manat pul vəsaiti verdiyini və pul vəsaitinin qaytarılmadığını, lakin cavabdeh iddiaçıdan 800 manat məbləğində pul vəsaiti aldığını, lakin 7-8 ay ərzində hər ay 160 manat olmaqla qaytardığını iddia edir.
16. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəf 2000 manat verdiyini və cavabdeh tərəf isə hər ay 160 manat pul vəsaitinin geri qaytarıldığını sübut edə bilmədiyindən 800 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
18. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 20.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova