Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1585/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin və təmir xərclərinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin və təmir xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan ** PR *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı minik avtomobilinə dəymiş zərərin əvəzi olaraq 3270 manat və təmir xərclərinin dəyəri 1740 manat olmaqla, avtomobilə dəyən ziyanın miqdarı cəmi 5010 manat, dövlət rüsumu kimi ödənilmiş 70.10 manat, cəmi 5080.10 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, lakin cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin və təmir xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70.10 manat dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ödəniş qəbzi) dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1585/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1585/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver