Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1589/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat məbləğində pul vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinoi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, hazırki iddia üzrə Cavabdeh əvvəldən tanımışdır. Cavabdehlə söhbət əsnasında onun da sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. O da ona sürücülük vəsiqəsinin alınmasında köməklik göstərəcəyini, lakin bununla bağlı 800 manat ödəmək lazım olduğunu ona demişdir. O da Cavabdeh tanıdığından onun sözlərinin həqiqiliyi ilə bağlı hər hansı şübhəsi olmadığından, habelə cavabdehə inandığına görə, ona 2018-ci ilin dekabr ayında 800 manat məbləğində pul vermişdir. Cavabdeh də ona məsələnin həlli üçün müəyyən bir müddət tələb olunduğunu və həmin müddətdə onun sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Cavabdeh ona vəd etdiyi müddət keçdikdən sonra o, Cavabdeh müraciət edərək, vəsiqəsinin nə vaxt ala biləcəyini soruşmuş, o da bunun üçün əlavə vaxt lazım olduğunu bildirmişdir. Bu kimi cavablar Cavabdeh tərəfindən bir neçə dəfə təkrarlandıqdan sonra və sürücülük vəsiqənin ona verməyəcəyini görüb Cavabdeh pulunun geri qaytarılmasını tələb etməyə başlamışdır. Lakin Cavabdeh müxtəlif bəhanələrlə pulun qaytarılmasını da gecikdirməyə başladı. O da aldadıldığını başa düşüb, Cavabdeh ona qarşı bu qanunsuz hərəkətləri ilə bağlı şikayət ərizəsi ilə Xəzər Rayon Polis İdarəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Onun şikayət ərizəsi əsasında Xəzər Rayon Polis İdarəsində araşdırma aparılmış, Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında ondan həqiqətən də sürücülük vəsiqəsi düzəltmək üçün 800 manat aldığını, lakin sonradan həmin vəsaiti öz şəxsi məqsədləri üçün xərclədiyini bildirmişdir. Xəzər Rayon Polis İdarəsində toplanmış material üzrə cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 iyun 2019-cu il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh ilə onun arasındakı mübahisə mülki xarakter daşıdığına görə, müvafiq iddia ilə məhkəməyə müraciət olunmalıdır. Sözügedən qərar ona 2019-cu ilin oktyabr ayında təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh ondan 800 manat məbləğində pul vəsaiti almaqla, onun hesabına əsassız varlanmışdır. Cavabdeh 800 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən Xəzər rayon Polis İdarəsinə 16 mart 2021-ci il tarixində verilmiş sorğuya əsasən, Suraxanı rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin baxılmasında yaranmış zərurətlə əlaqədar İddiaçı oğunun verilmiş şikayəti ilə əlaqədar bütün materiallar o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, Cavabdeh izahatı və digər məlumatları və sənədlərin surətlərinin təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsi tərəfindən 31.03.2021-ci il tarixli 0555441-1221 saylı məktuba əsasən, Suraxanı Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli məktubuna cavab olaraq, vətandaş İddiaçı barəsində toplanmış materialından çıxarılmış sənədlərin sürəti göndərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən 06 may 2019-cu il tarixində Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə verilmiş izahat və ərizədən görünür ki, ilk dəfə 2018-ci ilin iyul ayında 200 manat olmaqla, sonuncu dəfə də 600 manat pul verməklə Cavabdeh ümumilikdə 800 manat pul vermiş, lakin sonuncu sürücülük vəsiqəsi düzətmək adı ilə onu aldadaraq müxtəlif bəhanələr gətirmiş, verdiyi vədə əməl etməyərək 800 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də o, şikayət etmək qərarına gəlmiş, Cavabdeh barəsində qanuni tədbir görülməsini və onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 18 may 2019-cu il tarixində Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə verilmiş izahatından görünür ki, İddiaçı onun barəsində yazdığı ərizəsi ilə tanış olmuş, belə ki, İddiaçı təxminən 1 il əvvəl dostu Şabanın vasitəsi ilə tanımışdır. O, həqiqətən də Binə qəsəbəsinin mərkəzində İddiaçı sürücülük vəsiqəsi düzətmək adı ilə ondan 2018-ci ildə ümumilikdə 800 (səkkiz yüz) manat almışdır. Lakin verdiyi vədə əməl etməmiş, yəni İddiaçı sürücülük vəsiqəsi düzəltmək adı altında aldığı 800 (səkkiz yüz) manat pulu öz şəxsi problemlərinə xərcləmişdir. Ona həmin pulu bu günə kimi qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görm əli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçıya vurulmuş 800 manat məbləğində zərərin qaytarılması barədə Cavabdeh tərəfindən öhdəlik götürüldüyündən həmin məbləğ sonuncudan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iddiaçının izahatlarını, nəzərə alaraq hesab edir ki, Cavabdeh 800 manat məblələğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 800 manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1589/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1589/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver