Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1596/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277.40 manat dəyərində pul məbləğinin cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yasamal Rayon Məhkəməsinin 1(001)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 1(001)-232/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü və onun icrasına dair hakimin xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra məhkum Cavabdeh yaşadığı ünvana 3 gün müddətində İdarəyə gələrək qeydiyyatdan keçməsi məqsədi ilə bildiriş göndərilmişdir. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçınə gələrək qeydiyyata götürülmüş, izahatı alınmış və ona elektron nəzarət vasitəsi tətbiq edilərək cəzanın icrası qayda və şərtləri, hüquqları, məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri qərəzli və üzrsüz səbəbdən pozacağı halda qanunla nəzərdə tutulmuş tədbirlər onun nəzərinə çatdırılmışdır. Məhkumun cəza müddətinin sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. Məhkum Cavabdeh üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirmədiyinə görə izahat verməsi üçün edilmiş çağırışlara gəlmədiyinə görə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-1.2-ci maddəsinin tələblərinə əsasən onun məcburi qaydada İddiaçınə gətirilməsi üçün qərar yazılaraq icra edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli məktubla Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda məhkum Cavabdeh olduğu yeri müəyyən etməyin mümkün olmaması səbəbindən qərarın icra edilmədiyi öz əksini tapdığından məhkum barəsində ilkin axtarış tədbirlərinə başlanılmış və bu barədə aidiyyəti üzrə orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən xx.xx.2023-cü il tarixdə daxil olmuş məktub nəticəsində məhkumun hazırda 3 saylı İstintaq Təcridxanasında olduğu müəyyən edilmişdir. Belə ki, məhkum barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-337/2023 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan təddbiri seçilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları məhkum həbs edilən zaman onun üzərində elektron nəzarət vasitəsinin olmadığını bildirdiklərinə görə məhkumun atası Aslan İbrahim-zadə ilə ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, sonuncu elektron nəzarət vasitəsinin harada olması barədə məlumatsız olduğunu bildirmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasınını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və yekun qərarın verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və iddiaya münasibəti ilə bağlı hər hansı ərizəsi məhkəməyə daxil olmamışdır. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və Cavabdeh üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmiş və hökmün icrası İddiaçınə həvalə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakimi A.Sadıqovanın xx.xx.2023-cü il tarixli göstərişindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünün surəti (Təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair) icra edilməsi üçün Bakı şəhəri Probasiya İdarəsinə göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixdə İddiaçındə verdiyi izahatın təsdiq edilmiş surətindən müəyyən olunur ki, icra məmuru tərəfindən cəzanın icrası qayda və şərtləri, məhkəmə tərəfindən üzərinə qoyulan vəzifələr məhkum Cavabdeh izah edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokolun təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən 3, Korpus 125 ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkuma 1 ədəd mobil qurğu təhkim edilərək 1 ədəd adapter və telefon üzlüyü təhvil verilmişdir (mobil qurğu: №35638835, elektron qolbaq: №32046). Daha sonra fərdi söhbət zamanı məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı bir daha izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-337/2023 saylı qərarından müəyyən olunur ki, vəsatət və təqdimat təmin edilərək ********* nömrəli cinayət işi üzrə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində 03 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qəti imkan tədbiri seçilmiş və qərarın icrası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən, 1) Sadə elektron qolbağın dəyəri – sadə elektron qolbaq x1, - mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1 və 2) ƏDV əlavə olunmaqla 2277.40 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi Maddə 15-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli Qərarı
2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkuma 1 ədəd mobil qurğu təhkim edilərək 1 ədəd adapter və telefon üzlüyü təhvil verilmişdir. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-232/2023 saylı hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)- 337/2023 saylı qərarı ilə 03 (üç) ay müddətinə, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkum həbs edilən zaman onun üzərində elektron nəzarət vasitəsi aşkar edilməmiş və hal-hazırda həmin elektron nəzarət vasitəsinin harda olması ilə bağlı mötəbər məlumat mövcud deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh bu nəzarət vasitələri ona təhvil verilərkən onları işlək vəziyyətdə saxlamaq üçün lazımi diqqət göstərməli olması, bu vasitələri təqsirli olaraq (qəsdən və ya ehtiyatsızlıqdan) işlək vəziyyətdə saxlanılmamasının məsuliyyətə səbəb olması barədə xəbərdar edilmişdi və bütün bunları bilirdi (bilməli idi). Bu baxımdan məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini itirən cavabdeh bu cihaza dəymiş zərəri ödəməlidir. Odur ki, iddiaçı elektron nəzarət vasitəsinə dəymiş 2277.40 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 42.70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməli, ödənilməmiş 42.70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 2277.40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Ödənilməmiş 42.70 (qırx iki manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva