Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-161/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7.273,61 ABŞ Dolları məbləğində kredit borcu, 6.098,08 ABŞ Dolları məbləğində faiz borcu və 12.096,51 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25.468,20 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2015-ci il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq faiz drəcəi 2,25 faiz olmaqla 10.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2.726,39 ABŞ Dolları ödəmiş, onun 7.273,61 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxx 2020-ci il tarixə 1186 gün üçün hesablanmış faiz borcu 6.098,08 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx xxx 2020-ci il tarixə 1186 gün üçün hesablanmış cərimə 12.096,51 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 7.273,61 ABŞ Dolları məbləğində kredit borcu, 6.098,08 ABŞ Dolları məbləğində faiz borcu və 12.096,51 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25.468,20 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı bankdan götürdüyü məbləği bir müddət ödəniş etsə də, sonradan maddi imkansızlığı səbəbindən ödəniş edə bilməmişdir. O, iddiaçı tərəfindən hesablanmış faiz və cərimə borcu ilə razı deyildir. O, hesablanmış əsas borcu isə hissə-hissə ödəyəcəkdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirkaçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2015-ci il tarixli 056A********** saylı Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1nın uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, Cavabdeh1nın Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx xxxxxx 2018-ci il müəyyən olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın xx xxxx 2015-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 7.273,61 ABŞ dolları məbləğində əsas, 6.098,08 ABŞ dolları məbləğində faiz borcu, 12.096,51 ABŞ dolları cərimə borcu olmaqla cəmi 25.468,2 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/4520 saylı rəyi ilə Cavabdeh1nın 22xx xxxx 2015-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə, yəni xx xxxx 2018-ci il tarixinə 8.795,96 ABŞ dolları əsas və 3.155,95 ABŞ dolları məbləğində faiz borcu müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə xx xxxx 2015-ci il tarixli 056A********** saylı Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdirr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kreditdən yaranan əsas və faiz borclarının ödənilməsinə dair öhdəliyini lazımınca icra etməmişdir. Odur ki, məhkəmə həmin cavabdehə qarşı kredit müqaviləsinə görə pul tələbinə dair iddia tələbini əsaslı hesab edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 7.273,61 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində iddia təmin edilməlidir. Bununla belə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi məhkəmə mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmaqla faiz borcunun tələb olunması hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan həcmdə kredit müqaviləsi üzrə faiz məbləğini kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə məhkəməyə iddia ilə müraciət edildiyi tarixədək tələb edir. Məhkəmə isə iddiaçının kredit müddətinin bitməsindən sonra də eyni faiz dərəcəsi ilə əsas borca faizlərin hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi»nə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd etmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda qeyd edilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şərtin nəzərdə tutulması ilə şərtləndirmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsində belə şərt nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən, cavabdehdən məhkəmə hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli 9/4520 saylı rəyi məhkəmə-mühasibatlıq ekspertizasında göstərilən məbləğdə- kredit müqaviləsinin bitdiyi tarixinə, yəni xx xxxx 2018-ci il tarixinə hesablanmış 3.155,95 ABŞ dolları məbləğində faiz borcunun tutulmalıdır. Bununla belə məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218-cü maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarılmalı olduğundan iş üzrə keçirilmiş ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddia tələbində göstərildiyi məbləğdən artıq olsa da, məhkəmə prosessual qanunvericiliyin tələbini rəhbər tutaraq kredit müqaviləsi üzrə əsas borcun 7273,61 ABŞ dolları məbləğində olmasə qənaətinə gəlir.. Eyni ilə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 120 ABŞ dolları məbləğinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 pul tələbinə dair iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdehlər Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin cavabdehlər borclunun 36 ay müddətinə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsi üçün tam məsuliyyəti üzərinə götürmüşdür. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, kreditor “xxxx” Bank ASC ilə borclu Cavabdeh1 arasında bağlanan xx xxxx 2015-ci il tarixli Kredit Müqaviləsi xx xxxxxx 2018ci il tarixdə bitmişdir. Bu isə qeyd olunan qanunvericilik aktı (Mülki Məcəllənin 477.0.4-cü maddəsi) normasının tələblərinə görə ona dəlalət edir ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi zaman zaminin öhdəliklərinə xitam verimiş hesab olunmalı və beləliklə də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 7940,31 ABŞ dolları, əsas borc, faiz borcu 4944,45 AÖŞ doları, cərimə borcu 3677,27 ABŞ dolları, cəmi 16562,03 ABŞ doları məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidr. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Eyi zamanda İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxx 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, həmin ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 7.273,61 ABŞ dolları məbləğində əsas borc, 3.155,95 (üç min yüz əlli beş dollar 95 sent) ABŞ dolları məbləğində faiz borcu və 120(yüz iyirmi) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 10.549,56(on min beş yüz qırx doqquz dollar 56 sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-161/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-161/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver