Məhkəmə qərarları › İş №2(010)-1610/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1610/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1610/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 qızının, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh X6 vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» ASC cavabdeh X6 vərəsəsi Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 vərəsəsi Cavabdeh 539,97 manat əsas, 0,01 manat faiz borcu olmaqla, ümumilikdə 539,98 manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qdilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Suraxanı” filialı ilə X10 arasında bağlanmış 30.05.2018-ci il tarixli, BPM**********89 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X8 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 2.3cü bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 11.08.2019-cu il tarixində vəfat etmişdir. Ədliyyə Nazirliyininin elektron portalında vərəsəlik işlərinin açılıb-açılmaması barədə qeyd olunan ölüm halı ilə əlaqədar 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilən məlumata əsasən X6 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 10.09.2020-ci il tarixli maliyyə arayışına əsasən, X1 Banka ödənilməmiş qalan 539.97 manat əsas, 0.01 manat faiz borcu olmaqla, ümumilikdə 539.98 manat borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Odur ki, “xxxx” ASC mərhum X6 vərəsəsi Cavabdeh 539,97 manat əsas, 0,01 manat faiz borcu olmaqla, ümumilikdə 539,98 manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 30 may 2018-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən X8 illik 27 faiz olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 1300 (bir min üç yüz) məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan 30.05.2018-ci il tarixli sənədindən görünür ki, X10 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 53,1 manat və 51,59 manat olmaqla 30.05.2021-ci il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan 01.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X6 30 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 01.02.2021-ci il tarixinə 539,97 (beş yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat məbləğində əsas kredit borcunun, 0,01 (bir qəpik) manat faiz borcunun, cəmi 539,98 (beş yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat borcu vardır. İş materiallarında olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin X6 vərəsəsi Cavabdeh ünvanlanan 18.12.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh X6 30.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan məbləğin ödənilməsindən yayınması göstərilməklə, bu barədə müvafiq orqanlara müraciət olunması izah edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 040055 nömrəli, 20.08.2019-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X10 11.08.2019cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 avqust 2019-cu il tarixdə 1686 sayla qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli 1513 saylı məktuba əsasən, 11.08.2019-cu il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1958-ci il təvəlüdli arvadı Cavabdeh qəbul etmişdir, vərəsəlik işi aəlmış və ona 12.02.2020-ci il tarixdə, 2V-128 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Suraxanı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixində daxil olmuş sorğusuna cavab olaraq verilmiş 20 may 2021-ci il tarixli 824 nömrəli məktuba əsasən, 12.02.2020-ci il tarixli , 2V-128 reyestr nömrəli notariat işinin sürəti göndərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 04.02.2021-ci il tarixli 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə verilmiş mirasın qəbul ərizəsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yaşamış və 11.08.2019-cu ildə vəfat etmiş əri X5 qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan X7 və X13 tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə verilmiş 08.02.2020-ci il tarixli ərizəyə əsasən, 11.08.2019-cu ildə vəfat etmiş ataları X5 miras qalmış əmlakdan imtina edir. İş materiallarında olan 12 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cü maddəsinə əsasən təsdiq etmişdir ki, 11.08.2019-cu il tarixdə ölmüş X10 vərəsəsi arvadı Cavabdehdır-Bakı, Qaraçuxur qəs, Mədən küçəsi, ev 86C və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş 15/12/2018-ci il tarixli AD 367332 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi NİL və buraxılış ili 2003 olan JEEP CHEROKEE MİNİK markalı 99SC150 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçı “xxxx” ASC-nin “Suraxanı” filialı ilə X10 arasında bağlanmış 30.05.2018-ci il tarixli, BPM**********89 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X8 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 2.3. bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.X2 11.08.2019-cu il tarixində vəfat etmişdir. Ədliyyə Nazirliyininin elektron portalında vərəsəlik işlərinin açılıb-açılmaması barədə qeyd olunan ölüm halı ilə əlaqədar 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontoru tərəfindən verilən məlumata əsasən X6 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 10.09.2020-ci il tarixli maliyyə arayışına əsasən, X1 Banka ödənilməmiş qalan 539.97 manat əsas, 0.01 manat faiz borcu olmaqla, ümumilikdə 539.98 manat borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, onra çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdeh X6 vərəsəsi Cavabdeh 30 may 2018-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsi üzrə 01.02.2021-ci il tarixi üçün 539,97 (beş yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat məbləğində əsas kredit borcunun, 0,01 (bir qəpik) manat faiz borcunun, cəmi 539,98 (beş yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı xxxxna ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh X6 vərəsəsi Cavabdeh 30 may 2018-ci il tarixli BPM**********89 saylı kredit müqaviləsi üzrə 01.02.2021-ci il tarixi üçün 539,97 (beş yüz otuz doqquz manat doxsan yeddi qəpik) manat məbləğində əsas kredit borcunun, 0,01 (bir qəpik) manat faiz borcunun, cəmi 539,98 (beş yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində borc tutularaq «xxxx» ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X6 vərəsəsi Cavabdeh tutularaq «xxxx»-yə ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar