Məhkəmə qərarları › İş №2(010)-1636/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1636/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1636/2020 28.02.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçının nümayəndəsi İddiaçı QSC-nin nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə- 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 2889.85 manat məbləğində cərimə borcu olmaqla,cəmi 10927 (on min doqquz yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun, 027R********** saylı kredit razılaşması üzrə 7118.37 manat məbləğində kredit borcu, 2163.36 manat məbləğində faiz borcu və 3395.6 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12677 (on iki min altı yüz yetmiş yeddi) manat 33 (otuz üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, X4 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 04L00ÖÖ03073 saylı kredit Xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000(əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilərək, kredit xəttinin müddəti 203 (iki yüz üç) ay müddətində, kredit xəttinin məbləği 500000 (beş yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. X5 xx.xx.2018-ci ildə vəfat etdiyindən Cavabdeh1 bütün kredit xətti, kredit razılaşması və sazişlər üzrə mövcüd olan öhdəliklərini qəbul etmiş və buna dair müvafiq sazişlər Bankla Cavabdeh1 arasında bağlanmışdır. Belə ki, X2 vərəsəsi olan Cavabdeh1 ilə İddiaçı QSC-nin bağladığı xx.xx.2018-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X2 oğlu Cavabdeh1 və əri İran İslam Respublikası vətəndaşı X8 vərəsəliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə uçot kitabında aparılmış qeydiyyat əsasında təsdiqlənmişdir. Belə olan halda Cavabdeh1 və X11 mərhum X2 hüquq və vəzifələri də keçmişdir. X1 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. X5 götürdüyü kredit borcundan 3932.88 manat ödəmiş, onun 6067.12 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, X1 borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 458 gün üçün hesablanmış faiz borcu 1970.76 manat təşkil edir. X2 vərəsəsi kimi Cavabdeh1 İddiaçı QSC ilə imzaladığı xx.xx.2018-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X1 razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. X5 götürdüyü kredit borcundan 2881.63 manat ödəmiş, onun 7118.37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, X1 borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 458 gün üçün hesablanmış faiz borcu 2163.36 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 458 gün üçün hesablanmış cərimə 3395.6 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X5 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə- 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 2889.85 manat məbləğində cərimə borcu olmaqla,cəmi 10927 (on min doqquz yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun, 027R********** saylı kredit razılaşması üzrə 7118.37 manat məbləğində kredit borcu, 2163.36 manat məbləğində faiz borcu və 3395.6 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12677 (on iki min altı yüz yetmiş yeddi) manat 33 (otuz üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, kredit borcunu ödəməyə maddi imkanı yoxdur, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X6 və X10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X4 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 04L00ÖÖ03073 saylı kredit Xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000(əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilərək, kredit xəttinin müddəti 203 (iki yüz üç) ay müddətində, kredit xəttinin məbləği 500000 (beş yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kreditin verilməsi haqqında sənəddən müəyyən olunur ki, X5 10.000 manat pulu qəbul etmişdir. İş materiallarından müəyyən olunur ki, Kredit xətti müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarından müəyyən olunur ki, Kredit xətti müqaviləsi üzrə X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, X5tərəfindən götürülmüş kreditin aylıq ödənişləri ayda 689 manat, 764 manat, 689 manat, 752 manat olmaqla geri qaytarılması razılaşdırılmışdır. İş materiallarından müəyyən olunur ki, X2 vərəsəsi olan Cavabdeh1 ilə İddiaçı QSC-nin bağladığı xx.xx.2018-ci il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 027R********** saylı kredit razılaşması üzrə 7118.37 manat məbləğində kredit borcu, 2163.36 manat məbləğində faiz borcu və 3395.6 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12677 (on iki min altı yüz yetmiş yeddi) manat 33 (otuz üç) qəpik məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 2889.85 manat məbləğində cərimə borcu olmaqla,cəmi 10927 (on min doqquz yüz iyirmi yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində borcu vardır. İş materiallarında olan AZ-İ seriyalı, 957519 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respubikasi Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminati Baş İdarəsinin xx.xx.2019-ci il tarixli məktubundan müəyyən olunur ki, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh3a (pasport № M36711902) etibarlılıq müddəti xx.xx.2018-cı il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1/20 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1962-ci il tarixində Gəncə şəhərində anadan olmuş ünvan 1 ünvanında yaşamış, xx.xx.2018-ci il tarixində vəfat etmiş X2 vərəsəsi olaraq oğlu ünvan 1 ünvanında yaşayan Cavabdeh1 xx.xx.2018-ci ildə əri İran İslam Respublikası vətəndaşı X12 mirası qəbul etmiş uçot kitabında 50/2018-nömrə ilə qeydiyyatı aparılmışdır. İş materiallarında olan xəbərdarlıqlardan müəyyən olunur ki, cavabdehlər öhdəliklərinin icrası barədə xəbərdar edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı QSC ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə onun vərəsələri Cavabdeh1, Cavabdeh3 müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə, eyni zamanda hesab edir ki, 6067,12 manat və 7118,37 manat əsas borcların qalığına 2889,85 manat və 3395,6 manat məbləğində dəbbə pulu hesablaması bu borca mütənasib deyil. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı təşkilat tərəfindən cavabdehin 6067,12 manat və 7118,37 manat əsas borclarına tənasübsüz olaraq yüksək məbləğdə hesablanmış 2889,85 manat və 3395,6 manat məbləğində dəbbə pulunun məbləğini azaldaraq, hər kredit razılaşması üzrə ayrı-ayrılıqda 10 manat, ümumilikdə 20 manat məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, 027R********** saylı kredit razılaşması üzrə 7118.37 manat məbləğində kredit borcu, 2163.36 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 6067.12 manat məbləğində kredit borcu, 1970.76 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, 027R********** saylı kredit razılaşması üzrə 7118.37 manat məbləğində kredit borcu, 2163.36 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar