Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-165/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X15 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçünçü şəxs X8) qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ** BS *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” minik markalı, 2011-ci il buraxılışlı, mühərrik nömrəsi 112639W, ban nömrəsi SJNDBAJ10Z22433368 olan avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Digər Cavabdeh2 Cavabdeh1 keçmiş həyat yoldaşıdır. ** BS *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” minik markalı avtomobil "xxxx" ASC-də kreditdə olmuş, 14.01.2013-cü il tarixdə Cavabdeh1 həmin avtomaşını 2062-ci ilədək qüvvədə olan etibarnamə vermək yolu ilə ona satmışdır. Razılaşmaya əsasən ilkin ödəniş kimi 6500 manat ödənilmiş, yerdə qalan 19500 manat məbləğində kredit isə banka ödənilərək bağlanılmışdır. Beləliklə, ** BS *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” minik markalı avtomobil ona 26000 manata başa gəlmişdir. İddiaçı ödəniş qəbzlərinin bir qismini saxlamadığı üçün və bu məlumatlar bank sirri hesab olunduğundan yalnız məhkəmə sorğusu əsasında "xxxx" ASC-dən tələb olunmalıdır. Cavabdehlər arasındakı nikah pozulmuş və Bakı Apellyasiya Məhkəməsiin 2(103)-2269/2016 saylı, 27.04.2016-cı il tarixli qətnaməsi ilə ** BS *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” minik markalı avtomobilin X16 və Cavabdeh1 hər birinə 1/2 hissədə paylara bölünməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 26.01.2017-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılması haqqında qərar qəbul olunmuş və həmin avtomobil cavabdehlər arasında bərabər payda bölünmüşdür. Cavabdeh1 ona həyat yoldaşı ilə problemli məsələlərinin olduğunu və həmin məsələləri həll etdikdən sonra avtomobili onun mülkiyyətinə keçirəcəyini bildirmişdir. Cavabdeh1 həmin avtomobili onun idarə etməsi üçün 27.03.2017ci il tarixdə etibarnamə vermişdir. Lakin bundan sonra Cavabdeh1 öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və ** BS *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” minik markalı avtomobili onun mülkiyyətinə keçirməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək əlavə etdi ki, o, mübahisəli avtomobili 2012-ci ildə Cavabdeh1 almış, bu zaman Cavabdeh1 həmin vaxta qədər ödədiyi kredit ödənişlərinin əvəzi olaraq 6500 manat məbləğində pul vermiş, avtomobilin qalan 19500 manat məbləğində kreditini özü ödəmişdir. O, avtomobili sonradan öz adına rahat keçirə bilsin deyə əvvəlcə etibarnaməni X7 adına almış, bu səbəbdən bəzi ayların ödənişlərini Saleh ödəmiş kimi görünsə də həmin pulu da özü ödəmişdir. Öz adına etibarnaməni isə 2013-cü ilin yanvar ayında ala bilmişdir. O, bundan sonra avtomobili öz adına keçirtmək istəsə də Cavabdeh1 ona bildirmişdir ki, arvadı ilə məhkəmə mübahisələri var və həmin mübahisələri həll edib avtomobili onun adına keçirəcək. Lakin bu belə olmamışdır. Əksinə, avtomobil üzərində cavabdehlərin payları müəyyən edilmiş, sonradan avtomobilin hərraca çıxarılaraq satılması qət edilmişdir. Belə bir vəziyyətdə pulunu ödədiyi avtomobili öz mülkiyyətinə keçirə bilməmişdir. Avtomobil hazırda etibarnamə əsasında istifadəsində olduğundan bu etibarnamə ləğv edilərsə avtomobili üzərində bütün hüquqlarını itirəcək. Eləcə də cavabdehlər arasında qəbul edilmiş məhkəmə qətnamələrinin icrası ilə bağlı olaraq avtomobilin özgəninkiləşdirilməsi də qadağan edilmişdir. Beləliklə, o, pulunu ödədiyi avtomobilin nə mülkiyyətçisi ola bilir, nə də onu sata bilir. Bununla da cavabdehlər onun hüquqlarını pozmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, məhkəməyə təqdim edilmiş qəbzlərdən, eləcə də məhkəmə sorğusu ilə bankdan alınmış qəbzlərdən avtomobilə görə konkret olaraq hansı məbləğdə ödənişlərin məhz iddiaçı tərəfindən ödənildiyi müəyyəndir. Bundan əlavə, Cavabdeh1 tərəfindən edilmiş 6500 manat məbləğində ödəniş də İddiaçı tərəfindən cavabdehə ödənilərək əvəzləşdirilmiş, beləliklə, Cavabdeh1 tərəfindən ödənilmiş 6500 manat məbləğində pulu da faktiki olaraq iddiaçı ödəmişdir. Bunu Cavabdeh1 da qəbul etmiş, ödədiyi 6500 manat məbləğində pulun İddiaçı tərəfindən ona qaytarıldığını bildirmişdir. Bundan əlavə, avtomobil 2013-cü ildə iddiaçının istifadəsinə verilənədək bir neçə ay ərzində formal olaraq X7 adına etibarnamə verilmiş, həmin dövrdə avtomobilin aylıq ödənişləri X9 adından ödənilmiş olsa da həmin ödənişləri də faktiki olaraq İddiaçı ödəmişdir. Beləliklə, avtomobilə görə banka ödənilən bütün pul İddiaçı məxsus olmuşdur. Buna baxmayaraq, Cavabdeh2 məhkəmədə iddia qaldıraraq yoldaşının satdığını bildiyi avtomobildən pay tələb etmiş, işə baxan məhkəmələr də avtomobilin Cavabdeh1 mülkiyyətində olmasına əsaslanaraq cavabdehlərin avtomobil üzərində 1/2 paylarını müəyyən etmişdir. Daha sonra, Cavabdeh2 bununla da kifayətlənməmiş, avtomobildə olan payına görə kompensasiya və ya avtomobilin hərraca çıxarılmasını tələb etmişdir. Beləliklə, İddiaçı 26000 manat məbləğində pul ödədiyi avtomobil üzərində heç bir mülkiyyət hüququ əldə edə bilməmiş, cavabdehlər avtomobil üzərində paylarını məhkəmə qaydasında müəyyən etmişlər. Bu zaman nəzərə alınmalıdır ki, avtomobil Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə əsasında satılan zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə münasibətləri hələ pozulmamışdı. Bu baxımdan Cavabdeh2 o zamankı əri Cavabdeh1 sürdüyü maşından, maşınını satıb-satmamasından xəbərsiz olması qeyri-mümkündür. Cavabdeh sadəcə olaraq, avtomobilin etibarnamə əsasında satılmasından sui-istifadə etmiş, ərinin bir neçə il əvvəl satmış olduğu avtomobildən əsassız pay tələb etmişdir. Odur ki, məhkəmədən iddianın hər iki cavabdehə münasibətdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə verərək bildirdi ki, o, iddianı tam qəbul edir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi o, Bankdan kreditlə mübahisəli avtomobili almış, bir müddət, təxminən 6500 manat məbləğində ödəniş etdikdən sonra aylıq ödənişləri ödəməyə maddi imkanı olmadığından avtomobili İddiaçı satmışdır. Bu zaman İddiaçı avtomobilə görə ödədiyi cəmi 6500 manat məbləğində pulu ona geri ödəmiş, qalan borcu aybaay ödəməyə başlamışdır. Lakin İbrahim gələcəkdə avtomobili öz adına keçirə bilmək üçün əvvəlcə ona demişdir ki, etibarnaməni onun yox, tanışı Saleh adlı şəxsin adına versin. O da İbrahimin dediyini edib etibarnaməni Salehin adına vermişdir. Bundan sonra, avtomobilin aylıq ödənişlərinin bir hissəsi Salehin adından ödənilsə də əslində bu ödənişlər iddiaçının hesabına olmuşdur. Beləliklə, iddiaçı avtomobilə görə cəmi 26000 manat məbləğində pul ödəmişdir. Lakin digər cavabdeh bunu nəzərə almadan birgə nikah dövründə əldə edilmiş əmlak kimi həmin avtomobildən də pay tələb etmişdir. Məhkəmə qətnaməsi ilə üç avtomobilə görə kompensasiya ödənilməsi, ya da avtomobilin hərracdan satılması qət edilmiş, digər avtomobillər ucuz olduğundan onlara münasibətdə qətnamə icra edilsə də mübahisəli avtomobil hələ də satılmamışdır. O, iddiaçının avtomobilə görə ödədiyi pulun onunla digər cavabdehdən müştərək qaydada, hər birindən 13000 manat olmaqla tutulmasına etiraz etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək etirazın məzmununa uyğun izahat verib bildirdi ki, cavabdehlər arasındakı mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qətnamələrinin heç birində həmin avtomobilin Cavabdeh1 tərəfindən İddiaçı satılması göstərilməmişdir. Həmin məhkəmə qətnamələrində göstərilir ki, Cavabdeh1 avtomobili X1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.11.2015-ci il tarixli, 2(010)-7432/2015 saylı qətnaməsinin 2-ci səhifəsinin, 2-ci abzasında qeyd edilir ki: “Cavabdehin nümayəndəsi göstərdi ki, iddiaçının tələb etdiyi avtomobilləri etibarnamə əsasında X19 və X9 almışlar. Həmin avtomobillər, həmçinin "xxxx" İKB ASC-nin 6 saylı filialında girovdadırlar. 3-cü şəxs "xxxx" İKB ASC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC-nin arasında bağlanmış 11 oktyabr 2013-cü il tarixli, 17-A-1-0-5296-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi tam icra etmiş və onun banka borcu qalmamışdır”. Həmin qətnamənin 3-cü səhifəsinin 4-cü abzasında qeyd edilir ki: “”Nikoyl” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.10.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 8600 manat kredit vermişdir”. 5-ci abzasda qeyd edilir ki, “İş materiallarında olan 00/7744/AFS nömrəli, 31 mart 2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini tərəflərin razılığı ilə 21300 manat qiymətləndirərək "xxxx" Banka ipotekaya qoymuşdur”. 7-ci abzasda qeyd edilir ki, “Cavabdeh1 mülkiyyətində olan “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilinin idarə olunmasını Şərur, İbadulla küçəsində qeydiyyatda olan X8 etibar etmişdir”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2016-cı il tarixli, 2(103)-2269/2016 saylı qətnaməsinin 3-cü səhifəsinin 3-cü abzasında qeyd edilir ki, “Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mülkiyyətində olan “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında satıb 12.10.2013-cü il tarixdə “VAZ 21214” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili isə satıb 13.11.2013-cü il tarixdə “Opel Vektra” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilini almış, sonradan həmin avtomobili etibarnamə əsasında başqa şəxsə satmışdır”. Bu qeyd edilənlərdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilini 09.08.2012-ci il tarixdə X1. Bununla əlaqədar həmin tarixdə ona etibarnamə vermişdir. X2 həmin avtomobili İddiaçı satmışdır. Ona görə də bu məhkəmə qətnamələrində yalnız X7 adı keçir. Hal-hazırda “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq İddiaçı istifadəsindədir. Belə çıxır ki, iddiaçı həm avtomobili özündə saxlayır, həm də cavabdehlərdən 26000 manat pul tələb edir. Məhkəmənin "xxxx" ASC-yə vermiş olduğu sorğuya cavabdan görünür ki, yeddi ədəd qəbzlə pul banka İddiaçı tərəfindən ödənilmişdir. İddia ərizəsindən görünmür ki, kredit müqaviləsi hansı müddətə bağlanmışdır və hansı müddətdə İddiaçı krediti tam olaraq ödəmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixl, 2(010)- 183/2018 saylı qətnaməsi ilə “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi dəyərinin 1/2 hissəsini təşkil edən 9250 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Cavabdeh1 həmin məbləği ödədikdən sonra mülkiyyətində olan avtomobildən istədiyi kimi istifadə edə bilər. Bu səbəblərdən hesab edir ki, iddia Cavabdeh2 münasibətdə əsassızdır. Odur ki, məhkəmədən iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X9 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri xüsusi notariusu İmanlı E.A tərəfindən təsdiq edilmiş 14.01.2013-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və əmlakla bağlı etibarnamədə göstərilən digər hərəkətləri etməyi İddiaçı etibar etmiş, etibarnamənin 08.08.2062-ci ilədək qüvvədə olduğu göstərilmişdir. "xxxx" ASC-nin hesabına pul ödənişlərini göstərən ödəniş qəbzlərindən görünür ki: 25.05.2012-ci il tarixdə Cavabdeh1 tərəfindən 637 manat; 27.06.2012-ci il tarixdə Cavabdeh1 tərəfindən 637 manat; 30.07.2012-ci il tarixdə Cavabdeh1 tərəfindən 637 manat; 22.08.2012-ci il tarixdə Saleh Nurəliyev tərəfindən 637 manat; 01.10.2012-ci il tarixdə Saleh Nurəliyev tərəfindən 637 manat; 31.10.2012-ci il tarixdə Saleh Nurəliyev tərəfindən 637 manat; 01.12.2012-ci il tarixdə Saleh Nurəliyev tərəfindən 645 manat; 30.01.2013-cü il tarixdə İddiaçı tərəfindən 1089 manat; 28.02.2013-cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 30.03.2013-cü il tarixdə İddiaçı tərəfindən 653 manat; 30.04.2013cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 30.05.2013-cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 01.07.2013-cü il tarixdə İddiaçı tərəfindən 637 manat məbləğində ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında 18.04.2017-ci il tarixli, ƏN-İV 025734 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı etibar edilmişdir. Etibarnamə 9 il 11 ay 9 gün müddətinə verilib və 27.03.2027-ci il tarixədək qüvvədədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.11.2015-ci il tarixli, 2(010)-7432/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 iddiası təmin edilmiş, iddiaçı X12 hədiyyə kimi verilmiş və cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, ev 20, mənzil 77-də qalmış boyunbağı - 750 əyarlı, 15.9 qram, 1.35 karat brilliant – qiyməti 2200 manat, üzük sırğa – 1 dəst qızıl, 750 əyarlı, 12.3 qram, 1.05 karat brilliant – qiyməti 1600 manat, qolbağı – 1 ədəd qızıl, 750 əyarlı, 12 qram, 0.9 karat brilliant – qiyməti 980 manat, üzük – 1 ədəd qızıl, 583 əyarlı, 4.3 qram – qiyməti 390 manat, üzük – 1 ədəd, qızıl, 583 əyarlı, 3.1 qram – 280 manat – cəmi dəyəri 5450 manat olmaqla qızılzinət əşyaları və ya qeyd edilən qızıl-zinət əşyalarının cəmi dəyərini təşkil edən 5450 manat pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri 12.10.2013-cü il tarixdə alınmış “VAZ 21214” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı, 31.03.2012-ci il tarixdə alınmış “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı, 13.11.2013-cü il tarixdə alınmış “Opel Vektra” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik avtomobillərin hazırkı bazar qiymətlərinə müvafiq olaraq dəyər qiymətlərinin 1/2 hissəsinin Cavabdeh1 tutularaq iddiaçı X12 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.04.2016-cı il tarixli, 2(103)-2269/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.11.2015-ci il tarixli, 2(010)-7432/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.11.2015-ci il tarixli, 2(010)-7432/2015 saylı qətnaməsi qismən – avtomobillərin hazırkı bazar qiymətlərinə müvafiq dəyərinin 1/2 hissəsinin ödənilməsi hissəsində ləğv edilməsi, avtomobillərə 1/2 hissədə payların müəyyən edilməsi, avtomobillərin hərrac yolu ilə satılması və əldə olunmuş məbləğin paya uyğun cavabdehdən tutulması tələbinə dair hissədə iddianın qismən təmin edilməsi, “VAZ 21214” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı, “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı, “Opel Vektra” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin üzərində Cavabdeh1 və X11 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.11.2016-cı il tarixli, 2(102)-5111/2016 saylı qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 26.01.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27.04.2016-cı il tarixli, 2(103)-2269/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(010)-183/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, “VAZ 21214” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi dəyərinin 1/2 hissəsini təşkil edən 5000 manat, “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi dəyərinin 1/2 hissəsini təşkil edən 9250 manat və “Opel Vektra” markalı, ** GB *** dövlə qeydiyyat nişanlı avtomobilin ümumi dəyərinin 1/2 hissəsini təşkil edən 3500 manat, cəmi 17750 manat məbləğində pul vəsaitinin Cavabdeh1 iddiaçı X12 verilməsi, kompensasiya ödənilməsindən imtina olunduqda “VAZ 21214” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı və “Opel Vektra” markalı, ** GB *** dövlə qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib surətdə - hər birinə 1/2 hissə olmaqla iki hissəyə bölünərək tərəflərə verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(103)-6601/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(010)-183/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli, 2(010)-183/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adında və etibarnamə əsasında istifadəsində qeydiyyatdan keçən nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Nissan Qashqai minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil 31.03.2012-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh1dur. Avtomobilin özgəninkiləşdirilməsinə "xxxx" ASC ilə olan ipoteka müqaviləsinə əsasən qadağa qoyulmuşdur. Avtomobil 09.08.2012-ci il tarixdə X7, 14.01.2013-cü il tarixdə İddiaçı etibarnamə əsasında istifadəsinə verilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin məhkəmənin sorğusuna vermiş olduğu cavaba əlavə edilmiş: 31.03.2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən Cavabdeh1 avtomobil almaq üçün "xxxx" ASC-dən illik 16%-lə 18105 manat məbləğində kredit görürür, həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. 31.03.2012-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 31.03.2012-ci il tarixli kredit müqaviləsi üzrə alınmış kreditin qaytarılmasını təmin etmək məqsədilə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 09.08.2012-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin X3 Cavabdeh1 31.03.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. "xxxx" ASC-nin hesabına pul ödənişlərini göstərən ödəniş qəbzlərinin surətlərindən görünür ki: 31.07.2014-cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 01.09.2014-cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 30.09.2014-cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 31.10.2014-cü il tarixdə Cavabdeh1 tərəfindən 637 manat; 01.12.2014-cü il tarixdə İddiaçı tərəfindən 637 manat; 31.01.2015-ci il tarixdə İddiaçı tərəfindən 637 manat; 28.02.2015-ci il tarixdə İddiaçı tərəfindən 599 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" ASC ilə 31.03.2012-ci il tarixli kredit və ipoteka müqavilələri bağlayaraq 21300 manat məbləğində qiymətləndirilmiş “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyatlı avtomobili almaq üçün Bankdan 18105 manat məbləğində kredit götürmüşdür. Lakin bir neçə ay ödəniş etdikdən sonra 09.08.2012-ci il tarixdə X4 zaminlik müqaviləsi bağlayaraq öhdəliklərin icrasına zamin durmuş, həmin gün Cavabdeh1 avtomobili etibarnamə əsasında X8 vermiş, bundan sonra bir neçə ay ödənişlər X9 adından edilmişdir. Daha sonra, 14.01.2013-cü il tarixdə avtomobilin mülkiyyətçisi Cavabdeh1 iş üzrə İddiaçı avtomobili idarə etmək üçün etibarnamə vermiş, həmin tarixdən sonrakı ödənişlər İddiaçı adından ödənilmişdir. 2015-ci ildə avtomobilin mülkiyyətçisi Cavabdeh1 və arvadı Həsənova (Zülfiqarova) Azadə Qədir qızı arasında olan nikah pozulmuş, bundan sonra, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 və arvadı X11 mübahisəli “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyatlı avtomobil də daxil olmaqla üç avtomobil üzərində hər birinin 1/2 hissədə olmaqla payları müəyyən edilmiş, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra, 2018-ci ildə X16 avtomobillər üzərində olan paylarının realizəsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 06.03.2018-ci il tarixli qətnaməsi ilə avtomobillərin ümumi dəyərinin yarısının Cavabdeh1 tutularaq X12 ödənilməsi, kompensasiya ödənilməsindən imtina olunarsa, avtomobillərin açıq hərracdan satılaraq əldə edilən vəsaitin payalar mütənasib bölünməsi qət edilmiş, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda isə İddiaçı “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə görə götürülmüş krediti tam ödədiyini, bunun üçün 26000 manat məbləğində pul xərclədiyini, lakin avtomobil üzərində heç bir mülkiyyət hüququ əldə edə bilmədiyini, əksinə, avtomobilin cavabdehlərin birgə mülkiyyətində olan əmlak kimi bölündüyünü bildirərək avtomobilə görə ödədiyi pulu cavabdehlərdən müştərək qaydada tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı tam şəkildə etiraf edərək iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmiş, digər cavabdehin nümayəndəsi və vəkili isə iddianın təmsil etdiyi cavabdehə münasibətdə təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi, “Nissan Qashqai” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçiləri hər birinə 1/2 pay olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dır. Avtomobil hazırda etibarnamə əsasında İddiaçı istifadəsindədir. Avtomobil kredit müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilmiş və Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yəni, avtomobil Cavabdeh1 mülkiyyətinə ona görə verilmişdir ki, Cavabdeh1 bu avtomobilə görə müqavilə üzrə müəyyən edilmiş qaydada və şərtlərlə aylıq kredit ödənişləri etməyi öhdəsinə götürmüşdür. Lakin onun yerinə bu ödənişlərin böyük hissəsini Qurbanov İbrahim Əlişah oğlu ödəmişdir. Qurbanov İbrahim Əlişah oğlu kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini onun yerinə lazımınca icra etdiyindən avtomobil Cavabdeh1 mülkiyyətində qalmağa davam etmiş, ipotekasaxlayan Bank tələbin ipoteka predmetinə yönəldilməsini tələb edib avtomobili Cavabdeh1 mülkiyyətindən almamışdır. Göründüyü kimi, avtomobil ona görə Cavabdeh1 mülkiyyətinə verilmişdir və ona görə cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi tanınmışdır ki, avtomobilin aylıq kredit ödənişlərini Qurbanov İbrahim Əlişah oğlu ödəmişdir. Yəni, Qurbanov İbrahim Əlişah oğlu öhdəliyi lazımınca icra etməsəydi, Bank tərəfindən avtomobilə tutma yönəldildikdən sonra avtomobil cavabdehlərin birgə mülkiyyətindən geri alınacaqdı. Bu baxımdan cavabdehlər iddiaçı Qurbanov İbrahim Əlişah oğlunun hesabına əsasssız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7. mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır.
21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu nəticəyə gələrkən həmçinin, o da nəzərə alınmalıdır ki, avtomobilin cavabdehlərin birgə nikahından əldə edilmiş əmlak kimi bölünməsinə dair məhkəmə qətnaməsi həmin avtomobilin cavabdehlər arasında bölünməsinin hüquqi əsasıdır. Bu qətnamə Qurbanov İbrahim Əlişah oğlunun həmin avtomobilə görə ödədiyi puldan məhrum edilməsinin hüquqi əsası kimi qiymətləndirilə bilməz. Eləcə də avtomobilin iddiaçının idarəsinə etibarnamə əsasında verilməsi, bu zaman avtomobil üzərində mülkiyyət hüququnun Cavabdeh1 qalması da bu cür varlanmaya əsas vermir. Məlumdur ki, avtomobillərin faktiki alğı-satqısının etibarnamə əsasında həyata keçirilməsi respublikada geniş rast gəlinən praktikadır və buna görə də iddiaçının pulunu ödədiyi avtomobili etibarnamə əsasında idarə etməsi iş üzrə həqiqətin müəyyən edilməsi (faktiki alqı-satqının baş verməsi) baxımından hər hansı şübhə yaratmır. Nəzərə alınmalıdır ki, Qurbanov İbrahim Əlişah oğlunun həmin avtomobilə görə kredit borcunun böyük hissəsini ödədiyi aşkar olduğu halda onun bu puldan məhrum edilməsi və bu məhrumiyyətin məhkəmə tərəfindən “əsaslı” hesab edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş işə məhkəmələrdə ədalətlə baxılması prinsipinə də ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin ikinci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı Qurbanov İbrahim Əlişah oğlunun avtomobilə görə ödədiyi pul hesabına əsassız varlanmışdır. Cavabdehlərin iddiaçıların hesabına əsassız varlandığının müəyyən edilməsi onların üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh1 iddianı özünə münasibətdə tam etiraf etdiyindən və bununla bağlı məhkəməyə ərizə verdiyindən məhkəmə Cavabdeh1 ilə bağlı hissədə yalnız etirafın qəbuledilənliyi məsələsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh1 etirafını qismən qəbul edir. Belə ki, həm iddiaçı, həm də Cavabdeh1 bildirmişdir ki, avtomobil üçün etibarnamə alarkən İddiaçı Cavabdeh1 həmin tarixədək avtomobilə görə ödədiyi 6500 manat məbləğində kreditin əvəzini Cavabdeh1 ödəmişdir. Lakin iş materiallarında olan qəbzlərdən Cavabdeh1 6500 manat məbləğində kredit ödənişi etdiyi müəyyən edilmir. Əksinə, Cavabdeh1 müqavilə 2012-ci ilin mart ayında bağlandıqdan sonra 2012-ci il ərzində cəmi üç ay 637 manat məbləğində kredit ödənişi etdiyi, 2013-cü ildən sonra isə ödənişlərin İddiaçı tərəfindən edildiyi müəyyən edilir. Elə Cavabdeh1 özü də bildirmişdir ki, o, ödənişləri aybaaay ödəməyə maddi imkanı olmadığına görə avtomobili etibarnamə əsasında başqa şəxsə satmışdır. Cavabdeh1 2012-ci ildə üç dəfə 637 manat ödədikdən sonra bütün ödənişləri İddiaçı ödəmiş, yalnız bir ay 31.10.2014-cü il tarixdə 637 manat məbləğində bir ödəniş Cavabdeh1 adından edilmişdir. Beləliklə, Cavabdeh1 adından edilmiş ödənişin cəmi məbləği 2548 (4x637) manatdır. Avtomobil 2013-cü ilin yanvar ayından etibarnamə əsasında iddiaçıya verildikdən sonra bütün ödənişlər iddiaçı tərəfindən edildiyindən və ən əsası Cavabdeh1 bunu etiraf etdiyindən məhkəmə onun tərəfindən edildiyi sübut edilən həmin 2548 manat məbləğində ödənişin İddiaçı hesabına edilmiş olduğu, yaxud sonradan əvəzləşdirilmiş olduğu nəticəsinə gəlir. Lakin, məhkəmə Cavabdeh1 6500 manat məbləğində kredit ödənişi etməsi və bu ödənişin iddiaçı tərəfində ona geri qaytarılması ilə bağlı qeyd edilənlərlə, bu barədə etiraf olsa belə razılaşmır. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən uyğunsuzluqlara baxmayaraq, etiraf tam qəbul edilərsə, bu həm də digər cavabdehin hüquqlarının və qanunla qorunan mənafelərini pozacaqdır. Odur ki, məhkəmə cavabdehin etirafını qismən qəbul edir. Bununla belə, məhkəmə X9 tərəfindən edilmiş ödənişlərin əslində İddiaçı hesabına edildiyi və Cavabdeh1 avtomobili sadəcə formal olaraq X7 istifadəsinə verməsi ilə bağlı qeyd etdikləri ilə razılışır. İlk növbədə, ona görə ki, Cavabdeh1 prosesin birbaşa iştirakçısıdır və avtomobili faktiki olaraq kimin sahibliyinə verdiyini, avtomobilə görə onun kredit borcunu kimin ödədiyini bilməsi gözləniləndir. O da nəzərə alınmalıdır ki, Cavabdeh1 bununla bağlı qeyri-səmimi izahat verməsi real deyil. X6 adından olan ödənişlərin də İddiaçı tərəfindən edildiyini bildirmək hazırkı məhkəmə prosesində cavabdehin lehinə yox, əleyhinədir. Həmçinin, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, X9 məhkəmə iclasında iştirak etməmiş, öz hesabına ödənilmiş hansısa ödənişdən bəhs etməmişdir. Həmçinin, X9 adına edilmiş müvafiq ödəniş qəbzlərinin əslinin məhz İddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi ödənişlərin əslində iddiaçının hesabına ödənilmiş olması ilə bağlı qeyd edilənləri inandırıcı edir. Belə olan halda məhkəmə hesab edir ki, ödəniş qəbzlərindən görünən X9 adından ödənilmiş cəmi 2556 (3X637+645) manat məbəğində pulun da əslində İddiaçı tərəfindən ödənilmiş olduğu ağlabatandır. Qalan qəbzlərdən görünən ödənişlər isə birbaşa İddiaçı adından edilmişdir və ödənilmiş pulun İddiaçı məxsusluğuna dair hər hansı mübahisə yoxdur. Lakin iddiaçı hər nə qədər tərəfindən cəmi 19500 manat məbləğində ödəniş edildiyini qeyd etsə də iş materiallarında olan qəbzlərdən görünür ki, bunun yalnız 8074 (9x637+1089+653+599) manatı sübut edilir. Üstəlik, bu qəbzlərin bir çoxu iddiaçı tərəfindən təqdim edilmiş, bəziləri isə iddiaçının vəsatəti əsasında məhkəmə sorğusu əsasında əldə edilmiş qəbzlərdir. Nəzərə alınmalıdır ki, əgər iddiaçı cəmi 8074 manat yox, 19500 manat məbləğində ödəniş etdiyini iddia edirsə, bunu sübut etmək istənilən halda onun üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə İddiaçı tərəfindən mübahisəli avtomobilə görə cəmi 13178 (2548+2556+8074) manat məbləğində pul ödənildiyi nəticəsinə gəlir və hesab edir ki, həmin pul cavabdehlərdən ümumi əmlaka görə yaranmış ümumi borc kimi müştərək qaydada tutulmalıdır. İddianı özünə münasibətdə qəbul etməyən Cavabdeh2 gəldikdə isə məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə Cavabdeh2 hələ 2015-ci ildə digər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş əmlak kimi mübahisəli avtomobil üzərində pay tələb etmişdir. Halbuki, Cavabdeh2 bilmişdir ki, bu avtomobil ərinin mülkiyyətində qalsa da avtomobil başqa şəxsin faktiki sahibliyində və istifadəsindədir və həmin şəxs də bu avtomobilə görə aylıq kredit borcu ödəyir. Məhkəmə Cavabdeh2 bundan məlumatsız olmasını inandırıcı hesab etmir. Belə ki, cavabdehlər arasında olan nikah 2015-ci ildə pozulmuşdur. Bundan əlavə, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.11.2015-ci il tarixli qətnaməsində Cavabdeh2 nümayəndəsi bildirmişdir ki, əri Cavabdeh1 Cavabdeh2 2015-ci ilin yanvar ayında evdə qovmuşdur. Yəni, həmin tarixədək tərəflər ər-arvad kimi birlikdə yaşamışlar. Bu baxımdan Cavabdeh2 o zamankı ərinin hələ 2012-ci ildə etibarnamə əsasında başqa şəxsə verdiyi avtomobildən məlumatsız olması, ərinin həmin avtomobilə görə aylıq heç bir kredit ödəmədiyini, pulu başqasının ödədiyini bilməməsi qeyrimümkündür. Buna baxmayaraq o, həmin avtomobil üzərində pay tələb etmiş, bununla da kifayətlənməyərək avtomobilin açıq hərracdan satılmasını tələb etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə avtomobildəki paya görə kompensasiya ödənilməsi, bundan imtina edilərsə, avtomobilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamənin qanuni qüvvəyə minməsindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, avtomobilə görə kompensasiya ödənilmədiyindən avtomobilin açıq hərracdan satılacağı ehtimalı realdır. Elə məhkəmə iclasında izahat verən Cavabdeh1 da həmin qətnamə əsasında payların kompensasiya, ya da açıq hərrac yolu ilə ayrılmasının müəyyən edildiyi üç avtomobildən ikisinin satıldığını, qiymətinə görə yalnız hazırkı iş üzrə mübahisəli avtomobilin qaldığını bildirmişdir. Avtomobilin satılması halında isə iddiaçının hüquqlarının pozulacağı şübhəsizdir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi və vəkili öz mövqeyini həmçinin, belə əsaslandırmışdır ki, avtomobil hazırda iddiaçının istifadəsindədir və əgər onlar avtomobilə görə ödədiyi pulu iddiaçıya geri qaytarsalar, iddiaçı həm avtomobili özündə saxlayacaq, həm də ödədiyi pulu geri alacaq. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, avtomobil hazırda cavabdehlərin birgə mülkiyyətində olduğundan və iddiaçıya yalnız avtomobili idarə etmək üçün etibarnamə verildiyindən əgər mülkiyyətçilər istəsələr həmin etibarnaməni ləğv edib avtomobili öz istifadələrinə qaytara bilərlər. Yaxud, avtomobilin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə edib, barışıq sazişi bağlaya bilərlər. Lakin cavabdehlər bunu etməmiş, avtomobili öz mülkiyyətlərində saxlamışlar. Belə olan halda iddiaçı həmin avtomobilə görə ödədiyi pulu cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib hissəsi (~50%) olan 15 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulma, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13178 (on üç min yüz yetmiş səkkiz) manat məbləğində pul və 15 (on beş) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13178 (on üç min yüz yetmiş səkkiz) manat məbləğində pul və 15 (on beş) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva