Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-165/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh1 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 6342 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı ərizə verərək, məhkəmədən Cavabdeh2 cavabdeh kimi məhkəmə icraatına cəlb olunması, ona dəymiş 6342 manat ziyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında ona məxsus 2014-cü il buraxılışlı “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilini X3 Bakı şəhəri, işlədiyi Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexindən qaçırmaqla xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən ona ümumilikdə 6342 manat miqdarda maddi ziyan vurmuşdur. “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili eyni ünvanda yaşayan əri X4 etibarnamə əsasında idarə etmişdir. X7 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi əmlakını Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexində icarə əsasında rəngsaz işləyən Vadim adlı şəxsə təmir üçün vermişdir. Avtomobilində yalnız kosmetik işlər olmuş, texniki cəhətdən saz vəziyyətdə olmuşdur, ciddi heç bir problemi olmamışdır. xx.xx.2023-cü il tarixdə rəngsaz Cavabdeh1 əri Bəhrullaya zəng vuraraq “Ford Fusion minik” markalı avtomobilinin onun köməkçisi tərəfindən qaçırıldığını və onun saxlandığını bildirmişdir. Xəzər rayon Məhkəməsinin 1(003)-367/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X3, 02 iki il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh1 avomobilini öz təmir sexinə qəbul edib təmir və bərpa etməklə yanaşı tamlığının qorunmasını şifahi əqd əsasında üzərinə götürdüyü halda, bu öhdəliyə əməl etməmiş, AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, psixi xəstəliyi ilə əlaqədar olaraq Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə almış X2 icarə əsasında işlədiyi sexdə mülki-hüquqi müqavilə əsasında işlətməsi səbəbindən, onun tərəfindən iddiaçıya 6342 manat dəyərində maddi ziyan vurulmasına şərait yaratmışdır.
Tərəflərin izahatları.
4. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuş və avtomobildə texniki nasazlıq olmamışdır. Onun X7 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi əmlakını Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexində icarə əsasında rəngsaz işləyən Vadim adlı şəxsə təmir üçün vermişdir. Avtomobildə yalnız kosmetik işləri görülmüş, lakin sonradan ona məlumat verilmişdir ki, “Ford Fusion minik” markalı avtomobil Vadimin köməkçisi tərəfindən qaçırılmışdır. Xəzər rayon Məhkəməsinin 1(003)-367/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X3, 02 iki il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda onun avtomobilinə 6342 manat dəyərində maddi ziyan vurulmuş və həmin ziyanın vurulmasına Cavabdeh1 tərəfindən şərait yaradılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş və həmin avtomobildə heç bir texniki nasazlıq olmamışdır. Avtomobildə kosmetik işlərinin aparılması məqsədilə Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexində icarə əsasında rəngsaz işləyən Vadim adlı şəxsə təmir üçün verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, avtomobil Vadimin köməkçisi tərəfindən qaçırılmışdır. Xəzər rayon Məhkəməsinin 1(003)-367/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X3, 02 iki il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəqliyyat vasitəsinin duracaqları və qarajları haqqında əsasnamənin 7-ci maddəsinə əsasən duracaq və qaraj sahibləri nəqliyyat vasitəsinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidirlər. Avtomobilin saxlanca qəbul edilən müddət ərzində onun oğurlanmasına, hissələrin sökülməsinə, avadanlığın oğurlanmasına görə duracaq və qaraj sahibləri məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onunla fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyriyaşayış sahəsi Cavabdeh1 31 dekabr 2023-cü il tarixə kimi icarəyə verilmişdir. Cavabdeh1 icarəyə götürdüyü sahədə avtomobil təmiri ilə məşğul olmuşdur. X3 isə əvvəllər Cavabdeh1 yanında işləmiş və sonradan onun məlumatı olmuşdur ki, Həmid təmirə verilmiş nəqliyyat vasitəsini qaçırmışdır. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyriyaşayış sahəsini icarəyə götürərək orada avtomobil təmiri ilə məşğul olmuşdur. X3 əvvəllər qeyri-rəsmi olaraq onun yanında işləmiş, sonradan isə onun yanında işləməmişdir. Bir gün işə gələrkən qapının açıq olduğunu görmüş və müəyyən olmuşdur ki, avtomobil X3 tərəfindən qaçırılmışdır. Bu hadisədən onun məlumatı olmadığını və onun iradəsindən asılı olmayan səbəblərdən avtomobilə zərər vurulduğunu bildirərək iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş etmişdir. 8.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materialları.
9. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 367/2024 saylı hökmündən müəyyən olunur ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
11. xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Ford Fusion” markalı, 99BC231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cəmi təmir xərci 6342 manat müəyyən olunur.
12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Ford Fusion” markalı, 99BC231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.
13. 21 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 gələcəkdə “İcarəyə verən” digər tərəfdən fikizi şəxs Cavabdeh1 gələcəkdə “İcarəçi” adlandırılacaq həmin müqaviləni aşağıdakı məzmunla bağlamışlar. 1.“İcarəyə verən Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsini “İcarəçi”yə icarəyə vermişdir. 2. İcarə müddəti dörd il, 21 may 2019-cu il tarixdən 31 dekabr 2023-cü il tarixə qədərdir.
14. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o işçi kimi Cavabdeh1 yanında işləmiş, rəngsaz işi ilə məşğul olmuş və “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yanında olmuşdur.
İşin faktiki halları.
15. İddiaçı məxsus olan “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunması məqsədilə Cavabdeh1 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə X3 tərəfindən Bakı şəhəri, işlədiyi Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexindən qaçırmaqla xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən ona ümumilikdə 6342 manat miqdarda maddi ziyan vurulmuşdur.
16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 367/2024 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02(iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
17. Cavabdeh2 ilə fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 31 dekabr 2023-cü il tarixə kimi icarəyə verilmişdir.
18. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 verdiyi ərizəyə əsasən o işçi kimi Cavabdeh1 yanında işləmiş, rəngsaz işi ilə məşğul olmuş və “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yanında olmuşdur.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.
21. Azərbaycan Respublikası mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı.
Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
24. İşin faktiki hallarından göründüyü kimi İddiaçı məxsus olan “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunması məqsədilə Cavabdeh1 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə X3 tərəfindən Bakı şəhəri, işlədiyi Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala deyilən ünvanda yerləşən avtomobil təmir sexindən qaçırmaqla xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən ona ümumilikdə 6342 manat miqdarda maddi ziyan vurulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(003)-367/2024 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02(iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh2 ilə fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyriyaşayış sahəsi Cavabdeh1 31 dekabr 2023-cü il tarixə kimi icarəyə verilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 verdiyi ərizəyə əsasən o işçi kimi Cavabdeh1 yanında işlədiyini, rəngsaz işi ilə məşğul olduğunu və “Ford Fusion minik” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 yanında olduğunu etiraf etmişdir.
25. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 23.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 23.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 23.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 23.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
26. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
27. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 ilə fiziki şəxs Cavabdeh1 arasında 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 31 dekabr 2023-cü il tarixə kimi icarəyə verilmişdir. Cavabdeh1 Xəzər rayonu Qala qəsəbəsi Qala stansiyası ünvanında olan 300 kv.m. sahədən 12 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürərək orada avtomobil təmiri ilə məşğul olmuşdur. X3 qeyri-rəsmi olaraq Cavabdeh1 yanında işləmişdir. Cavabdeh1 avtomobilin X3 tərəfindən qaçırıldığını, bu hadisədən onun məlumatı olmadığını və onun iradəsindən asılı olmayan səbəblərdən avtomobilə zərər vurulduğunu bildirmişdir. Cavabdeh zərər vuran şəxsin onun yanında əvvəllər işlədiyini qeyd etsə də, X3 isə əksinə onun yanında işləməsi barədə ərizə təqdim etmiş və hadisə baş verən gün orada olduğunu qeyd etmişdir.
28. Məhkəmə hesab edir ki, hazırda X3 hüquqa zidd əməl törətməklə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Lakin iddiaçı vurulmuş zərəri zərərvuran şəxsdən deyil, işəgötürən şəxsdən tələb edir.
29. Məhkəmə hesab edir ki, avtomobil təmir olunması üçün Cavabdeh1 təhvil verilməsinə baxmayaraq, həmin avtomobil onun işçisi X1 qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma) onun sahibliyindən çıxmış və nəticədə avtomobilə maddi zərər vurulmuşdur.
30. Bu halda məhkəmə hesab edir ki, iddiaçının maddi zərəri işəgötürəndən tələb etməsi əsassızdır.
Məhkəmə xərcləri.
31. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı(X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.
33. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova