Məhkəmə qərarları › İş №2(010)-1659/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1659/2020

14.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1659/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi və üzərinə müəyyən vəzifələrin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 28 saylı evin, 6 saylı mənzilinə, Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, cavabdeh İddiaçı ünvan 1 mənzil 6 ünvanında ailə üzvləri ilə birgə yaşadıqları dövrdə səbəbsiz mübahisə yaratmaq, təhdid və təhqir etmək, bilərəkdən mənzildə və köməkçi sahələrdə antisanitariya şəraiti yaratmaq kimi hərəkətlərin edilməsinin qadağan edilməsi, birgə yaşadıqları mənzildə mənzil kommuna xərclərindən payına düşən hissəsinin və hamamda istifadə etdiyi ariston, paltaryuyan maşının təmirə ehtiyacı olduğu zamanda çəkiləcək xəecləein öz payına düşən hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.6, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi və üzərinə müəyyən vəzifələrin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizələri tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar