Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-166/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 999,77 manat əsas, 174,64 manat faiz olmaqla, cəmi 1.178,54 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 4073/2020 saylı qərardadı ilə mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı“xxxx” X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 04 iyul .2020-ci il tarixinə «xxxx» KB ASC-yə 999,77 manat əsas və 174,64 manat faiz borcu olmaqla, cəmi 1.178,54 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx xxxxxx 2018-ci il tarixli Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 60 ay müddətinə illik 30 % faizlə 1.000 manat məbləğində kredit verilmişdir. O, həmin kredit üzrə ödənişlər etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Lakin, o, iddiçının hesablamış olduğu borc məbləği ilə deyil, məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə ekspertizası tərəfindən hesablanmış borc məbləği ilə razıdır. Ona görə də ondan 992,56 manat məbləğində əsas borc və 167,98 manat məbləğində fazi borcunun tutulmasına etiraz etmir. Məhkəmə, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” X4 Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh – “Borcalan” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli UB-BANK/PİKMD/903327 №-li maliyyə arayışdan görünür ki, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx xxxx 2020-ci il tarixinə Banka 999,77 manat məbləğində əsas borc və 174,64 manat məbləğində faiz borcu olmaqla, cəmi 1.178,54 manat məbləğində borcu vardır. Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/4518 №-li rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx xxxxxx 2018-ci il tarixli 1976sAHM/17 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh xx xxxx 2020-ci il tarixə (sual üzrə tarixə) “xxxx” KB ASC-yə olan 992,56 manat məbləğində əsas borc və 167,98 manat məbləğində faiz borcu olmaql, cəmi 1.160,54 manat məbləğində borcu vardır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyəti ilə xx xxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kreditdən yaranan əsas və faiz borclarının ödənilməsinə dair öhdəliyini lazımınca icra etməmişdir. Bununla belə, hazırki mülki iş üzrə cavabdehin əsas və faiz borcunun məbləği ilə bağlı həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə-mühasibat ekspertizası təyin edildiyindən məhkəmə hesab edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğləri əsas götürülməli və bununla da idia qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 992,56 manat məbləğində əsas borc və 167,98 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə 992,56 (doqquz yüz doxsan iki manat 56 qəpik) manat məbləğində əsas, 167,98 (yüz altmış yeddi manat 98 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.160,54 (min yüz altmış manat 54 qəpik) manatməbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 (yüz qırx beş) manat təşkil etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 992,56 (doqquz yüz doxsan iki manat 56 qəpik) manat məbləğində əsas borc, 167,98 (yüz altmış yeddi manat 98 qəpik) manat məbləğində faiz borcu və və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.190,56 (min yüz doxsan manat 56 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertizasının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-166/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-166/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver