Məhkəmə qərarları › İş №2(010)-1672/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1672/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1672/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il 2(010)-1276/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğinin artırılaraq, uşaq yetkinlik yaşa çatana qədər Cavabdeh hər uşaq üçün hər ay 200 manat məbləğində və uşaqların müalicəsi üçün 250 manat cəmi 450 manat, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı xx.xx.2011-ci ildə rəsmiləşdirilmiş nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulmuş və birgə nikahdan olan iki uşağı xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment hər ay hər uşağa 50 (əlli) manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 manat aliment tutulması qət edilmişdir. O, övladları ilə valideynləri ilə birlikdə yaşayır. Onun hər ay bir uşağının saxlanılması üçün minimum 450-500 manat xərci çıxır ki, bu da cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də uşaqların saxlanılması üçün 200 manat alimentin ondan sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınaraq ona ödənilməlidir. Hesab edir ki, uşaqlarının müalicəsi üçün cavabdehdən əlavə xərclər də tutulmalıdır. Bunu isə ödəməyə onun maddi imkanları çatmır. Düzdür, 3 il əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi əsasında cavabdeh hər uşaq üçün 154 manat aliment ödəyir. Amma həmin vəsait uşağın ehtiyaclarına kifayət etmir. Bundan əlavə himayəsində olan övladlarının sağlamlıq müalicə xərcləri getdikcə artır. Ona görə də həmin məbləğ artırılmalıdır. İşsizliyin və istehlak qiymətlərinin artımı iddiaçının vəziyyəti kəskin pisləşmişdir. Cavabdeh isə kifayət qədər gəlir əldə edir. Yüksək əmək haqqı alır, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə komandir müavini vəzifəsində xidmət edir. Kapitan rütbəsi daşıyır. Aylıq əmək haqqı və birdəfəlik pul mükafatı tam həcmdə 1350 (bir min üç yüz əlli) manatdan daha çox təşkil edir. xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il 2(010)-1276/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğinin artırılaraq, uşaq yetkinlik yaşa çatana qədər Cavabdeh hər uşaq üçün hər ay 200 manat məbləğində və uşaqların müalicəsi üçün 250 manat cəmi 450 manat, hər ay qazancının (başqa gəlirlərinin) 3/1 hissəsi miqdarında aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianın qəbul etmədiyini, vəzifə maaşının 940 manat olduğunu və iddiaçının tələb etdiyi aliment miqdarını ödəyə bilməyəcəyini, müharibə iştirakçısı olduğunu və ildə bir dəfə əlavə haqq aldığını, onun onsuzda aliment olaraq iddiaçıya ödənilməsini, krediti olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia rədd edilməlidir. İş materiallarından olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, xx xxxx 2019-cu il tarixli qətanaməyə əsasən, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 1276/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2019-cu il tarixli 2(103)-7948/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, AZ-İ seriyalı, 338462 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqinə əsasən Cavabdeh və İddiaçı aralarında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 442 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Məmmədov, arvadın isə Əliyeva kimi qeyd edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1124 saylı arayışa əsasən, mayor Cavabdeh rütbə maaşı 150,00 (bir yüz əlli), vəzifə maaşı 635,00 (altı yüz otuz beş) manat, xidməti ili 157,00 (bir yüz əlli yeddi) manat cəmi 942,00 (doqquz yüz qırx iki) manat maaş alır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 30 saylı Ambulatoriya tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tibbi arayışa əsasən, X2 və X4 müalicə olunduğunu və mütəmadi olaraq müalicə aldıqları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşlar. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, xx xxxx 2019-cu il tarixli qətanaməyə əsasən, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-1276/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi cavabdehin maddi vəziyyətində dəyişiklik olduğunu və cavabdehin əmək haqqının artdığını bildirsə də, cavabdehin vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə aradırılması zamanı alimentin artırılması üçün gətirdiyi əsas dəlil ondan ibarətdir ki, Suraxanı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi qəbul edilərkən məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş və qətnamənin qəbul edilməsi üçün əsas olan dəlil ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 78 saylı arayışdan müəyyən edilmişdir ki, Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə işləməsi və onun aylıq əmək haqqısı 714,21 manat 21 qəpik, maddi yardımı 632 manat, məzuniyyət pulu 505 manat birdəfəlik pul mükafatı tam həcmdə olduqdan 1264 manat təşkil edilməsini göstərilmişdir. İddiaçı cavabdehin həmin arayışa əsasən yüksək maaşa malik olmasını və bununla əlaqədar ona daha böyük məbləğdə alimentin təyin edilməsini zəruri olduğunu iddia edir. Cavabdeh isə hərbi hissədə xidmət göstərilməsini və həmin xidmətə görə əmək haqqının aldığını göstərməklə, hərbi xidmətin əsas və yeganə iş yerinin, əmək haqqının da əsas və yeganə qazanc mənbəyinin olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Suraxanı Rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnamə qəbul edilərkən məhkəmə arşıdrılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş və qətnamənin qəbul edilməsi üçün əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 78 saylı arayış artıq qeyd olunan qətnamənin qəbul edilməsinin əsası olmuşdur və onun artıq təyin edilmiş alimentin məbləğinin artırılması üçün yenidən qiymətləndirilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab olunmur. Bundan əlavə cavabdehin hazırki məhkəmə iclasında təqdim edilmiş arayışa əsasən əmək haqqının əvvəlki ilə daha yüksək olması müəyyən olunsa da, alimentin cavabdehin qazancdan və gəlirlərindən 1/3 hissədə təyin edilməsi artıq özü-özülüyündən maaşın artırılmasını nəzərə alır və nəticə etibarı ilə alimentin məbləği əmək haqqının artırılması ilə yanaşı artırılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bunnula əlaqədar mülki işə əlavə edilmiş materialları və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının alimentin artırılmasına dair tələbin hal-hazırda təmin edilməsi əsassız olmaqla, bundan əlavə iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar