Məhkəmə qərarları › İş №2(010)-1675/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1675/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1675/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-ti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, L-BK- 0017663-F saylı Kredit və Zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ödənilməmiş 878,58 (səkkiz yüz yetmiş səkkiz dollar 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 669,41 (altı yüz altmış doqquz dollar 41 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1.547,99 (bir min beş yüz qırx yeddi dollar 99 sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT “xxxxxxxxxxxxxxxxxxxx“ MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh3 ilə BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2013-cü il tarixli, L-BK-0017663-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə borcluya 24 ay müddətinə, aylıq 2.83%, illik 34 % olmaqla 3500 (üç min beş yüz) ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2 və Cavabdeh1 ilə L-BK- 0017663-F saylı Zaminlik müqavilələri bağlanmışdır. xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kredit və zaminlik müqavilələrinin müddəti 10.11,2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2013-cü il tarixindən bu günə qədər borclu tərəfindən 3.500,00 (üç min beş yüz dollar 00 sent) ABŞ dolları məbləğində əsas borcun 2.621,42 (iki min altı yüz iyirmi bir dollar 42 sent) ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 2.650,26 (iki min altı yüz əlli dollar 26 sent) ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə 364,02 (üç yüz altmış dörd dollar 02 sent) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 5.635,70 (beş min altı yüz otuz beş dollar 70 sent) ABŞ dolları ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun təşkilata ödənilməmiş 878,58 (səkkiz yüz yetmiş səkkiz dollar 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 669,41 (altı yüz altmış doqquz dollar 41 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1.547,99 (bir min beş yüz qırx yeddi dollar 99 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Təşkilatla borclunun zamini arasında bağlanmış xx.xx.2013-cü il tarixli L- BK-0017663-F Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, L-BK-0017663-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-dən 24 ay müddətinə, aylıq 2.83%, illik 34 % olmaqla 3500 (üç min beş yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Həmin müqavilənin 4.2 bəndinə görə borclu müqavilə üzrə kreditora çatmalı olan krediti və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada ödənilməsini öhdəsinə götürmüşdür. İşin materiallarında olan xx.xx.2013-cü il tarixli, L-BK-0017663-F saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh1 borcalan Cavabdeh3 kreditor qarşısında öhdəliklərinin icra edilməsi üçün sonuncu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 ilə təşkilat arasında bağlanmış 17.10.13-cü il tarixli L-BK-0017663-F saylı kredit müqaviləsinə əsasən (BOKT) “xxxxxxxxxxxxxxxxxxxx”MMC-nin Bakı filialından illik 34% olmaqla 24-ay müddətinə götürdüyü 3.500,00 (üç min beş yüz dollar 00 sent) ABŞ dolları məbləğində əsas borcun 2.621,42 (iki min altı yüz iyirmi bir dollar 42 sent) ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 2.650,26 (iki min altı yüz əlli dollar 26 sent) ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə 364,02 (üç yüz altmış dörd dollar 02 sent) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 5.635,70 (beş min altı yüz otuz beş dollar 70 sent ) ABŞ dolları ödənilmişdir. Hal-hazırda Cavabdeh3 təşkilata ödənilməmiş 878,58 (səkkiz yüz yetmiş səkkiz dollar 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 669,41 (altı yüz altmış doqquz dollar 41 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1.547,99 (bir min beş yüz qırx yeddi dollar 99 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsinə istinad edərək məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən X4 Təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx MMC», digər tərəfdən isə Cavabdeh3 olmaqla xx.xx.2013-cü il tarixli, L-BK-0017663-F saylı kredit müqaviləsi bağlanmış və həmin tarixdə «xxxxxxxxxxxxxxxxxxxx MMC» ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı X4 Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-dən kredit müqaviləsinə əsasən götürülmüş kredit borcunu və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddətdə banka qaytarılması öhdəliyini yerinə yetirmədiklərinə görə həmin cavabdehlərə qarşı pul tələbinə dair iddiası əsaslıdır. Beləliklə məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin tələbi əsaslıdır. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 878,58 (səkkiz yüz yetmiş səkkiz dollar 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 669,41 (altı yüz altmış doqquz dollar 41 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1.547,99 (bir min beş yüz qırx yeddi dollar 99 sent) ABŞ dolları məbləğində borc tutularaq X4 Təşkilatı (BOKT) “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı X4 təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə 878,58 (səkkiz yüz yetmiş səkkiz dollar 58 sent) ABŞ dolları məbləğində əsas borcu və 669,41 (altı yüz altmış doqquz dollar 41 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1.547,99 (bir min beş yüz qırx yeddi dollar 99 sent) ABŞ dolları məbləğində borc (ödəmə günü üçün Azərbaycan manatının ABŞ dollarına məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar