Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1675/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, iddiaçı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməməsi ilə maddi ziyanın vurulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməməsi ilə maddi ziyanın vurulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə 41,474.42 (qırz bir min dörd yüz yetmiş dörd) manat 42 qəpik məbləğində vurduğu maddi ziyanın, işlərin icrasının ümumi gecikdirilməsinə görə 70,478.94 (yetmiş min dörd yüz yetmiş səkkiz) manat 94 qəpik məbləğində dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumu xərcinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı “xxxx” MMC tərəfindən qeyd olunan öhdəlik-xx.xx.2019-cu il tarixdə bağlanmış KH0919-05-01- 054 saylı Subpodrat müqaviləsidir. Həmin müqavilə iki hüquqi şəxs-Podratçı “xxxx” MMC bir tərəfdən və Subpodratçı Cavabdeh2 MMC digər tərəfdən Bakı şəhəri, Gəncə prospekti 29, 42A ünvanda yerləşn X1 Kompleksi layihəsində və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiya işləri yerinə yetirməy və podratçıya təhvil verməyi, podratçı isə bu müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib qiymətini ödəməyi öhdələrinə götürmüşlər. Beləliklə yuxarıda qeyd olunan subpodrat müqaviləsinin mahiyyətindən və xüsusən onu bağlamış tərəflərin hüquqi statusundan görünür ki, araların yaranmış münasibət və ondan irəli gələn mübahisə kommersiya xarakteri daşıyır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32..-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Azərbaycan Respublikası Bakı şəhər Kommersiya məhkəməsinə göndərilməsi üçün əsasdır. Hazırki mülki iş baxılması üçün Bakı şəhər Kommersiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ M: İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı öhdəliyin icra edilməməsi ilə maddi ziyanın vurulması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1675/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1675/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver