Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1684/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eldənı̇ z oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.09.2020-ci il tarixli, D/73 mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinə əsasən, 1.029,00 (bir min iyirmi doqquz) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə - manatla əsas borc pul və 1.000 (bir min) manat məbləğində əldən çıxmış fayda və 39 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC maşınlara mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçrilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq satışı ilə məşğuldur. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 16.09.2020-ci il tarixli, D/73 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqavilələrinə əsasən 1.029,00 (bir min yirmi doqquz) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla, Cavabdeh2 istifadəsində olan və xidmətlərin alqı-satqi müqavilələrin 1.1-ci bəndinə əsasən “MİTSUBİSHİ AİRTREK” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı minik maşınların mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçrilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdıraraq satılmışdır. Bu barədə 16.09.2020-ci il tarixli, 160 nömrəli akta əsasən maşına metan qaz qurğusu quraşdırılmış avtomobili Cavabdeh2 təhvil verilmişdir. 16.09.2020-ci il tarixli, D/73 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsi ilə əlaqədar olaraq, Cavabdeh1 ilə bağlanmış 16.09.2020-ci il tarixli, 11 nömrəli zaminlik müqaviləsinə əsasən 1.029,00 (bir min iyirmi doqquz) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla (AZN) borcu vardır. Lakin cavabdehlər Rəsulov X2 Əli Şahlar oğlu 16.09.2020-ci il tarixli, D/73 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinə əsasən, 12 ay müddətinə, hər ay hər müqavilə üzrə 86,00 (səksən altı ABŞ dollar) ödəniş etməli olduğu halda, 16.10.2020-ci il tarixdən şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir ödəniş etməyərək 1.029,00 (bir min yirmi doqquz ABŞ dolların) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə manatla əsas borcları qalmışdır. 16.09.2020-ci ci il tarixli, D/73 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsinin 11.3-cü bəndinə əsasən, Cavabdeh2 ödəniş etmədiyi üçün, 24.05.2021-ci il tarixdə yazılı xəbərdarlıq edərək, 16.09.2020-ci il tarixli, D/73 nömrəli mal, iş və xidmətlərin alqı-satqi müqaviləsi iddiaçı tərəfindən xitam edilmişdir. Bir ildir hər üç müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir ödəniş etmədiyi üçün 1.000 (bir min manat) manat məbləğində əldən çıxmış fayda mövcuddur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “1000 manat əldən çıxmış fayda” hissəsindən imtina etdiklərini bildirmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eldənı̇ z oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyərək və təqdim olunmuş ərizəni, iş üzrə digər sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: - 16.09.2020-ci il tarixli “Mal, İş və Xidmətlərin alqı-satqı” müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh2 istifadəsində olan “MİTSUBİSHİ AİRTREK” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı minik atomobilinin mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib quraşdırmışdır. - 16.09.2020-ci il tarixli “Mal, İş və Xidmətlərin alqı-satqı” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “X1”ndan görünür ki, satıcı İddiaçı MMC 1 ədəd 1029 ABŞ dolları dəyərində olan “CNG Dəsti 55 LT Balon”u alıcı Cavabdeh2 təhvil vermiş, alıcı isə qeyd olunan 1029 ABŞ dollarını 11 ay 86 ABŞ dolları, sonuncu ay isə 83 ABŞ dolları olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - 16.09.2020-ci il tarixli, 160 nömrəli aktdan görünür ki, avtomobilə quraşdırılmış qaz avadanlığı yoxlanılmış və onun istismara yararlı olduğu müəyyən edilmişdir. - 16.09.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 İddiaçı MMC qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar zamin durmuşdur. - 24.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin “1000 manat əldən çıxmış fayda” hissəsindən imtina etməsini nəzərə alaraq hesab edir ki iddia tələbi qalan hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbini digər Cavabdeh1 münasibətdə də əsaslı sayır. Belə ki, məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eldənı̇ z oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 16.09.2020-ci il tarixli, D/73 mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 1029 ABŞ dolları tutularaq ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 39 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eldənı̇ z oğlundan tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1684/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1684/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver