Məhkəmə qərarları › İş №2(010)-17/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-17/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-17/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X25, Cavabdehlər Cavabdeh2 və X2 iştirakları ilə, İddiaçı İKB (“xxxx” ASC) Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X7, X10 və X11rşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB (“xxxx” ASC) Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X7, X10 və X11rşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 2013-cü il 22 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 18528.76 ABŞ dolları əsas, 13096.33 ABŞ dolları faiz, 2944.52 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 34569.61 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ağ rəngli “KİA SORENTO” minik markalı (mühərrik: G4KE9H704275, ban: KNAKU811DA5028907) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və borcun **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009cu il buraxılışlı, ağ rəngli “KİA SORENTO” minik markalı (mühərrik: G4KE9H704275, ban: KNAKU811DA5028907) avtomobilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X2, X6, X13 və X15 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2, X6, X13 və X15 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 31 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 “İddiaçı’’ İKB ASC-nin “Lökbatan” filialında illik 60 ay müddətinə 100000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayrılmışdır. 2013-cü il 22 oktyabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26%-lə 36 ay müddətinə 44620 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzili 2012-ci il 31 iyul tarixli və Cavabdeh2 mülkiyyətindəki **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ağ rəngli “KİA SORENTO” minik markalı (mühərrik: G4KE9H704275, ban: KNAKU811DA5028907) avtomobili 12-ci il 01 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 2012-ci il 31 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2013-cü il 22 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən əniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 10.2-ci bəndinə əsasən bank 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il yanvarın 19-dək Cavabdeh1 2013-cü il 22,oktyabr tarixli kredit müqaviləsi üzrə banka 18528.76 ABŞ dolları əsas, 13096.33 ABŞ dolları faiz, 2944.52 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 34569.61 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Daha sonra, iddiaçı Bank məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, X1, X5 və X14 “xxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2013- cü il tarixli kredit müqaviləsi üzrə banka 19.277,43 ABŞ dolları əsas, 7.434,66 ABŞ dolları faiz, 8.685,01 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.999,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 39.397 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ağ rəngli “KİA SORENTO” minik markalı (mühərrik: G4KE9H704275, ban: KNAKU811DA5028907) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və borcun **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ağ rəngli “KİA SORENTO” minik markalı (mühərrik: G4KE9H704275, ban: KNAKU811DA5028907) avtomobilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra X2, X6, X13 və X15 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 kv.m yaşayış sahədən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2, X6, X9 və X15 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X25 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsi xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsi xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19-S-19- 0-697-12 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Kreditor hər birinin məqsədi, məbləği və müddəti hazırkı müqavilə əsasında və çərçivəsində tərəflər arasında gələcəkdə bağlanacaq Əlavə kredit müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 100000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 60 ay müddətinə, yəni xx xxxx 2017-ci il tarixinədək müddət ərzində borcalana kredit limiti ayrılmasını öhdəsinə götürür. İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 19-S-20- 0-1100-13 nömrəli əllavə kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Kreditor istehlak məqsədi ilə Borcalana 44620 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Kreditora qaytarmağı öhdəsinə götürür. 19-S-20-0-1100-13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş, xx.xx.2013 – xx.xx.2016-cı il tarixləri arasında aylıq 1797.77 ABŞ dolları məbləğində pul ödənilməsi müəyyən edilmişdir. İddiaçı İKB ASC və X20 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19-S-19-0-697- 12 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Zamin Borclunun Kreditor qarşısında kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı İKB ASC, X12 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19- S-19-0-697-12 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla Borclu arasında xx.xx.2012-ci il tarixli, 19-S-19-0-697-12 nömrəli əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə ayrılmış 100000 manat məbləğində və yaxud və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti üzrə əlavə kredit müqavilələrinə əsasən veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: ünvan 1 ünvanında yerləşən 30.25 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil. İddiaçı İKB ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19-S-19-0-697-12 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla Borclu arasında xx.xx.2012-ci il tarixli, 19-S-19-0-697-12 nömrəli əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə ayrılmış 100000 manat məbləğində və yaxud və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti üzrə əlavə kredit müqavilələrinə əsasən veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: marka - KİA, model - Sorento-minik, buraxılış ili – 2009, ban KNAKU811DA5028907, rəngi ağ. İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2017-ci ilvə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilərək borc ödənməyəcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi barədə borclu və zaminə xəbərlıq edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 Banka xx.xx.2021-ci il tarixə 19277.43 ABŞ dolları əsas, 7434.66 ABŞ dolları faiz, 8685.66 ABŞ dolları cərimə və əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 3999.90 ABŞ dolları olmaqla, cəmi 39397 ABŞ dolları (otuz doqquz min üç yüz doxsan yeddi dollar) borcu vardır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X4 məxsus olan, ünvan 1 ünvanında yerləşən evin bazar dəyəri 65000 manat, likvid dəyəri isə 55500 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh2 məxsus olan, “Kia Sorento-minik” markalı, **- GU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar dəyəri 21000 manat, likvid dəyəri isə 19000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 12750 nömrəli rəydən görünür ki, xx.xx.2012-ci il tarixli, 19- S-19-0-697-12 nömrəli kredit xətti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2013-cü il tarixli, 19-S-20-0-1100-13 saylı Əlavə kredit müqaviləsi üzrə qeyd olunan şərtlər alınmaqla, Cavabdeh1 sual üzrə xx.xx.2016-cı il tarixə İddiaçı İKB ASC-yə olan borcu əsas borc üzrə 19277.43 ABŞ dolları, faiz borcu üzrə 7434.66 ABŞ dolları olmaqla, ümumilikdə 26712.09 ABŞ dolları məbləğində müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı İKB ASC (“xxxx” ASC) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavə olan xx.xx.2013-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Bank tərəfindən istehlak məqsədi ilə Borcalana 44620 ABŞ dolları məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə Bank arasında bağlanmış zaminlik müqaviləsi ilə X26rşısında kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, öhdəliyin icrasının təmini məqsədilə X12 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın (ünvan 1 ünvanında yerləşən 30.25 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil) ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İddiaçı İKB ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış digər ipoteka müqaviləsinə əsasən, tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın (KİA, model - Sorento-minik, buraxılış ili – 2009, ban KNAKU811DA5028907, rəngi ağ) ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Lakin Borcalan Cavabdeh1 müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə əsas və ona hesablanmış faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 19277.43 ABŞ dolları əsas və 7434.66 ABŞ dolları faiz borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyində də hesabdan çıxarış məlumatları əsasında ekspert tərəfindən əsas və faiz borcu qeyd edilən həcmdə hesablanmışdır. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 3999.90 ABŞ dolları məbləğində faiz borcu tələb etmişdir. Məhkəmə iddianın bu hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin tələb edilən dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulunun (8685.01 ABŞ dolları) məbləği əsas borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 500 ABŞ dolları məbləğində müəyyən ediməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyini icra etməyən Cavabdeh1 və bu öhdəliklərin icrası üçün zamin durmuş Cavabdeh2 müştərək qaydada 19277.43 ABŞ dolları əsas borc, kredit müqaviləsi müddəti üçün hesablanmış 7434.66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 3999.90 ABŞ dolları borc, cəmi 31211.99 ABŞ dolları (otuz bir min iki yüz on bir dollar doxsan doqquz sent) məbləğində borc iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı Bank iddia tələbinin həcmini artırarkən digər cavabdehlərdən də borcun tutulmasını tələb etsə də işdən görünür ki, cavabdehlərdən yalnız biri – Cavabdeh2 zamindir. Bu səbəbdən kredit müqaviləsi üzrə yaranmış borc digər cavabdehlərə aid edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaklara yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2012-ci ildə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetlərinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan mənzil və avtomobilin həm bazar, həm də likvid qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 55500 (əlli beş min beş yüz) manat, avtomovilin ilkin satış qiyməti isə onun likvid qiymətinə uyğun olaraq 19000 (on doqquz min) manat məbləğində müəyyən edilməlidir. İpoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlərin buradan istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılaraq boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və bu səbəbdən iddiaçı mənzildə yaşayan şəxslərin mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. İstifadə hüququnun itirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununda ipoteka qoyulmuş əmlakla bağlı istifadə hüququnun itirilməsi birbaşa nəzərdə tutulmadığından məhkəmə bu hissədə iddia tələbini təmin edilməməsi qənaətinə gəlir. Digər tərəfdən, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsum və 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı da Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının dəyəri hər bir ipoteka predmet üzrə 150 manat olmaqla, 300 manat, mühasibatlıq ekspertizasının dəyəri isə 145 manat məbləğindədir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə uyğun olaraq müvafiq ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq ekspertizanı həyata keçirən orqanlara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 19277.43 ABŞ dolları məbləğində əsas borc, 7434.66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 3999.90 ABŞ dolları olmaqla, 31211.99 ABŞ dolları (otuz bir min iki yüz on bir dollar doxsan doqquz sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 m2 yaşayış sahəsindən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 55500 (əlli beş min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, tutma Cavabdeh2 mülkiyyətində olan **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ağ rəngli “KİA Sorento” minik markalı avtomobilə yönəldilməli, avtomobilin ilkin satış qiyməti 19000 (on doqquz min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq “xxxx” MMC-nin bank hesabına ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 19277.43 ABŞ dolları məbləğində əsas borc, 7434.66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 3999.90 ABŞ dolları olmaqla, 31211.99 ABŞ dolları (otuz bir min iki yüz on bir dollar doxsan doqquz sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 m2 yaşayış sahəsindən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 55500 (əlli beş min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan **-GU-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, ağ rəngli “KİA Sorento” minik markalı avtomobilə yönəldilsin. Avtomobilin ilkin satış qiyməti 19000 (on doqquz min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq “xxxx” MMC-nin bank hesabına ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən, 2 otaqlı, 30.25 m2 yaşayış sahəsindən ibarət 43 nömrəli evin 53 nömrəli mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra X17, X7, X10 və X22 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar