Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-170/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Fəhradov Tofiq Cəbrayıl oğluna, X2 və Fəhradov Tələt Cəbrayıl oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-ti cavabdehlər Fəhradov Tofiq Cəbrayıl oğluna, X2 və Fəhradov Tələt Cəbrayıl oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “Sədərək” firmasından müştərək qaydada ‘TARA” BOKT ASC-nin xeyrinə 08.09.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsinə əsasən 48394.65 manat əsas borc, 39894.66 manat hesablanmış faiz, 63106.62 manat hesablanmış dəbbə pulu borcu olmaqla, cəmi 151395.93 manat kredit borcu 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlu ilə əvvəlki "xxxx" ASC arasında 08.09.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə 24 ay müddətinə, illik 21 faizlə 150 000 manat kredit verilmişdir. Cavabdeh öhdəliklərini icra edə bilmədiyi üçün 02.05.2016-cı il tarixində həmin müqaviləyə 1 saylı əlavə edilməklə müqavilənin müddəti, faiz dərəcəsi və kreditin məbləği kapitallaşdırılmışdır. Müvafiq olaraq 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 1 saylı Əlavəyə əsasən cavabdehə 36 ay müddətinə, 23 faizlə 62000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi tərəflər arasında 08 sentyabr 2014-cü il tarixli, 589/14/PB/YF Girov müqaviləsi bağlanmışdır. Həmin girov müqaviləsinə də 02.05.2016-cı il tarixli, 01 nömrəli Əlavə bağlanmışdır. Həmin Girov müqaviləsinə əsaəsn Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 “Sədərək” firması ilə aralarında bağlanmış 21.09.2013-cü il tarixli müvafiq müqavilələrə əsaəsn Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yol stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, zona 1, sıra 9, korpus 7-də yerləşən 24 kv.m sahədən ibarət 141 saylı, 50 kv.m ibarət 139 saylı və 100 kv.m ibarət 134/136 saylı mağazaya olan hüquqlarını girov qoymuşdur. Həmçinin cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə tərəflər arasında, "xxxx" ASC ilə “Sədərək” firması arasında 15.05.2010-cu il tarixli Faktorinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 bəndinə, “Müqavilənin predmeti”nə əsasən Müştərinin- “Sədərək” firmasının ayrı-ayrı fərdi sahibkarlara mal dövrüyəsinin artırılması üçün müvafiq məbləği faktorun (bank) borcluya kredit verməsi, bununla əlaqədar faktorun borclu ilə bağladığı ayrıca kredit müqaviləsinə müvafiq olaraq həmin məbləğin tələb və icrasını təmin etməkdən ibarətdir. 08.09.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 48394.65 manat əsas borc, 39894.66 manat hesablanmış faiz, 63106.62 manat hesablanmış dəbbə pulu borcu olmaqla, cəmi 151395.93 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi X1 07.09.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək bundan sonra keçirilən məhkəmə iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan keşirilməsini xahiş etmiş və məhkəmə tərəfindən məhkəmə iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlunun nümayəndəsi qismində izzahat vermiş onun vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi borc məbləği şişirdilmişdir. Belə ki, Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilsə də, iddiaçı tərəfindən bunlar nəzərə alınmamış və bu borcun xeyli şişirdilməsinə gətirib çıxarmışdır. "xxxx" ASC ondan etdiyi ödənişlərə məhəl qoymadan 08.09.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsinə əsasən iyirmi dörd ay müddətinə verdiyi 150.000 manat pulu heç bir məbləğ çıxmadan geri tələb edir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08.09.2014-cü il tarixli 589/14/PB/YF №-li Kredit (Borc) Müqaviləsindən görünür ki, "xxxx" ASC - “Kreditor” və Fəhradov Tofiq Cəbrayıl oğlu - “Borclu” olmaqla bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 21 faizlə 150 000 min manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 1 saylı Əlavədən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə “kreditin məbləği-62000”, “kreditin müddəti 36 ay”, “kreditin faizi “23 faiz”, “hesablanmış ikiqat faiz dərəcəsi – 46 faiz” olması müəyyən edilmişdir. İş materiallarında olan 20 may 2018-ci il tarixli maliyyə arayışına görə, borcalan Fəhradov Tofiq Cəbrayıl oğlunun borcverən İddiaçı-yə əsas borcu 48394.65 manat, faiz borcu 39894,66 manat dəbbə borcu 63106.62 manat, cəmi olaraq borcu 151395.93 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 noyabr 2020-ci il tarixli 9/4522 №-li rəyi ilə müəyyən edilmişdir ki, 08.09.2014-cü il tarixli 589/14/PB/YF saylı kredit müqaviləsi üzrə Fəhradov Tofiq Cəbrayıl oğlunun 08.09.2016-cı il tarixə əsas borc üzxrə 58285.39 manat, faiz borcu 951.99 manat, cəmi 59237.38 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 23 iyul 2021-ci il tarixli 9/3989 №-li rəyi ilə müəyyən edilmişdir ki, 08.09.2014-cü il tarixli 589/14/PB/YF saylı kredit müqaviləsi üzrə Fəhradov Tofiq Cəbrayıl oğlunun 27.01. 2020cı il tarixə “İddiaçı-yə olan borcu ümumilikdə və yalnız əsas borc kimi 29822 manat məbləğində müəyyən edilir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlu İddiaçı ilə 08.09.2014-cü il tarixli 589/14/PB/YF bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək İddiaçı-yə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Fəhradov Tofiq Cəbrayıl oğlu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının ona qarşı iddiası əsaslı hesab edilməlidir. Bununla belə, hazırki mülki iş üzrə cavabdehin borcunu müəyyən etmək məqsədilə məhkəmə-mühasibat ekspertizası təyin edildiyindən məhkəmə hesab edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğləri əsas götürülməlidir. Bu baxımdan məhkəmə iş üzrə keçirilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə cavabdeh tərəfindən sonradan aparılmış ödənişlər də nəzərə alındığından məhkəmə məhz həmin rəyin nəticələrini əsaslı hesab edir və bu nəticəyə gəlir ki, cavabdehin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 29822,71 manat əsas borca görə iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 2000 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı-nin xeyrinə cavabdehlərdən 29822,71 manat məbləğində kredit borcu və 2000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31822.71 manat məbləğində borc tutulması barədə iddia tələbi əsaslıdır. İddia qalan hissədə təmin edilməməlidr. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsində həmçinin Cavabdeh2 və Cavabdeh3 Cəbrayıl oğlu adlı şəxslər cavabdehlər kimi göstərilmiş olsalar da, iddiaçı cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlu və “Sədərək” firmasından müştərək qaydada pulun tutulmasına dair tələb irəli sürmüşdür. Bununla belə iddiaçı tərəfindən “Sədərək” firmasının hansı əsaslara görə cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlu ilə yanaşı sonuncunun imzaladığı kredit müqaviləsinə görə məsuliyyət daşımasını əsaslandırmamış və buna dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlunun vəsatəti əsasında keçirilmiş 30 noyabr 2020-ci il tarixli 9/4522 №-li məhkəmə-mühasibatlıq və 23 iyul 2021-ci il tarixli 9/3989 №-li əlavə məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri - müvafiq olaraq 145 (yüz qırx beş) və 100 manat məbləğində məhkəmə xərcləri həmin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, İddiaçı-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlundan 29822,71 manat məbləğində kredit borcu və 2000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31822.71 manat məbləğində və 30 manat məbləğində dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasıların dəyəri olan 245 (iki yüz qırx beş) manat cavabdeh Fəhradov Tofiq Cəbrayıl oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-170/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-170/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver