Məhkəmə qərarları › İş №2(010)-1701/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1701/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1701/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı birgə təsərrüfat dövründə əldə olunmuş mənzilə pay hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ,iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzilə dair 2/1 hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ,iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28.07.2004-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti yanında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin verdiyi 09.01.1988-ci il tarixli, MH seriyalı, 117795 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 32 saylı evin, 2 nömrəli mənzilini 53500000 AZM məbləğində sataraq 6 gün sonra 45000000 AZN məbləğində pulla mübahisəli mənzili almışdır. Aldığı mənzil ünvan 2 ünvanında yerləşən iki otaqdan və 28,0 kv.m sahədən ibarət olmuşdur. Həmin zaman hərbiçi olduğu üçün və şəxsiyyət vəsiqəsi olmadığı üçün bu mənzili uzun müddət birgə yaşadığı və birgə təsərrüffat apardığı arvadı Cavabdeh adına sənədləşdirib onun adına evə çıxarış almışdır. Sonradan münasibətləri pisləşdiyi üçün, aralarında məhkəmə mübahisəsi yaranmışdır. Yaranmış mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6266/2020 nömrəli, 13.08.2021 tarixli icra sənədinə əsasən onun (İddiaçı) ünvan 2 mənzildən çıxarılması qərara alınmışdır. Hazırda aralarında ər-arvad münasibətləri yoxdur və ayrı yaşayırlar. Evin əsl sahibi o, olduğu faktiki nikah münasibətlərində olduğu və təmir işləri onun tərəfindən aparıldığı üçün hesab edir ki, evin 1/2 hissəsinə dair onun pay hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın əsaslı olduğunu bildirdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6266/2020 nömrəli, 01.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-92/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, həmçinin İddiaçı ünvan 1 ünvanında yerləşən, iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzildən çıxarılması qət edilmiş, ilk və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi isə hazırki qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-92/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsini qismən – Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv etmiş və qalan hissədə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, X1 tərəfindən mübahisəli mənzilin satılması ilə bağlı sənədlərin hazırlanması üçün İddiaçı 200 ABŞ dolları məbləğində behin alınması ünvan 1 ünvanında yerləşən ,iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzilin alınmasına dair ödənilmiş 45000000 AZM manatın məhz İddiaçı tərəfindən özünün şəxsi maddi vəsaiti hesabına verilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi 3 saylı evin 40 saylı mənzili İddiaçı özünün şəxsi maddi vəsaiti ilə əldə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən ilk iddia tələbi həmin hissədə təmin olunmamalıdır. -İş materiallarında olan ÖM seriyalı, 205688 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ,iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, ünvan 1 ünvanında yerləşən ,iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İddiaçı hesab edir ki, həmin mənzilə onun pay hüququ tanınmalıdır. Tələbini onunla əsaslandırır ki, əslində mənzili o almış, sadəcə həmin dövrdə texniki problemlər olduğuna görə keçmiş həyat yoldaşı olan cavabdehin adına rəsmiləşdirmişdir. İddiaçının mübahisəli mənzilə pay hüququnun yaranması üçün onun həmin mənzili birgə nikah dövründə əldə etməsi zəruri idi. Bakı Apellyasiya Məhkəməsi 2(103)-6266/2020 nömrəli, 01.12.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzilə görə kompensasiya tələbi rədd edilərkən hesab edilmişdir ki, İddiaçı həmin mənzili şəxsi vəsaiti hesabına əldə etməsi sübuta yetirilmir. Bundan əlavə, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi əsaslı hesab edilmişdir. Deməli aydın olur ki, işə baxan məhkəmə mübahisəli mənzilə dair İddiaçı mülkiyyət hüququnu tanımamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə ailə qanunvericiliyinə əsaslanan mülkiyyət hüququ olmadığına görə pay hüququnun tanınması tələbi də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Bı̇ nnətov İlham Ənvər oğlunun Cavabdeḣ qızına qarşı ünvan 3 ünvanında yerləşən, iki otaqdan və 28.0 kv.m sahədən ibarət mənzilə dair 1/2 hissədə pay hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar