Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1702/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 27 aprel 2010-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin dəyişdirilərək 235 (iki yüz otuz beş) manat məbləğində tutulması, habelə X5 müalicəsi üçün tələb olunan illik 400 manatın tutulması. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 29 aprel 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 27 aprel 2010-cu ildə X6 anadan olmuşdur. Birgə yaşadığı müddətdə övladına və iddiaçıya baxmadığı üçün nikahı pozmadan aliment tələbi ilə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Məhkəmənin 2(010)-8131/2015 saylı qərarına əsasən, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 sentyabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb iddiaçıya ödənilməsinə qərar verilib. 27 fevral 2017-ci ildə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh Azərbaycan Ali Hərbi Məktəbində işləyib və hal-hazırda təqaüdə çıxıb. Təqaüdə çıxdığına görə alimentin miqdarı 118 (yüz on səkkiz) manat təşkil edir. X4 8 ildir ki, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə alır. Hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manatdır. Qızını saxlama xərcləri ilə yanaşı, gözünün müalicəsi üçün də vəsait tələb olunur. Belə ki, il ərzində 2 dəfə yoxlanma və müalicə üçün təxminən 400 manat tələb olunur. İddiaçının izahatları İddiaçının nümayəndəsi (vəkili) Vəkil AZEMİS vasitəsi ilə mühkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, mülki iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-8131/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına satanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdlarında aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/18-2024/00070 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması tələbi üzrə xx.xx.2024-cü il tarixində 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki X8 adına Milli Oftalmologiya Mərkəzinə xx.xx.2017-ci il tarixdə “OU - dərəcəli miopiya. Akkomadasiyanın spazmı. Göz quruluğu” diaqnozu ilə müraciət etmiş, ambulator müayinələrdə olmuş, təyinat almışdır. Pasiyent daha sonra xx.xx.2017; xx.xx.2017; xx.xx.2017; xx.xx.2017; xx.xx.2017; xx.xx.2017; xx.xx.2018; xx.xx.2018; xx.xx.2018; xx.xx.2018; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2019; xx.xx.2023; xx.xx.2020; xx.xx.2020; xx.xx.2021; xx.xx.2021; xx.xx.2023; xx.xx.2023-cü il tarixlərdə ambulator müayinələrdə olmuş, təyinatlar almışdır. Mərkəz maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilən büdcə təşkilatıdır. İşin faktiki halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)- 8131/2015 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına satanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdlarında aliment alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Hazırda iddiaçı, Cavabdeh 27 aprel 2010-cu il təvəllüdlü X1 iiçün müəyyən edilmiş alimentin dəyişdirilərək 235 (iki yüz otuz beş) manat məbləğində tutulması, habelə X5 müalicəsi üçün tələb olunan illik 400 manatın tutulmasını istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibətinin öyrənilməsi qeyri-mümkün olmuşdur. Cavabdeh məhkəməyə xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərdə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməyəcəyini bildirməklə kifayətlənmişdir. Cavabdeh iddiaya münasibətini bildirməmişdir. AZEMİS məlumatlarından məlum olur ki, Cavabdeh «Gesco” ASC-də mühafizəçi işləyir və əmək haqqı 345.00 manat təşkil edir, pensiyası 662.23 manat məbləğindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İddiaçı, Cavabdeh 27 aprel 2010-cu il təvəllüdlü X1 iiçün müəyyən edilmiş alimentin dəyişdirilərək 235 (iki yüz otuz beş) manat məbləğində tutulması, habelə X5 müalicəsi üçün tələb olunan illik 400 manatın tutulmasını istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddiaya münasibətinin öyrənilməsi qeyri-mümkün olmuşdur. Cavabdeh məhkəməyə xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərdə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməyəcəyini bildirməklə kifayətlənmiş, iddiaya münasibətini bildirməmişdir. AZEMİS məlumatlarından məlum olur ki, Cavabdeh «Gesco” ASC-də mühafizəçi işləyir və əmək haqqı 345.00 manat təşkil edir, pensiyası 662.23 manat məbləğindədir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. İddianın "X5 müalicəsi üçün tələb olunan illik 400 manatın tutulması" hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı övladının X8 adına Milli Oftalmologiya Mərkəzində müalicə alması ilə il ərzində 2 dəfə yoxlamadan keçdiyini və müalicə üçün illik 400 manat vəsait tələb olunduğunu bildirir. Məhkəmə iş materiallarında olan adıçəkilən Mərkəzin arayışına əsasən müəyyən edir ki, iddiaçının övladı son dörd il ərzində 2020-ci ilin sentyabrında, 2021-ci ilin sentyabrında və 2023-cü ilin noyabrında ambulator müayinələrdə olmuşdur. Məhkəmə həmçinin müəyyən edir ki, Mərkəz maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilən büdcə təşkilatıdır. Göründüyü kimi, iddiaçı uşağının müalicə xərclərinin nədən ibarət olmasını məhkəməyə sübut edə bilməmişdir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-8131/2015 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay bir 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-1702/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-8131/2015 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1702/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova