Məhkəmə qərarları › İş №2(010)-1703/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1703/2022

20.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1703/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdeh iştirak ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat pul vəsaitinin və ödənilmiş 98 manat (doxsan səkkiz) dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24.08.2021-ci il tarixli, 1(04)-304/2021 saylı hökmü ilə cavabdeh Ələkbərov X2 Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. cəzasının əvvəli 11.08.2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.10.2021-ci il tarixli, 1(103)-1591/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24.08.2021-ci il tarixli, l(04)-304/2021 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə qərarları ilə sübuta yetirilmişdir ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ona tanışı X1 Azərbaycan Pedoqoji Universitetinin texnikomunun qiyabi söbəsininin ibtidai sinif müəllimliyinə tələbə kimi qəbul etdirə biləcəyini vəd edərək vahid niyyətlə ümumilikdə 7.800 (yeddi min səkkiz yüz) manat pulunu ələ keçirmişdir. Cavabdeh 26.12.2018-ci il tarixdə 3.000 manat, 14.01.2019-cu il tarixdə 2.000 manat, 18.01.2019-cu il tarixdə 2.000 manat və 2019-cu ilin mart ayının ortalarında 800 manat pul vəsaitini almaqla mənə ümumilikdə 7.800 (yeddi min səkkiz yüzi manat pul vəsaitimi dələduzluq yolu ilə ələ keçirmiş və bu günə kimi mənə heç bir pul vəsaiti geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onunla razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 1(004)- 304/2021 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, və AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 müddət ona təyin olunmuş cəzadan çıxılmaqla 01 il, 11 ay, 28 gün olmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməsi, cəzanın əvvəlinin 11.08.2021-ci il tarixdən etibarən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə hadisəni özündə fiksə edən DVD disk və Cavabdeh İddiaçı pul almasına dair əlyazmanın cinayət işinin materiallarında saxlanması, Cavabdeh məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 manat AR dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməsi müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.10.2021-ci il tarixli, 1(103)-1591/2021 saylı qərarından görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24.08.2021-ci il tarixli, 1(004)- 304/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, iddiaçı məhkəmə hökmünə əsaslanaraq cavabdehdən 7800 manat məbləğində pul tələb edir. İddianın əsasını o təşkil edir ki, cavabdeh ondan bu məbləği aldadıb almışdır, nəticədə həmin əməlinə görə məhkum edilmişdir. Cavabdeh iddia tələbinə hər hansı bir etiraz irəli sürmür. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, cavabdehin iddiaçıya 7800 manat məbləğində ziyan vurması iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 98 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Aslanov Elçı̇ n Sabı̇ q oğlundan 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumu pul tutularaq İddiaçı Fəxrəddı̇ n oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar