Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1707/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-ti cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 40,08 manat əsas, 418,31 manat cərimə, 64,02 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1230, 99 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-ti cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin dəqiqləsdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 418,31 manat əsas, 747,66 manat cərimə, 64,02 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1230, 99 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, xx xxxxxx 2015-cü il tarixli ******* nömrəli kredit müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin bitmə tarixi xx xxxxxx 2018-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Cavabdehnın ləğv prosesində olan “İddiaçı" ASC-yə 418,31 manat əsas, 747,66 manat cərimə, 64,02 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1230,99 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. İddiaçı ləğv prosessində olan İddiaçı ASC xx xxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh – “Borcalan” olmaqla, aralarında xx xxxxxx 2015-ci il tarixli ******* kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə 800 manat məbləğində kredit verilməsi üçün kredit xətti açılmışdır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən Müqavilənin 3.3 bəndində göstərilən aralıqlarla və ay sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinin illik 54 faiz dərəcəsi ilə cərimə hesablanır. İddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdehnın iddiaçı banka xx xxxxxx 2020-ci il tarixinə 418,31 manat əsas, 747,66 manat cərimə, 64,02 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1230,99 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh Cavabdeh xx xxxxxx 2015-ci il tarixli ******* saylı ssuda hesablı kredit verilməsi üzrə müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh Cavabdeh 418,31 manat əsas borcunun tutulması barədə iddia tələbi əsaslıdır. Cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulmasına dair iddia tələbləri ilə bağlı məhkəmə aşagıdakı nəticəyə gəlir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin tələbləri irəli sürmüş olsa da, həmin hissədə iddia tələbini ümumiyyətlə əsaslandırmamış və iddia ərizəsində yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1 və 445.7 və 465.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.5.-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını sistemli təhlil edərək bunu qeyd etməyi zəruri hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditora o halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur ki, sonuncu (kreditor), kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 3014-cü il tarixli qərarında da əks olunaraq vurğulanmışdır ki, “...öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”. Həmin Qərarın izahı isə ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-nin Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-cü il tarixli ******* ssuda hesablı kredit verilməsi üzrə müqaviləsinin 3.5-ci bəndi ilə tərəflər razılığa gəlmişlər ki, kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən Müqavilənin 3.3 bəndində göstərilən aralıqlarla və ay sayına uyğun hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinin illik 54 faiz dərəcəsi ilə cərimə hesablanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə borclunun öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün məsuliyyət nəzərdə tutulmuş və iddiaçı tərəfindən bu halın baş verdiyini nəzərə alaraq cavabdehdən cərimə borcuna görə 747,66 manat tutulması barədə tələb irəli sürülmüşdür. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhz digər əsaslardan çıxış edib cərimə borcunu tələb etdiyindən, əlavə olaraq illik 5 faiz hesablanmaqla öhdəliyin vaxtında icra edilməməsinə görə pul tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, əks yanaşma cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün iki əsasa görə mülki-hüquqi məsuliyyətə cəlb olunmasına səbəb olacaqdır, bu isə yolverilməz hesab edilməlidir. Odur ki, "64,02 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğin tutulması" hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra (3 il) keçəndən sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın "747,66 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 70 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdeh Cavabdeh iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə 418,31 (dörd yüz on səkkiz manat 31 qəpik) manat əsas borc və 70 (yetmiş) manat cərimə olmaqla, ümumilikdə 488,31 (dörd yüz səksən səkkiz manat 31 qəpik) manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-230-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə 418,31 (dörd yüz on səkkiz manat 31 qəpik) manat əsas borc və 70 (yetmiş) cərimə və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 518,31 (beş yüz on səkkiz manat 31 qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1707/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1707/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver