Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1714/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Birinci iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair (Birinci iddia) və iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın ataya verilməsi, aliment və alimentdən azad edilmə” tələbinə dair (İkinci iddia) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci iddia.
1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh uşaqları X18 və X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləğinin hazırkı dövrdə (2023-cü il üzrə) müəyyən edilmiş yaşayış minimumu həddində artırılması, yaxud qazancının (gəlirinin) 70%-i miqdarında müəyyən edilməsi və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşuq. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X10, xx.xx.2013-cü il tarixdə X18, xx.xx.2015-ci il tarixdə X11 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə 357 nömrə ilə qeydə alınmış bu nikah pozulmuş, ümumi uşaqlarımız xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015ci il təvəllüdlü X4 ananın yanında qalmaları, hazırda mənim yanımda olmayan xx.xx.2010cu il təvəllüdlü X5 Cavabdeh alınıb mənə verilməsi, ümumi uşaqlarımız xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq mənə verilməsi, X12 və X6 münasibətdə alimentin xx.xx.2019-cu il tarixdən etibarən tutulması və dərhal icraya yönəldilməsi, xx.xx.2010-cu il təvəllüdlü X7 münasibətdə alimentin tutulmasının əvvəlinin uşağın cavabdehdən alınıb mənim himayəmə verildiyi vaxtdan müəyyən olunması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh mənim xeyrimə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilərək və həmin alimentin miqdarı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manatın tutulması müəyyən edilmişdir. Qətnamədən tərəfimdən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5151/20 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli, 2(107)-1070/2020 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək hər uşaq üçün 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. 2019-cu ilin sentyabr ayından bu günədək ünvan 1 ünvanında atama məxsus olan iki otaqlı mənzildə azyaşlı övladlarımla birlikdə müvəqqəti olaraq məskunlaşmışam. Həmin mənzildə atam, anam, qardaşım, qardaşımın ailə üzvləri və Ağdam rayonundan məcburi köçkün olan 90 yaşlı babam da yaşayır, ona görə də çox ciddi çətinliklər və maddi sıxıntılar içərisində yaşayırıq. Göyçay Rayon Məhkəməsində “evə köçürülmə tələbinə” dair, yaxud da “kompensasiya tələbinə” dair irəli sürdüyüm hər iki iddia təmin edilmədi. Nikahımız pozulduqdan sonra Göyçay şəhərində yaşayış yerim və iş yerim olmadığına görə Bakıya atamın mənzilinə sığınmalı oldum, çünki azyaşlı qız övladlarımızı böyütmək, onlara tərbiyə və təhsil vermək, onların qayğısına qalmaq, heç olmasa uşaqlarımızın minimum tələbatını ödəmək biz valideynlərin vəzifəsi və borcudur. Bütün dünyada gedən iqtisadi böhran, müharibələr və bahalaşma prosesləri təbii ki, ölkəmizdən də yan keçmir. Bu gün mən aldığım 320 (üç yüz iyirmi) manat alimentlə uşaqlarımın yemək, yaşamaq, kirayə, təhsil, minimum qidalanma xərclərini belə qarşılaya bilmirəm. Bakıda kirayə evin qiyməti 500 manatdır, 160 manat aliment bir uşağın minimum həyat tələbatını belə ödəmir. Keçmiş həyat yoldaşım Cavabdeh hazırda Ucar rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində çalışır, polis kapitanıdır. X3 uzun müddət Göyçay şəhərində Z.Bünyadov adına 3 saylı tam orta məktəbin direktoru kimi çalışmışdır. Anası həmin məktbədə laborant vəzifəsində çalışmışdır. Hazırda hər ikisi təqaüd alırlar, onların Cavabdeh başqa övladları yoxdur, keçmiş həyat yoldaşım Aqil evin tək varisidir. Vaxtilə mən də on ildən çox həmin məktəbdə müəllimə kimi çalışmışam, maaş kartım heç vaxt özümdə olmamışdır. Həmişə keçmiş həyat yoldaşımda olmuşdur. Göyçayda keçmiş həyat yoldaşımın və keçmiş qayınatamın fərdi təsərrüfatları və hektarlara ölçülən meyvə bağları vardır. Bütün bunlara baxmayaraq cavabdeh uşaqlarımızın minimum tələbatını belə ödəməkdən yayınır. Hazırda respublikamızda bir uşağın orta hesabla hər ay yalnız qidalanması üçün müəyyən olunmuş sabit pul məbləği 220 manatdır. Hesab edirəm ki, cavabdehdən uşaqlarımızın saxlanması üçün hər ay uşaqlar üçün respublikamızda qəbul olunmuş minimum dolanışıq məbləğində olan sabit pul məbləğində, yaxud onun qazancının (gəlirinin) 70% (yetmiş faiz) miqdarı məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilə bilər. Bu onun qaçılmaz vəzifəsidir”.
İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləğinin hazırkı dövrdə (2023cü il üzrə) qanunla müəyyən edilmiş ümumi yaşayış minimumu (246 manat) həddinə qədər artırılması və cavabdehdən 50 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İkinci iddia.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın ataya verilməsi, aliment və alimentdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2010-cu il təvəllüdlü X5 rəsmi olaraq cavabdehdən alınaraq onun himayəsinə verilməsi, eləcə də onun yetkinlik yaşına çatana qədər saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınaraq onun xeyrinə tutulması, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 480 manat alimentin ondan tutularaq cavabdehə verilməsi hissəsi dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan sabit pul məbləğində hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə aramızda xx.xx.2008-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 357 nömrəli qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X16 İddiaçı himayəsinə verilməklə, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bildirirəm ki, cavabdehlə ayrı yaşadığımız müddətdə, nikah pozularkən və nikahdan sonrakı müddət ərzində cavabdehlə birgə nikamızdan doğulmuş xx.xx.2010-cü il təvəllüdlü övladımız X10 faktiki olaraq mənim himayəmdə qalmaqla yaşayır. 12 yaşı tamam olmuş Ə.Zeynalzadə heç bir təklifi qəbul etməyərək anası - cavabdeh İddiaçı himayəsində qalmaqla yaşamaq istəmir. Uşağın ataya bağlılığı və özünün valideyni seçmək hüququnun məhkəmədə ifadə edilməsi üçün hazırkı iddia ilə onun rəsmi himayəmə verilməsini və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq mənə verilməsini iddia edirəm. Cavabdeh İddiaçı ilə aramızda olan nikah pozulduqdan indiyədək onun tərəfindən himayəmdə qalmış Əsmər Zeynalzadəyə hər hansı maddi köməklik göstərilməmiş, qayğısına qalınmamışdır. Hazırkı vəziyyətdə himayəmdə olan azyaşlı uşağın normal şəraitdə saxlanması üçün təxminən orta hesabla 250-300 manat civarında vəsait tələb olunur. Əmək haqqımın olduqca az olması səbəbindən uşaqların aliment və digər xərclərini lazımınca ödəyə bilmirəm. Hesab edirəm ki, belə vəziyyətdə himayəmdə olan uşağın normal şəraitdə saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməklə cavabdehdən tutularaq xeyrimə verilməli, cavabdehin himayəsində qalan xx.xx.2013-cü il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanmaları üçün məndən sabit pul məbləğində hər ay, hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat alimentin tutulması müəyyən edilməlidir”.
İddia tələblərinin birləşdirilməsi.
6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1041/2023 nömrəli qərardadı ilə İkinci iddianın Birinci iddia ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
7. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı Qabil qızı birinci iddianı müdafiə edib, ikinci iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdehla birgə nikahından doğulmuş uşaqlardan biri - xx.xx.2010-cu il təvəllüdlü X10 artıq üç ildir ki, faktiki olaraq atasının və nənə-babasının yanında yaşayır. Uşaq babasını çox istəyir və ona yaxşı baxırlar. Həmçinin qızı ilə ayrı yaşaması onların sərbəst şəkildə görüşməsinə mane olmur. Bu səbəbdən uşağın atanın yanında qalmasına etiraz etmir. Lakin maddi imkanı olmadığından həmin uşağın saxlanması üçün aliment ödəyə bilməz. Belə ki, ayda 480 manat əmək haqqı alır və əlavə gəliri yoxdur. Cavabdeh isə polis işçisidir, həmçinin təqaüd alan ata-anası var. Cavabdeh, bundan başqa maşın alveri ilə də məşğuldur. Həmçinin cavabdeh kişidir, ona aliment ödənməli deyil. Odur ki, məhkəmədən birinci iddianın tam, ikinci iddianın isə qismən təmin edilməsini xahiş etdi.
8. Məhkəmənin baxış iclasında iştirak etmiş birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh birinci iddianı qəbul etməyib, ikinci iddianı müdafiə edərək bildirmişdir ki, aylıq əmək haqqı 700 manat məbləğindədir. Həmin pul ancaq yol xərcinə və hazırda ondan tutulan alimentin ödənilməsinə kifayət edir. Onun kimi ikinci iddia üzrə cavabdeh də işləyir. Hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsidir. Bu səbəbdən cavabdehdə qalan uşaqların saxlanması üçün ondan tutulan alimentin artırılmasına razı deyil. Həmçinin öz yanında qalan uşağın saxlanması üçün cavabdehdən aliment tələb edir.
İş materialları.
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “Bakı Baş Səhiyyə Mərkəzi” X30 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışdan görünür ki, İddiaçı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyat bölməsində xx.xx.2019-cu il tarixdən hal-hazırkı tarixədək tibb qeydiyyatçısı vəzifəsində işləyir.
10. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 402 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahının pozulması haqqında xx.xx.2021-ci il tarixdə 110 nömrəli akt qeydi tərtib olunmuş, nikah pozulduqdan sonra Zeynalova soyadı verilmişdir.
11. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 404 nömrəli arayışdan görünür ki, xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2013cü ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 676 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçı.
12. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 403 nömrəli arayışdan görünür ki, xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2015ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 392 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçı.
13. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 405 nömrəli arayışdan görünür ki, xx.xx.2010-cu ildə Göyçay şəhərində doğulmuşdur. xx.xx.2010-cu ildə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən 305 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçı.
14. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X17 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə 357 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı verilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, X13 və X6 münasibətdə alimentin xx.xx.2019-cu il tarixdən etibarən tutulması və dərhal icraya yönəldilməsi, xx.xx.2010-cu il təvəllüdlü X8 münasibətdə alimentin tutulmasının əvvəlinin uşağın cavabdehdən alınıb iddiaçının himayəsinə verildiyi vaxtdan müəyyən olunması, qalan hissədə aliment tələbinin təmin olunmaması qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5151/2020 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-1070/2020 nömrəli qətnaməsi (Hansı ki, bu qətnamə ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilmiş və həmin alimentin miqdarı hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat müəyyən edilmişdir) mübahisələndirilən hissədə alimentin məbləği – dəyişdirilmiş, alimentin məbləği hər uşaq üçün 160 manat müəyyən edilmişdir.
İşin faktiki halları.
16. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur.
17. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş üç uşağın ana İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin ata Cavabdeh tutularaq ana İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilsə də, yekunda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə uşaqların saxlanılması üçün atadan tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 160 manat məbləğində müəyyən edilmişdir.
18. Tərəflərin birgə nikahından doğulmuş üç uşaqdan biri - xx.xx.2010-cu il təvəllüdlü X10 hazırda ata Cavabdeh, digər iki uşaq isə ana İddiaçı yanında qalırlar.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
20. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
25. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmənin mövqeyi.
28. Birinci iddia tələbindən görünür ki, İddiaçı məhkəmədən Cavabdehla birgə nikahından doğulmuş üç uşağın saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İkinci iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh məhkəmədən birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 cavabdehdən alınaraq ona verilməsi, həmin uşağa görə aliment ödəməkdən azad edilməsi və bu uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.
29. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri - xx.xx.2010-cu il təvəllüdlü X10 hazırda atası Cavabdeh yanında qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı da işin bu halını qəbul etmiş, ikinci iddianın bu hissədə - xx.xx.2010-cu il təvəllüdlü Əsmər Zeynalzadənin atanın yanında qalması – təmin edilməsinə etiraz etmədiyini bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir.
30. Göründüyü kimi xx.xx.2010-cu il təvəllüdlü X5 atası Cavabdeh yanında qalması ilə bağlı valideynlər arasında heç bir mübahisə yoxdur. Həmçinin atasının yanında qalmağın uşağın mənafeyinə uyğun olmaması ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 atası Cavabdeh yanında qalması müəyyən edilməlidir.
31. Məhkəmə bu hissədə qeyd edir ki, ikinci iddia tələbi uşağın “anadan alınaraq” ataya verilməsi şəklində ifadə edilsə də, nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X10 faktiki olaraq ata Cavabdeh yanında qalır. Nəzərə alınmalıdır ki, qətnamədə uşağın bir valideyndən digərinə “alınıb verilməsi” o halda xüsusi qeyd edilir ki, uşaq faktiki olaraq həmin qətnamə ilə yanında qalması müəyyən edilən valideynin yox, digər valideynin yanında qalır. Bu səbəbdən də məhkəmə, qətnamənin gələcək icrasında qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə uşağın valideynin yanında qalmasını yox, bir valideyndən digərinə alınıb verilməsini müəyyən edir. Hazırkı işdə isə xx.xx.2010-cu il təvəllüdlü X5 anadan alınıb ataya verilməsinin qət edilməsinə ehtiyac yoxdur. Belə ki, uşaq faktiki olaraq atanın yanında qalır və məhkəmə tərəfindən hazırkı qətnamə ilə onun atasının yanında qalması müəyyən edilir.
32. Belə olan halda məhkəmə hesab edir ki, ata Cavabdeh öz yanında qalan uşağın saxlanmasına görə aliment ödəməkdən azad edilməlidir. Eyni əsasla ana İddiaçı faktiki olaraq atanın yanında qalan uşağın saxlanılmasına görə aliment ödənilməməlidir.
33. İkinci iddia tələbindən görünür ki, ata Cavabdeh öz yanında qalan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ana İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tələb etmişdir. Məhkəmə iclasında izahatı dinlənən ikinci iddia üzrə cavabdeh İddiaçı iddianı bu hissədə qəbul etməmiş, bunu maddi imkanının olmaması, onun əksinə iddiaçının maddi imkanının yaxşı olması və iddiaçının kişi olması ilə əsaslandırmışdır.
34. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X21 qeydiyyatçı vəzifəsində işləyir və əmək haqqı 586 manat məbləğindədir.
35. Məhkəmə hesab edir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh öz yanında qalan uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlı olmuşdur.
36. Belə ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq atanın yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da atanın üzərinə düşür. Belə olan halda atanın uşağı yanında saxlayan valideyn kimi hüququ var ki, uşağın digər valideynindən uşağın saxlanması üçün aliment tələb etsin. İkinci iddia üzrə iddiaçının gəlirinin cavabdehə münasibətdə daha artıq olması, onun aylıq əmək haqqından əlavə avtomobil alqı-satqısı ilə məşğul olaraq əlavə gəlir əldə etməsi və s. kimi cavabdehin istinad etdiyi sübut edilməmiş hallar cavabdehi həmin uşağa görə aliment ödəməkdən azad edə bilməz. Cavabdehin uşağı yanında saxlayan iddiaçının kişi olması və bu səbəbdən ona aliment ödənilməli olmaması ilə bağlı mövqeyi isə konstitusiya ilə təminat altına alınmış bərabərlik hüququna ziddir. Xüsusən, nəzərə alınmalıdır ki, cavabdeh işləyir və 586 manat məbləğində əmək haqqı alır. Məhkəmə hesab edir ki, öz yanında qalan iki uşağın saxlanması üçün iddiaçıdan aliment alan cavabdeh, iddiaçının yanında qalan uşağın saxlanması üçün iddiaçıya aliment ödəməlidir.
37. Uşağın saxlanılması üçün tutulacaq alimentin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh öz yanında qalan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanması üçün cavabdehdən tələb etdiyi aliment məbləği cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğə (220 manat) olduqca yaxın məbləğ olmaqla, həm uşağın mənafeyinə, həm də tərəflərin maddi vəziyyətinə uyğundur.
38. Bütün bu qeyd edilənləri, lakin ən əsası uşağın üstün maraqlarını nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci iddia üzrə cavabdeh İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir.
39. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan və ikinci iddia üzrə iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət etdiyindən bu qətnamə ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment tutulmasına xx.xx.2023-cü il tarixdən başlanmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.
40. Birinci iddia üzrə iddiaçının yanında qalan iki uşağın - xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.
41. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan birinci iddia üzrə iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Belə olan halda iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə tutulan 160 manat miqdarında alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur.
42. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi hər uşağa görə 246 manat 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu məbləğidir. Cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ isə 220 manatdır. İddiaçı uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən daha artıq aliment tutulmasının hansısa zərurətdən qaynaqlandığını sübut edə bilməmişdir.
43. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
44. Bununla da həm birinci, həm də ikinci iddia qismən təmin edilmiş hesab edilməlidir. Belə ki, birinci iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən tutulan hər uşağa görə 160 manat məbləğində alimentin artırılaraq hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İkinci iddiaçı isə üç uşağın saxlanılması üçün ondan tutulan cəmi 480 manat məbləğində alimentin iki uşağa görə 320 manat məbləğində müəyyən edilməsini, bununla da bir uşağa görə alimentdən azad edilməyi, digər ikisinə görə tutulan alimentin dəyişdirilməməsini xahiş etmişdir. Məhkəmə isə birinci iddia üzrə iddiaçının yanında qalan iki uşağın saxlanılması üçün cavabdehdən hər uşağa görə tutulan alimentin miqdarının artırılaraq 220 manat məbləğində tutulması nəticəsinə gəlmiş, bununla da həm birinci, həm də ikinci iddianı qismən təmin etmişdir.
45. Son olaraq, məhkəmə onu da qeyd edir ki, alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.
Məhkəmə xərcləri.
46. İş materiallarından görünür ki, birinci iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci çəkmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən ödənilmiş mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
47. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən birinci iddia üzrə İddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, birinci iddianın təmin edilmiş hissəsinin qiymətinə (220x2x12=5280) mütənasib olan 72.8 manat məbləğində ödənilməmiş dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
48. Eyni qaydada öz yanında qalan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edən ikinci iddia üzrə iddiaçı Cavabdeh da məhkəməyə müraciət edərkən aliment hissəsində rüsum ödəməkdən azad olmuşdur. Odur ki, ikinci iddianın təmin edilmiş hissəsinin qiymətinə (200x12=2400) mütənasib olan 44 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
49. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, birinci iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-1714/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, birinci iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 72.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, ikinci iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında qalması müəyyən edilməli, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməli, iddiaçı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment ödənilməsindən azad edilməli, ikinci iddia qalan hissədə təmin edilməməli, qətnamə aliment hissəsində dərhal icra edilməli, ödənilməmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
50. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1714/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 72.8 manat (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın ataya verilməsi, aliment və alimentdən azad edilmə” tələbinə dair iddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında qalması müəyyən edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddiaçı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment ödənilməsindən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva