Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-172/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 94976.63 manat əsas borc, müddəti üçün hesablanmış 15231.59 manat faiz borcu, 12675.32 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 6819.23 manat hesablanmış borc, cəmi 129.702.77 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi; tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsi hərracdan satışdan əldə olunmuş vəsait hesabına LPO İddiaçı ASC-yə ödənilməsi; satışdan əladə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsinə yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, 3 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən Cavabdeh illik 7%-lə 60 ay müddətinə 100000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2020-ci il tarixinədək Cavabdeh xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsi üzrə Banka 94976.63 manat əsas borc, müddəti üçün hesablanmış 15231.59 manat faiz borcu, 12675.32 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 6819.23 manat hesablanmış borc, cəmi 129.702.77 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 3 saylı kredit müqaviləsindən görünür ki, Borc verən mal-qaranın alınması və süd sexinin qurulması məqsədilə Borc alana 100000 (yüz min manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2013-cü il tarixli, 3 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış xx.xx.2013cü il tarixli, 3 saylı kredit müqaviləsinə əsasən 100000 manat məbləğində, 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. İpoteka predmeti olan əmlak: Bak şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsi. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO İddiaçı ASC-yə 94976.63 manat əsas borc, müddəti üçün hesablanmış 15231.59 manat faiz borcu, 12675.32 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 6819.23 manat hesablanmış borc, cəmi 129.702.77 manat məbləğində borcu vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 212a/24 saylı bağ sahəsi Cavabdeh mülkiyyətində olmaqla İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin surətindən görünür ki, borcun ödənməyəcəyi təqdirdə ipoteka predmetinə tutma yönəldiləcəyi barədə borcalana xəbərdarlıq edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 212a/24 saylı bağ sahəsinin bazar dəyəri 30000, likvid dəyəri 25500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/4528 saylı rəydən görünür ki, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-yə olan iddia tələbi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixinə və müqavilə müddəti bitən tarixdən iddia tələbinin tarixinə, yəni xx.xx.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış borcu müqavilə müddəti bitən tarixə (xx.xx.2018-ci il tarixinə) əsas borc üzrə 94976.63 manat; faiz borcu üzrə 15231.59 manat; xx.xx.2018-ci il tarixdən iddia tələbinin tarixinə (xx.xx.2020-ci il tarixinə) illik 5% hesablanmaqla əsas borc üzrə 94976.63 manat, faiz borcu üzrə 6819.23 manat müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 7% hesablanmaq şərtilə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 212a/24 saylı bağ sahəsini ipoteka ilə yüklü edilmiş, yüklülük dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə əsas və ona hesablanmış faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 94976.63 manat əsas borc və 15231.59 manat faiz borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, müvafiq ekspert rəyində də əsas və faiz borcu iddia tələbində göstərilən həcmdə hesablanmışdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 6819.23 manat məbləğində faiz borcu tələb etmişdir. Məhkəmə iddianın bu hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Həmçinin, bu məbləğ müvafiq ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə də üst-üstə düşür. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin tələb edilən dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulunun məbləği əsas borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 500 manat məbləğində müəyyən ediməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyini icra etməyən Cavabdeh 94976.63 manat əsas borc, müddəti üçün hesablanmış 15231.59 manat faiz borcu, 12675.32 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 6819.23 manat hesablanmış borc, cəmi 117527.45 manat (yüz on yeddi min beş yüz iyirmi yeddi manat qırx beş qəpik) məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan bağ sahəsi ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Bu Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2013-cü ildə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan bağ sahəsinin həm bazar, həm də likvid qiyməti müəyyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan bağ sahəsinin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 25500 (iyirmi beş min beş yüz) manat məbləğində müəyyən edilməlidir. İpoteka predmeti olan əmlak satıldıqdan bir ay sonra cavabdehin buradan istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırkı işdən görünür ki, cavabdeh ipoteka predmeti olan əmlakda qeydiyyatda deyil, bu səbəbdən cavabdehin torpaqdan istifadə hüququnun itirilməsi onun bu torpaq sahəsindən qeydiyyatdan çıxarılması ilə nəticələnə bilməz. Digər tərəfdən, ipoteka predmeti olan əmlak açıq hərraca çıxarılaraq satıldıqdan sonra hər bir halda cavabdehin mülkiyyətindən çıxacağından onun bu torpaq sahəsi üzərində olan bütün hüquqları, eləcə də istifadə hüququ itiriləcəkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat, mühasibatlıq ekspertizasının dəyəri isə 100 manat məbləğindədir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə uyğun olaraq müvafiq ekspertiza xərcləri cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanlara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 94976.63 manat məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 15231.59 manat faiz borcu, 500 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 6819.23 manat olmaqla, 117527.45 manat (yüz on yeddi min beş yüz iyirmi yeddi manat qırx beş qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsinə yönəldilməli, bağ sahəsinin ilkin satış qiyməti 25500 (iyirmi beş min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, ekspertiza xərci cavabdehdən ekspertiza orqanının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 94976.63 manat məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 15231.59 manat faiz borcu, 500 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 6819.23 manat olmaqla, 117527.45 manat (yüz on yeddi min beş yüz iyirmi yeddi manat qırx beş qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 0.12 ha torpaq sahəsindən ibarət 212a/24 saylı bağ sahəsinə yönəldilsin. Bağ sahəsinin ilkin satış qiyməti 25500 (iyirmi beş min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutulаrаq “xxxx” MMC-nin bank hesabına ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-172/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-172/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver