Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1750/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 Cavabdeh qarşı aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Suraxanı rayon Məhkəməsinin 2(010)-3256/2020 saylı qətnaməsi ilə təyin edilmiş 02.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanılması ücün hər ay sabit pul məbləğində 170 manat alimentin dəyişdirilərək hər ay sabit pul məbləğində 200 (iki yüz ) manat, uşağın xəstəliyinin müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli manat) manat və uşaq üç yaşına çalana qədər ona baxdığına görə onun üçün 100(bir yüz) manat, cəmi 450 (dörd yüz əlli) manat sabil pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2 (010) - 3256/2009 saylı qətnaməsinə əsasən 02.12.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq iddiaçı X8 veriməsi qət edilmişdir. Bildirir ki, indiki iqtisadi çətinliklər dövründə cavabdehin ödədiyi sabit pul məbləğində i 170 (bir yüz yetmiş) manat miqdarında aliment yetərincə deyildir. Uşağa sərf olunan xərclər artdığı üçün, alimentin artırılmasına böyük ehtiyac vardır. Bundan əlavə uşağ xəstə olduğu üçün (ekstral serebral iflic) hər ay 300 manat onun müalicəsi ilə bağlı xərc çıxır. Bütün bunları tək iddiaçının ödəməsi olduqca çıxılmaz vəziyyət yaradır. Cavabdeh Suraxanı rayon Məhkəməsinin 2(010)-3256/2020 saylı qətnaməsi ilə təyin edilmiş 02.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması ücün hər ay sabit pul məbləğində 170 manat alimentin dəyişdirilərək hər ay sabit pul məbləğində 200 (iki yüz ) manat, uşağın xəstəliyinin müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli manat) manat və uşaq üç yaşına çatana qədər ona baxdığına görə onun üçün 100 (bir yüz) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 21.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məclləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3256/2020 saylı alimentin sabit pul məbləğində tutulması barədə qətnaməsini dəyişdirilməsini, Cavabdeh 02.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması və uşaq 3 yaşına çatanadək ona baxdığına görə 100 manat alimentin tutulub ona verilməsi barədə xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X11 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddianın dəqiqləşdirilməsinə dair ərizəsində bildirmişdir ki, 21.05.2021-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizəsinin nəzərə alınmamasını və 02.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması ücün hər ay sabit pul məbləğində 170 manat alimentin dəyişdirilərək hər ay sabit pul məbləğində 200 (iki yüz ) manat, uşağın xəstəliyinin müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli manat) manat və uşaq üç yaşına çalana qədər ona baxdığına görə onun üçün 100 (bir yüz) manat, cəmi 450 (dörd yüz əlli) manat sabil pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsini və vəkilinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(010)-3256/2020 saylı qətnaməsi ilə iddiaçı X11 ilə Cavabdeh arasında 4 saylı Bakı Asan Xidmət X9 18.11.2017ci il tarixdə 2947 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan uşaqları 02.12.2019-cu il təvəllüdlü X4 anası X5 yanında qalması müəyyən edilmiş, Cavabdeh 26 noyabr 2020-ci il tarixdən hesablanmaqla 02.12.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli AZ-İV seriyalı, 384015 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 02.12.2019-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 dekabr 2019-cu il tarixli, 7061 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, anası X11 qeyd edilmişdir. Azərbaycan Respublikaksı Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 nömrəli Birləşmiş Xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan 15.02.2021-ci il tarixli çıxarışa əsasən, X6 travma ilə doğulduğunu, çəkisinin 2100 qram olduğunu, boyunun 48 santimetr olduğunu, uşaq hamiləliyin 32-ci həftəsində doğulduğunu və bu səbəbə görə də yarımçıq doğulduğunu, hazırda uşağın ümumi vəziyyəti orta olarkən dərialtı piy təbəqəsi zəif inkişaf etdiyi və tənəffüsü hər iki ağciyərə səthi örtürülməsi, mərkəzi sinir siseminin perinatal, hiprksik zədələnməsi, raxit İİ, hipotrofiya İ diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikaksı Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X10 tərəfindən verilmiş ambulator kitabçadan 14.06.2021-ci il tarixli çıxarışa əsasən, X2 oturmaması, yeriməməsi, hərəkət həcminin məhdudluğu, hipertonusu, mərkəzə sinir sistemin zədələnməsi aşkar olunması qeyd edilmişd, sahə nevropatoloqun nəzarəti altında qalmasına dair göstəriş verilmişdir. “Neyron” Tibb Mərkəzi tərəfindən verilmiş 18.02.2021-ci il tarixli arayışa əsasən, X6 2020-ci il tarixdən Neyron tibb mərkəzində uşaq Serebral İflici diaqnozu ilə müalicə alır. O, hər iki aydan bir təkrar konsultasiyaya gəlməlidir. “Neyron” Tibb Mərkəzi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 755797 saylı mədaxil qəbzinə əsasən mərkəzə X4 müayinəsi üçün 90 manat ödənilmişdir. “Neyron” Tİbb Mərkəzi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli qəbzə əsasən X4 neyrosonoqrafiyası üçün 40 manat ödənilmişdir. İddiaçı X11 tərəfindən verilmiş 29.04.2021-ci il tarixli vəsatətə əsasən, Cavabdeh hal-hazırda işlədiyi "xxxx" QSC şirkətində aldığı aylıq maaş və əlavə gəliri ilə bağlı həmin şirkətə məhkəmə sorğusu göndərilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən "xxxx" QSC-yə 04 may 2021-ci il tarixdə 2(010)-1750/2021 saylı mülki işdə yaranmış zərurətlə əlaqədar olaraq Cavabdeh əmək haqqının (rəsmi gəlirinin) nə qədər təşkil etdiyi barədə məlumat verilməsini xahiş edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş 27.05.2021-ci il tarixli arayışa əsasən, Cavabdeh 11 oktyabr 2019-cu ildən "xxxx" QSC-də 02 saylı YDM-də operator vəzifəsində işləyir. Son on iki ay ərzində cəmi 7944,35 manat maaş aldığı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(010)-3256/2020 saylı qətnaməsi ilə iddiaçı X11 ilə Cavabdeh arasında 4 saylı Bakı Asan Xidmət X9 18.11.2017-ci il tarixdə 2947 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş uşaqları 02.12.2019-cu il təvəllüdlü X4 anası X5 yanında qalması müəyyən edilmiş, Cavabdeh 26 noyabr 2020-ci il tarixdən hesablanmaqla 02.12.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. Beləliklə, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 170 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə məhkəmənin qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən- Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Həmin Məcəllənin 86-cı maddəsinə əsasən- aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunun yuxarıda qeyd olunan müddəalarını, iddiaçının uşağa qulluqla əlaqədar heç yerdə işlənməməsini nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh hər ay X5 xeyrinə 02.12.2019-cu il təvəllüdlü X12 qızının 3 (üç) yaşına çatanadək hər ay əlavə 50 (əlli) manat məbləğində alimentin tutulması hissəsində təmin edilməlidir. Bunda başqa Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddsəinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı 02.12.2019-cu il təvəllüdlü X4 müalicə olunması ilə əlaqədar Cavabdeh 150 manat pulun tutularaq ona verilməsi tələb etsə də, məhkəməyə təqdim etdiyi “Neyron” Tibb Mərkəzi tərəfindən verilmiş 18.02.2021-ci il tarixli arayışa əsasən, X6 2020-ci il tarixdən “Neyron” tibb mərkəzində uşaq serebral iflici diaqnozu ilə müalicə alır. O, hər iki aydan bir təkrar konsultasiyaya gəlməlidir. Həmin mərkəzin mədaxil qəbzlərinə əsasən muayinə və neyronosonoqrafiya üçün 90 və 40 manat ödənilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş epikrizə görə 02.12.2019-cu il təvəllüdlü X4 massaja, nevropatoloqun muayinəsinə, daimi müalicəsinə ehtiyacı olması qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehin iddia olunan məbləğdə əlavə xərclərin ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair sübutlar məhkəmə təqdim edilməməsini, lakin valideynlərin uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olmasını, 02.12.2019-cu il təvəllüdlü X12 qızının serebral iflic xəstəsi olduğunu, nevropatoloqun nəzarətində olmalı olduğunu, daimi massaj, müalicə və müayinəyə zərurəti olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 02.12.2019-cu il təvəllüdlü X12 qızının müalicə ilə əlaqədar əlavə xərclər 120 (yüz iyirmi) manat sabit pul məbləğində cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 02.11.2019-cu il təvəllüdlü X4 xəstəliyinin müalicəsi ilə əlaqədar yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləği və 02.11.2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək ona baxılması ilə əlaqədar anası iddiaçı X8 hər ay 50 (əlli) manat pul Cavabdeh tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun 28 mart 2016-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02.11.2019-cu il təvəllüdlü X4 xəstəliyinin müalicəsi üçün əlavə xərclər uşağın yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində və 02.11.2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək ona baxılması ilə əlaqədar anası iddiaçı X8 hər ay 50 (əlli) manat pul məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. Pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. İddia qalan hissədə rədd edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1750/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1750/2021
02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver