Məhkəmə qərarları › İş №2(010)-177/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-177/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-177/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh1nun nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iklin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-nə qarşı “müqavilənin ləğvi” lələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə banka 8610.28 ABŞ Dolları əsas borc, 5366.47 ABŞ Dolları faiz borcu, 969.98 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018 il tarixdən, xx xxxx 2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1019.9 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 15966.63 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin Məhkəmə orqanları ilə şöbəsinin müdiri İsa Hacıyev iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə 11.122,79 ABŞ Dolları əsas borc, 5366.47 ABŞ Dolları faiz borcu, 969.98 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1294,70 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 18.753,94 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh2 məhkəmə iclasında iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6MZ-5-0-146-15 saylı kredit müqaviləsinə bağlanmış xx.xx.2015-ci il tarixli, 6MZ-5-0-146-15 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 12740 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020dək Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə ekspertiza təyin olunduqdan sonra 11.122,79 ABŞ Dolları əsas borc, 5366.47 ABŞ Dolları faiz borcu, 969.98 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2018 il tarixdən, xx.xx.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1294,70 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 18.753,94 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayənəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh1 Banka olan borcundan 7101,45 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Lakin bank isə həmin borcdan 1617,21 ABŞ dolları məbləğində pulun əsas borca, 5484,24 ABŞ dolları isə faizə silindiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, o xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən zaminlik müqaviləsini imzalamışdır. Lakin sonradan bankla Cavabdeh1 arasında həmin kredit müqaviləsinin vaxtı uzadılaraq xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2018-ci il tarixədək imzalanmış kredit müqaviləsi üzrə onun öhdəlik müddəti uzadılmamışdır. Buna görə də kredit borcu ona aid deyildir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın ona aid hissəsində rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ilkin iddia qismən, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, “xxxx” X2 ilə borclu Cavabdeh1 arasında bank hesabı, kredit və zaminlik müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi üzrə borcluya 12740 ABŞ dolları məbləğində illik 26% olmaqla 24 ay müddətinə kredit verilmiş, həmçinin Cavabdeh2 və borcalan Cavabdeh1nİn bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit və zaminlik müqavilələrinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, xx.xx.2015-ci il tarixli 6- MZ-5-0-146-15 №-li kredit və zaminlik müqavilələri xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Həmin xx.xx.2015-ci il tarixli əlavə saziş “xxxx” X2 borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında imzalanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsi üzrə 8610,28 ABŞ dolları əsas borcu, 5366,47 ABŞ dolları faiz borcu, 969,98 ABŞ dolları cərimə borcu və əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1019,9 ABŞ dolları, cəmi 14946,73 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, borclular yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq olunmuşlar. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/910 nömrəli rəyindən görünür ki, Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) adlarından olan xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li Bank hesab, Kredit və zaminlik xx.xx.2015-ci il tarixli Müqavilədə “Zamin Cavabdeh2” yazılarından aşağıdakı “imza” qrafasındakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4627 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə “xxxx” X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-MZ-5-0- 146-15 №-li kredit müqaviləsi üzrə borcluların banka 11 122,79 ABŞ dolları əsas borcu və 3 694,53 ABŞ dolları faiz borcu vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiksə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə “xxxx” X2 arasında bağlanan xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsinə əsasən Borc alana 12740 ABŞ dolları məbləğində illik 26% olmaqla 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Həmçinin Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit və zaminlik müqavilələri xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixə və xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Həmin xx.xx.2015-ci il tarixli əlavə saziş “xxxx” X2 borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında imzalanmışdır. İş üzrə iddiaçı “xxxx” X2 üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından bəlli olur ki, Cavabdeh1 banka olan borcu 11122.79 ABŞ dolları əsas. 5 633,47 ABŞ dolları faiz, cərimə borcu 969,98 ABŞ dolları və əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1.294,70 ABŞ dolları olmaqla, cəmi 18.753,94 ABŞ dolları məbləğində təşkil edir. İddiaçı bank hazırki iddia tələbi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və iddiaçı iddia tələbini Cavabdeh1 ilə bərabər Cavabdeh2 qarşı irəli sürmüşdür. Bundan əlavə hazırki, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh2 isə xx.xx.2015ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişi imzalamamış və kredit borcu üzrə üzərinə öhdəlik götürməmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər: bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik; bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ; Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. - MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. - Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4.-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditin qaytarılma müddəti ilkin olaraq xx.xx.2017-ci il tarixə kimi müəyyən olunduğundan və Cavabdeh2 ilə zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılsa da, zaminlik müqaviləsinin müddəti uzadılmadığından, zaminin razılığı olmadan həmin müqavilənin müddətinin artması onun üçün əlverişsiz nəticələrə səbəb olduğundan bankla Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı bankın Cavabdeh2 xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə iddia tələbi əsassızdır. İddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən tələb olunan məbləğ yalnız cavabdehborcalan Cavabdeh1 tutulmalı, iddia tələbi illik 5% hissəsində tam təmin edilməlidir. Məhkəmə təyin olunmuş ekspertiza rəyi ilə razılaşmayaraq hesab edir ki, iddia tələbinin əsas borca aid hissəsi qismən təmin edilməli, belə ki, cavabdeh tərəfindən 12740 ABŞ dolları məbləğində əsas borcdan 4477.30 ABŞ dolları əsas borc ödənildiyindən cavabdehdən (12740-4477.30)=8262.70 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin faiz borcuna aid hissəsi də qismən təmin edilməli, belə ki, cavabdeh tərəfindən 12740 ABŞ dolları məbləğində əsas borca münasibətdə verilmiş cədvələ əsasən 4094.15 ABŞ dolları faiz borcu ödənilməli olduğundan və borclu tərəfindən 2624.15 ABŞ dolları faiz borcu ödənildiyindən cavabdehdən 4094.15 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Bankın iddiasının gecikdirməyə görə 969.98 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 ABŞ dolları məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsi üzrə 8262,70 ABŞ dolları əsas, 4094,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və illik 5% hesablanmaqla 1294,70 ABŞ dolları, cəmi 13.751,55 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı və xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməlidir. Ekspertiza xərci- 50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ekspertiza xərci- 125 (yüz iyirmi beş) manat İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsi üzrə 8262,70 ABŞ dolları əsas, 4094,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və illik 5% hesablanmaqla 1294,70 ABŞ dolları, cəmi 13.751,55 (on üç min yeddi yüz əlli bir ABŞ dolları, əlli beş sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia təmin olunsun. xx.xx.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh2 münasibətdə zaminliyə xitam verilsin. Ekspertiza xərci-50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərci-125 (yüz iyirmi beş) manat İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar