Məhkəmə qərarları › İş №2(010)-1773/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1773/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1773/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səmədov Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səmədov Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən cavabdehdən tutulmalı olan aliment məbləğinin artırılması, yəni hər bir uşağın saxlanılması üçün 175 manat olmaqla, cəmi 350 manat pulun aliment olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 35/2019 saylı, 04.03.2019-cu il tarixli qətnaməsi ilə İsmayıllı rayonunda qeydiyyatda olsa da faktiki olaraq onunla birlikdə Bakı şəhərində yaşayan cavabdeh Səmədov Cavabdeh ilə onun nikahı pozulmuş, azyaşlı uşaqları 20.05.2003-cü il təvəllüdlü Səmədova Səbinə Cavabdeh qızının və 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğlunun onun himayəsində saxlanılması üçün cavabdehdən hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment ödənilməsi qət edilmişdir. Qətnamənin uzun müddət bundan əvvəl qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq, cavabdeh uşaqların saxlanılmasına görə ona ödəməli olduğu aliment məbləğlərini ödəmir, uşaqlara lazımi atavalideyn qayğısı göstərmir. Ona görə də həm o, həm də uşaqlar xeyli maddi çətinlik çəkir. Hesab edir ki, cavabdehdən həmin məbləğin tutulması ilə eyni zamanda mövcud şəraitlə və hüquqları ilə əlaqədar aliment məbləği məhkəmə yolu ilə maksimum artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, boşandıqdan sonra cavabdeh tikinti şirkətində briqada rəhbəri kimi işə girmişdir və hazırda aylıq 2000-3000 manat qazancı var. Maddi gəliri kifayət qədərdir. Buna baxmayaraq, o, alimenti ödəmədiyinə görə 2250 manat aliment borcu yığılmışdır. Özü isə saç ustasıdır. Aylıq gəliri 600-700 manat arasındadır. O pulun da 250 manatını kirayəyə verir. Təyin edilən aliment uşaqların saxlanılması üçün kifayət etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Səmədov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(037)-35/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X3 ilə cavabdeh Səmədov Cavabdeh arasında 01.08.2002-ci il tarixdə İsmayıllı rayon VVADQ Şöbəsində 132 nömrə ilə qeyd edilərək bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 20.05.2002-ci il tarixdə doğulmuş Səmədova Səbinə Cavabdeh qızı və 10.12.2007-ci il tarixdə doğulmuş Səmədov Səməd Cavabdeh oğlunun boşanmadan sonra iddiaçı X1 yanında qalması, 04.03.2019-cu il tarixdən başlayaraq cavabdeh Səmədov Cavabdeh hər uşağa görə 100 manat – cəmi 200 manat sabit pul məbləği ilə aliment alınaraq 20.05.2002-ci il tarixdə doğulmuş Səmədova Səbinə Cavabdeh qızı və 10.12.2007-ci il tarixdə doğulmuş Səmədov Səməd Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı X2 verilməsi qət edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 01.05.2019-cu il tarixdə verilmiş, AZ-İ 317662 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Səmədov Cavabdeh və X3 arasıda olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.05.2019-cu il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əlizadə soyadı verilmişdir. İsmayıllı rayon Lahıc qəsəbə icra nümayəndəliyi tərəfindən 02.06.2003-cü il tarixdə verilmiş, AZ-İ 328215 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Səmədova Səbinə Cavabdeh qızı (atası Səmədov Cavabdeh, anası X3) 20.05.2003-cü il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12.06.2003-cü il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. İsmayıllı rayon Lahıc qəsəbə icra nümayəndəliyi tərəfindən 07.04.2021-ci il tarixdə verilmiş, AZ-T 160936 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Səmədov Səməd Cavabdeh oğlu (atası Səmədov Cavabdeh, anası X3) 10.12.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.01.2008-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh Səmədov Cavabdeh birgə nikahından 20.05.2003-cü il təvəllüdlü Səmədova Səbinə Cavabdeh və 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğlu doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(037)-35/2019 saylı qətnaməsinə əsasən 20.05.2003-cü il təvəllüdlü Səmədova Səbinə Cavabdeh və 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Səmədov Cavabdeh hər ay hər uşağa görə 100 manat – cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin qətnamə əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı hər iki uşağa münasibətdə aliment miqdarının artırılmasını xahiş etsə də alimentin miqdarı uşaqlardan yalnız birinə görə artırıla bilər. Çünki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri – Səmədova Səbinə Cavabdeh qızı - 20.05.2003-cü il təvəllüdlüdür. Bu isə o deməkdir ki, bir ay sonra qətnamə qanuni qüvvəsini aldığı vaxt Səmədova Səbinə Cavabdeh qızı artıq yetkinlik yaşına çatmış şəxs olacaq. Nəzərə alınmalıdır ki, aliment tutulması barədə qətnamələrdən fərqli olaraq tutulan alimentin miqdarının dəyişdirilməsi barədə qətnamələr dərhal yox, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırkı iddia da alimentin miqdarının artırılması ilə bağlı olduğundan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldiləcəkdir. Qətnamə icraya yönəldildiyi vaxt isə 20.05.2003-cü il təvəllüdlü Səmədova Səbinə Cavabdeh qızı artıq yetkinlik yaşına çatmış olacağından qətnamənin ona münasibətdə icrası mümkün olmayacaq və beləliklə, bu hissədə qətnamə əhəmiyyətsiz olacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia 20.05.2003-cü il təvəllüdlü Səmədova Səbinə Cavabdeh qızının saxlanılması üçün alimentin miqdarının artırılması hissəsində təmin edilməməlidir. Hər bir halda nəzərə alınmalıdır ki, İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi Səmədova Səbinə Cavabdeh qızının yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq hər iki uşağa münasibətdə tam icra edilməlidir. Məhkəmə qalan hissədə isə iddia tələbini əsaslı hesab edir. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Həmçinin, uşağın saxlanılması ilə bağlı gündəlik qayğılar iddiаçının üzərinə düşməsi və onun uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Səmədov Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(037)-35/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq 175 (yüz yetmiş beş manat) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq iddia qismən təmin edilməli, 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(037)-35/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Səmədov Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(037)-35/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşaqlardan birinə münasibətdə dəyişdirilərək 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh Səmədov Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(037)-35/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi 10.12.2007-ci il təvəllüdlü Səmədov Səməd Cavabdeh oğluna münasibətdə tam icra edildikdən sonra ona münasibətdə ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh Səmədov Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar