Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1778/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1198/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı arıtırılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya xərci üçün ödənilmiş 50 manat və kargüzarlıq xərci üçün ödənilmiş 10 manat pul vəsaitinin cavadbehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Müəyyən səbəblərə görə Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, iddiaçının ərizəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(010)- 4041/2017 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq alimentin məbləği 136 manata müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(010)-2092/18 saylı qətnaməsinə əsasən isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 2(010)-4041/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-858/20 saylı qətnaməsinə əsasən isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(010)-2092/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(010)-1198/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşağın saxlanılması üçün 600 manata qədər iddiaçının xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. İddiaçı heç bir yerdə işləmir, cavabdehin ödədiyi aliment məbləği uşağın saxlanması üçün kifayət etmir, iddiaçı valideynlərinin vəsaiti hesabına uşağı saxlayır. Bütün bunları təkbaşına təşkil etmək iddiaçı üçün olduqca çətindir, hətta qeyri-mümkündür. Bundan başqa uşaq aktiv faza revmatizma xəstəliyindən də əziyyət çəkir ki, uşağın mütəmadi müaliəcəyə ehtiyacı vardır. İddiaçı uşağın müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcburdur. Buna görə də uşağın saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Eyni zamanda cavabdehin ödədiyi məbləğ bu günki yaşam tərzinə uyğun deyildir. Məsələ orasındadır ki, 2022-ci il tarixdən bəri istər ərzaq məhsullarının, istər dərman vasitələrinin, istər uşaq geyimlərinin qiymətləri dəfələrlə artmışdır. İddiaçı bu gün uşağın tələbatlarının ödəmək iqtidarında deyildir. İddiçıya kəsilən aliment uşağın hər hansı bir təlabatının ödənilməsinə imkan vermir. 2022-ci ildən bəri uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu dəfələrlə artmışdır. Cavabdehin uşağın üzərində heç bir əziyyəti yoxdur, uşağın bütün ehtiyacları istər maddi, istər mənəvi iddiaçının və yaşlı anasının üzərinə düşür. İddiaçının atası da rəhmətə getmişdir, bu səbəbdən yaşlı anasının pensiyasına 3 nəfərin dolanması qeyri-mümkündür. Cavabdeh rəsmi işləməsə də onun Ağstafa rayonunda böyük təsərrüfatı, avtomobili vardır. İşləməməsinin səbəbi də məhz onun gəlirinin olmasıdır ki, əks halda o, işə düzəlmək üçün müvafiq dövlət orqanında işsiz kimi qeydiyyatda durardı. Lakin onun maddi vəziyyəti yaxşı olduğundan o, işləməyi zəruri hesab etmir. Cavabdehin etirazı Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiya etiraz ərizəsi ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-858/20 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2092/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, ondan xx.xx.2011-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir Bundan sonra yenə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(010)-1198/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, ondan xx.xx.2011-ci il təvəllüdlü qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı alimentin miqdarının artırılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 230 manat aliment tələb edir. İddia ərizəsi ilə tanış olmuşdur və iddianı qəbul etmir. İddia ərizəsində iddiaçı ümumiyyətlə qazancının olub-olmaması barədə heç bir məlumat qeyd etməmişdir. Buradan da görünür ki, o, həqiqətən işsizdir və heç bir yerdən qazanc əldə edə bilmir. İddiaçı isə bunu sübut edəcək heç bir arayış və sair məhkəməyə təqdim etməmişdir. O isə işsiz olsa da, mümkün qədər övladlarına maddi yardım etmək üçün əlindən gələni etməyə çalışsa da, maddi vəziyyəti buna imkan vermir. Belə ki, İddiaçı ilə aralarında olan nikaha xitam verildikdən sonra o, yenidən ailə həyatı qurmuşdur və ikinci evliliyindən hazırda himayəsində iki azyaşlı övladı vardır. Hazırda başqa bir şəxsdən heç bir yerdən ailəyə qazanc daxil olmur. Göründüyü kimi onun vəziyyəti həqiqətən də acınacaqlı vəziyyətdir. Çünki həqiqətən də, alimentin miqdarı artırılarsa, onun vəziyyəti həqiqətən də acınacaqlı olacaq və alimentt ödəmək imkanı tamamilə tükənəcəkdir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrində məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı müəyyən edilmişdir. O, qanunlara tabe olan şəxsdir və bu səbəbdən də bu günə kimi çalışmışdır ki, aliment borcu olmasın. Belə olan halda, alimentin miqdarı necə artırıla bilər? Ona görə də, məhkəmədən yuxarıda qeyd etdiklərinin, aylıq gəlirinin olmamasının və işsizliyinin, habelə hazırda onun himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq, İddiaçı iddia tələbinin təmin edilməməsini və yolunun uzaq olması səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh aliment ödəməkdən başqa uşaqla heç maraqlanmır, görüşmür, ona maddi və mənəvi köməklik göstərmir. Uşaq hazırda rus bölməsində təhsil alır və onun müvafiq hazırlıqları vardır. Anasının isə maaşı az olduğu üçün o, uşağın xərclərinin qarşılanması üçün onlara kömək edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 263515 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 157 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əzizova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1198/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-858/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/6-00281 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin onun ilkin mediasiya sessiyasında iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya (50 manat) və poçt-kargüzarlıq xərcləri (10 manat) İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu
1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1198/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən əsasən iddia təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 858/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Hazırki şəraitdə ayda 193 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin edilməlidir ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəraitinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə iddianın mediasiya və poçt-kargüzarlıq xərclərinin cavabdehdən alınması hissəsini də araşdıraraq qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materialların əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-00281 saylı arayışdan da göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilsə də, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə mediasiya təşkilatına heç bir məlumat verməmişdir. Odur ki, İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normasına uyğun olaraq, ilkin mediasiya sessiyası ilə bağlı çəkdiyi bütün xərclərin əvəzini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (235x12=2820 manat) mütənasib olan 48.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1198/2022 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1778/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilkin mediasiya xərci üçün ödənilmiş 50 manat, kargüzarlıq xərci üçün ödənilmiş 10 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli və ödənilməmiş 48.20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1198/2022 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(010)-1778/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində ilkin mediasiya və 10 (on) manat məbləğində poçt-kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva