Məhkəmə qərarları › İş №2(010)-1781/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1781/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1781/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2009-cu il tarixdə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2009-cu il tarixdə X4 anadan olmuşdur. Onun aliment tələbinə dair ərizəsinə əsasən Suraxanı Rayon Məhkəməsi xx xxxx 2017-ci ildə cavabdehdən onun xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün 136.6 manat aliment tutulmasını qət etmişdir. Hazırda bu aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadna baxılmasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-4920/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2 (010) – 2247-2015 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X1 iddiaçı Məhərrəmova (Səmədova) Nigar Tahir qızının xeyrinə tutulan alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X1 üçün hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaq yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay 136.6 (yüz otuz altı manat altmış qəpik) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Artırılacaq alimentin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən uşağın saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını istəsə də, cavabdehin bu məbləğdə aliment ödəyə biləcəyini tutarlı dəlillərlə əsaslandırmamışdır. Bununla yanaşı, məhkəmə uşağın saxlanılmasına görə cavabdehdən tutulacaq alimentni miqdarını müəyyən edərkən hesab edir ki, bu məbləğ cari ildə ölkə ərazisində uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan az olmamalıdır. Uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manata çatmışdır. Ona görə də bir uşağın saxlanılması üçün təyin edilən alimentin miqdarı 2021-ci il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumuna uyğun olmalıdır. Məhkəmə hazırkı işdə alimentin artırılaraq 175 manat müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından qanuni hesab edir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağı saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini də qəbuledilən hesab etmir. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına,tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 4920/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar