Məhkəmə qərarları › İş №2(010)-1782/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1782/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1782/2020 08.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya BankıASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət edərək 841,52 manat əsas borc, 119, 40 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 446,04 manat müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu, 119,92 manat isə kredit üzrə müddət bitəndən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 1526, 88 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən LPO "xxxx" Kommersiya Bankı ASC-nin Bərdə filialı ilə cavabdeh arasında bağlanmş xx.xx.2015-ci il tarixli 43 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2800 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin bəndlərinə əsasən kredit məbləğini və ona hesablanan faizləri kredit müqviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən hər ay sabit məbləğdə banka ödəmək barədə öhtəlik götürsə də, o, bu öhtəliyi yerinə yetirməmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh X2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş: - 10 fevral 2020-ci il tarixli maliyyə arayışına görə X1 bankla arasında bağlanmış xx.xx.2015-ci il tarixli 43 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə müqavilə üzrə əsas borc 841.52 manat, müqavilə üzrə hesablanmış və tələb olunan faizlər 119,40 manat, müqavilə üzrə borcun geecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 446,04 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 119,92 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 1526,88 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı ləğv prosesində olan bank cavabdehdən ümumilikdə 1526,88 manat məbləğində pulun onların xeyrinə tutulması tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflə cavabdeh tərəfin arasında 2015-ci il tarixində kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhtəliklərini yerinə yetirməmişdir. İddiaçının əsaslandığı kredit müqaviləsi məhkəməyə təqdim edilməmiş, bu hal onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bankın filialı tərəfindən itirilmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsaslandığını müəyyən edir. MPM-nin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların (yazılı sübutlar) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik yazılı sübutların mötəbərliyi üçün onların ya əslinin, ya da lazımi qaydada təsdiq edilmiş surətinin olmasını zəruri hesab etmişdir. Sənədlərin surətlərinin əsli ilə eyniliyi həmin sənədi verən müvafiq dövlət orqanının və ya hüquqi şəxsin səlahiyyətlisi tərəfindən də təsdiq edilə bilər. Hazırkı işdən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil edir. Lakin, iş materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından aydın olur ki, həmin müqavilənin nüsxəsi mövcud deyildir. Məhkəmə iddiaçının bu dəlilinə MPM-nin 89.3-cü maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçının əsaslandığı dəlil sübut edilmir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfin hazırkı işdə təqdim etdiyi sənəd- maliyyə arayışı tələbin əsaslı olmasına dəlalət etmir. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığını göstərəcək sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddia tələbi əsassız hesab edilir və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutuması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar