Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-18/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X6 və Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO “X8” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 xx.xx.2017-ci il tarixinə 900000 manat məbləğində əsas borcun, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 143800 manat məbləğində faiz borcun, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik 48750 manat borcun, ümumilikdə ******* (bir milyon doxsan iki min beş yüz əlli) manat borc məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönədilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və bank rüsumunun tutulub iddiaçı LPO “X8” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə LPO “X8” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 139-720-13 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli, reyestr nömrəsi **********80-12301 olan, MN seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Qusar rayonu, Ləzə kəndində 5 ha torpaq sahəsində yerləşən 1164 m2 ümumi, 795.30 m2 əsas, 368.70 m2 köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO “X8” ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO “X8” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 139-720-13 saylı kredit müqaviləsinə əsasən cavabdehə istirahət mərkəzinin genişləndirilməsi, abadlaşdırılması və lazımı məqsədlər üçün 24 ay müddətinə, illik 8% hesablanmaqla 900000 (doqquz yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə LPO “X8” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 139-720-13 saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 MMC-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli, reyestr nömrəsi **********80-12301 olan, MN seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Qusar rayonu, Ləzə kəndində 5 ha torpaq sahəsində yerləşən 1164 m2 ümumi, 795.30 m2 əsas, 368.70 m2 köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə banka ipoteka qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2013-cü il tarixli, 68-720-13 saylı ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqaviləsi qeydiyyata alınaraq qeyd olunan orqan tərəfindən xx.xx.2913-cü il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdeh1 Bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla razılaşdırılmış ödəniş qrafikini pozaraq ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində borclunun banka xx.xx.2017-ci il tarixinə 900000 manat məbləğində əsas borc, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 143800 manat məbləğində faiz borcu, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik 48750 manat borcun, ümumilikdə ******* (bir milyon doxsan iki min beş yüz əlli) manat borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödəniməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, hazırkı iddia tələbinin əsasını təşkil edən kredit və ipoteka müqavilələri qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə etibarsız hesab edilmişdir. Belə bir vəziyyətdə etibarsız hesab edilmiş həmin müqavilələr üzrə iddia təmin edilə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “X8” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 139-720-13 saylı kredit müqaviləsinə əsasən, bu müqaviləyə əsasən cavabdehə istirahət mərkəzinin genişləndirilməsi və abadlaşdırılması üçün 24 ay müddətinə, illik 8% hesablanmaqla 900000 (doqquz yüz min) manat məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. “X8” ASC, ipotekaqoyan Cavabdeh2 MMC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 68-720-13 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 MMC-nin mülkiyyətində olan Qusar rayonu, Ləzə kəndində 5 ha torpaq sahəsində yerləşən 1164 m2 ümumi, 795.30 m2 əsas, 368.70 m2 köməkçi sahədən ibarət əmlak kompleksi “X8” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, “X8” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 139-720-13 saylı kredit müqaviləsinə əsasən, banka xx.xx.2017-ci il tarixinə heç bir ödəniş olunmamış və borc: 900000 manat məbləğində əsas borc, müqavilə bitdiyi xx.xx.2015-ci il tarixə hesablanan 143800 manat məbləğində faiz borcun, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik 48750 manat borcun, ümumilikdə ******* (bir milyon doxsan iki min beş yüz əlli) manat məbləğindədir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-10310/2019 saylı qətnaməsinin surətindən görünür ki, qətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə LPO “X8” ASC ilə Cavabdeh1 arasında bağlanmış 139-720-13 saylı kredit müqaviləsi eibarsız hesab edilmiş, xx.xx.2013-cü il tarixdə LPO “X8” ASC ilə Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış 68-720-13 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş və müqavilə predmeti olan Qusar rayonu, Ləzə kəndində 5 ha torpaq sahəsində yerləşən 1164 m2 ümumi, 795.30 m2 əsas, 368.70 m2 köməkçi sahədən ibarət əmlak kompleksi ipotekadan azad edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 115/2021 saylı Qərarından görünür ki, LPO “X8” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-10310/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti və “kassasiya şikayəti vermək üçün prosessual müddətin buraxılmamış hesab edilməsi” barədə ərizənin təmin edilməyərək kassasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-10310/2019 saylı qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 10310/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı LPO “X8” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi iddiaçı “X8” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və “X8” ASC, Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə iddiaçı Bankın öhdəliklərin icrasını tələbetmə hüququ ilə əsaslandırılmışdır. Yəni hazırkı iddia tələbinin əsasını bu iki – kredit və ipoteka müqavilələri üzrə yaranmış öhdəliklərinin icrası təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin nəzərə alınmalıdır ki, öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında istənilən müqavilə deyil, etibarlılığı şübhə doğurmayan müqavilə bağlanılmış olması zəruridir. Hazırkı işdə isə bunun əksinə olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab edilmiş, ipoteka predmeti olan əmlak yüklülükdən azad edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi iddiaçı Bankın iddiasını əsaslandırdığı hər iki müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş və ipoteka predmeti olan əmlak yüklülükdən azad edilmişdir. Məhkəmə hesab edir ki, bu hal işin mübahisəsiz qəbul edilən halı olduğundan əlavə sübuta ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı “X8” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və “X8” ASC, Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən və müvafiq ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan əmlak yüklülükdən azad edildiyindən bu müqavilələr etibarsızlıqları ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticəyə səbəb olmur. Odur ki, həmin müqavilələrə istinad edən istənilən iddia tələbi əsassızdır və məhkəmə tərəfindən iddia tələbinin digər dəlillərinə qiymət verilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilərək ipoteka predmeti olan əmlak ipoteka yüklülüyündən azad edildiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan “X8” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-18/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-18/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver