Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-181/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən "xxxx" ASC-nin xeyrinə 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 54524.12 manat əsas borc, 4340.67 manat faiz borcu olmaqla, cəmi borcu 58864.79 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 09.09.2019-cu il tarixli, 533-15-01-2019-EE- GT nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21F, korpus-7 / mənzil 88 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsin, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin həcminin artırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən "xxxx" ASC-nin xeyrinə 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 54524.12 manat əsas borc, 7278.91 manat faiz borcu olmaqla, cəmi borcu 61803.03 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsum məbləğində pul vəsaitin tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ 09.09.2019-cu il tarixli, 533-15- 01-2019-EE-GT nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7 / mənzil 88 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri "xxxx" ASC-nın Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 533-15-01-2019- EE-GT nömrəli 15.01.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 212 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 56400.00 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 və Cavabdeh3 ilə 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 09.09.2019-cu il tarixli 533-15-01-2019-EE-GT nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7 / mənzil 88 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 17.08.2021-ci il tarixə Cavabdeh1 Banka 54524.12 manat əsas borc, 4340.67 manat faiz borcu olmaqla, cəmi borcu 58864.79 manat təşkil edir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. 01.03.2022-ci il tarixə cavabdehin "xxxx" ASC-nin “Səbail” filialına 15.01.2019-cu il tarixli, ***-**-** -2019-EE-GT saylı kredit müqaviləsinə əsasən 54524.12 manat əsas borc, 7278.91 manat faiz borcu olmaqla, cəmi borcu 61803.03 manat məbləğində kredit borcu var. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, onun maddi vəziyyəti ağır olduğu üçün iddiaçının xeyrinə ödəmə edə bilməmişdir. Respublikadakı pandemiya dövründə kredit məbləğinə edilmiş məbləğin silinməsini istəyir. Həmin dövrdə banka müraciət etmiş, lakin oradan ona banka 3000 manat məbləğində ödəniş etdiyi təqdirdə ona yeni ödəmək üçün qrafik tərtib edilərək veriləcəyini bildirmişlər. Lakin sonradan iddiaçı bank onu müqavilə ilə tanış etmədiklərindən o da razılaşmamışdır. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 533-15-01-2019-EE-GT nömrəli 15.01.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC-nin «Səbail» filialından 212 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 56400.00 manat məbləğində borcunun qaytarılmasını Cavabdeh1 öz üzərinə götürmüşdür. 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 09.09.2019-cu il tarixli 533-15-01-2019-EE-GT nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7 / mənzil 88–i "xxxx" ASC-nin «Səbail» filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. 15.01.2019-cu il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 "xxxx" ASC-nin Səbail filialından 56.400 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə ünvanladığı bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sylı Bakı Ərazi İdarəsinin 05.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 7 saylı evin 88 saylı mənzilinə dair tutmanın yönəldilməi haqqında bildiriş qeydə alınmışdır. 18.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 54524.12 manat əsas borc, 4340.67 manat faiz borcu olmaqla, cəmi 58864.79 manat məbləğində borcu vardr. 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 54524.12 manat əsas borc, 7278.91 manat faiz borcu olmaqla, cəmi 61803.03 manat məbləğində borcu vardr. Suraxanı rayon məhkəməsinin 16.11.2021-ci il tarixli qərardadı ilə mülki iş ipoteka predmetinin hazırki likvid dəyərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-nə təqdim olunmuşdur. "xxxx" MMC-nin 354/E saylı 14.01.2022-ci il tarixli rəyi ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 39 kv.m ümumi sahədən ibarət mənzilin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 59.000 manat müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə`min edilməsi üsuludur. 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 33 Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1 Əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 41.1 İpotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda satıla bilər.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 533-15-01- 2019-EE-GT nömrəli 15.01.2019-cu il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə 212 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 56400 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7 / mənzil 88 yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 kredit üzrə 54524.12 manat əsas borc, 7278.91 manat faiz borcu olmaqla, cəmi borcu 61803.03 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borcu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 54524.12 manat əsas borc, 7278.91 manat faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin müəyyən edir ki, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər üç cavabdehdən müştərək qaydada tutulması tələbində də haqlıdır. Belə ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqaviləsi mövcud olduğundan və müqavilə hazırda qüvvədə olduğundan həmin cavabdehlər iddiaçı qarşısında digər Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalıdırlar. Məhkəmə “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin 09.09.2019-cu il tarixli, 533-15- 01-2019-EE-GT nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7 / 88 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi” ilə bağlı da iddianı qismən əsaslı sayıb qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyana qaytarılmalıdır. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə cavabdehlər tərəfindən müştərək şəkildə ümumi qaydada icra edilməsi ilə bağlı iddiaçının tələbinə dair məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Bundan başqa, məkhəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 59000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 59000 manat məbləğində müəyyən edilməlidir. İddianın «İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi» hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin evi tərk etməlidir. «Evi tərk etməlidir» dedikdə isə Cavabdeh1, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin yaşayış evinə olan istifadə hüquqlarını itirməsi və evdən çıxarılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onların istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin evdən çıxarılaraq, ev boşaldılmadır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu və bank xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 41.42 (qırx bir manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiçının xeyrinə ödənilməlidir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, məhkəmənin təyin etdiyi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci 300 (üç yüz) manat Cavabdeh1 tərəfindən ödənilmişdir.
Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki: İddia təmin edilməli; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 54524.12 (əlli dörd min beş yüz iyirmi dörd manat on iki qəpik) manat, faiz borcuna görə 7278.91 (yeddi min iki yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat olmaqla, cəmi 61803.03 (altmış bir min səkkiz yüz üç manat üç qəpik) manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu və bank xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 41.42 (qırx bir manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutulmalı; Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7, 88 nömrəli mənzilə yönəldilməlidir. Həmin mənzilin ilkin satış qiyməti 59.000 (əlli doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin qətnamə ilə təmin olunan hissəsi "xxxx" ASC-yə ödənilməli; Yaşayış evinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə cavabdehlər tərəfindən müştərək şəkildə ümumi qaydada icra edilməli; İpoteka qoyulmuş mənzil satıldıqda, Cavabdeh1, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməli, onlar yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməli, ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalı, mənzil boşaldılaraq təhvil verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 15.01.2019-cu il tarixli, 533-15-01-2019-EE-GT nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 54524.12 (əlli dörd min beş yüz iyirmi dörd manat on iki qəpik) manat, faiz borcuna görə 7278.91 (yeddi min iki yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat olmaqla, cəmi 61803.03 (altmış bir min səkkiz yüz üç manat üç qəpik) manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu və bank xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 41.42 (qırx bir manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 21 F, korpus-7, 88 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 59.000 (əlli doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın və ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin qətnamə ilə təmin olunan hissəsi "xxxx" ASC-yə ödənilsin. Yaşayış evinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə cavabdehlər tərəfindən müştərək şəkildə ümumi qaydada icra edilsin. İpoteka qoyulmuş mənzil satıldıqda, Cavabdeh1, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin mənzildən istifadə hüquqlarına xitam verilsin, onlar yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etsinlər, ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər mənzildən məcburi qaydada çıxarılsınlar, mənzil boşaldılaraq təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova