Məhkəmə qərarları › İş №2(010)-1813/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1813/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1813/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya-Pufik kvadrat, DOSHEK URETAN üçün 1658 (min altı yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 507 (beş yüz yeddi) manat dəbbə; 09.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq üçün 513 (beş yüz on üç) ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə; 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə miqdarında borc yaranmışdır.Ümumilikdə, 3411 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3441 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh, “xxxx” MMC ilə 13.12.2018-cı, 09.05.2019-cu və 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya-Pufik kvadrat, DOSHEK URETAN, Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə, SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq və İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar almış və nəticədə 3411 (üç min dörd yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3120 (üç min yüz iyirmi) manat (24 ay x 130 manat + 0 manat ilkin ödəniş) DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya-Pufik kvadrat, DOSHEK URETAN üçün ümumilikdə, 2165 (iki min yüz altmış beş) olmaqla ondan, 1658 (min altı yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 507 (beş yüz yeddi) manat dəbbə; 09.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1562 (min beş yüz altmış iki) (12 ay x 126 manat + 50 manat ilkin ödəniş) Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə, SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq üçün ümumilikdə, 664 (altı yüz altmış dörd) manat olmaqla ondan, 513 (beş yüz on üç) ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə; 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 742 (yeddi yüz qırx iki) manat (21 ay x 35 manat + 7 manat ilkin ödəniş) İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar üçün ümumilikdə, 582 (beş yüz səksən iki) manat olmaqla ondan, 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2776 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya - arlanırsa. Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya-Pufik kvadrat, DOSHEK URETAN üçün 1658 (min altı yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 507 (beş yüz yeddi) manat dəbbə; 09.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq üçün 513 (beş yüz on üç) ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə; 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə miqdarında borc yaranmışdır. Bununa əlaqədar iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Ümumilikdə, 3411 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3441 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatına əsasən iddia tələbini qəbul etdiyini, hər ay 100 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 13.12.2018-ci il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya-Pufik kvadrat, DOSHEK URETAN almış və həmin əşyanı alınmasına görə 3120 manat pulu 24 ay ərzində, ilkin ödəniş 0 manat, hər ay 130 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 09.05.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə, SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq üçün almış və həmin əşyanı alınmasına görə 1562 manat pulu 12 ay ərzində, ilkin ödəniş 50 manat, hər ay 126 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 12.08.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar üçün almış və həmin əşyanı alınmasına görə 742 manat pulu 21 ay ərzində, ilkin ödəniş 7 manat, hər ay 35 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 05 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya- Pufik kvadrat, DOSHEK URETAN üçün 1658 (bir min altı yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 507 (beş yüz yeddi) manat dəbbə pulu olmaqla ümumilikdə 2165 (iki min bir yüz altmış beş) manat; 09.05.2019-cu il tarixli müqaviləsinə əsasən Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə, SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq üçün 513 (beş yüz on üç) manat ödənilməmiş hissə, 151 (bir yüz əlli bir) manat dəbbə pulu olmaqla, ümumilikdə 664 (altı yüz altmış dörd) manat miqdarında borc borcu vardır. 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar üçün 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 582 (beş yüz səksən iki manat) miqdarında borcu vardır. Mülki iş materiallarında olan 20 may 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh qızının borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13.12.2018-ci il, 09.05.2019-cu il, 12.08.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh, “xxxx” MMC ilə 13.12.2018-cı 12.08.2019-cu il tarixli müqaviləsinə əsasən, DOGA ÇARPAYİ, DOGA DOLAB, DOGA SAG 'KOMODİN, DOGA SOL KOMODİN, DOGA TERMO, Adona Mobilya-Pufik kvadrat, DOSHEK URETAN, Acer Aspire 3 markalı notbuk, İMEİ kodu **********11147 olan Samsung galaxy A10 markalı telefon, Mouse Genius, X5 markalı təmizləyici vasitə, SanDisk Cruzer markalı yaddaş kartı, TRUST XİLO 2.0 SPKR SET BLUE markalı səsucaldıcı, X3 Blue markalı qulaqlıq və İMEİ kodu **********63114 olan X6 7 markalı telefon, 4D Glass Full X6 7 markalı aksesuar almış, müqavilələr üzrə üzərinə götürülmüş öhdəlikləri yerinə yetirə bilməmiş və nəticədə 2648 manat öədnilməmiş əsas borc, 763 manat dəbbə borcu, ümumilikdə 3411 (üç min dörd yüz on bir) manat borc yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 2648 manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 13.12.2018-ci il tarixli, 09.05.2019-cu il tarixli və 12.08.2019-cu il tarixli müqaviləsinin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 2648 manat məbləğində əsas borca tənasübsüz olaraq 763 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 763 manat məbləğində cərimə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2648 (iki min altı yüz qırx səkkiz) manat əsas borcu, 50 (əlli) manat cərimə pulu olmaqla, ümumilikdə 2698 (iki min altı yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 2648 (iki min altı yüz qırx səkkiz) manat əsas borcu, 50 (əlli) manat cərimə pulu olmaqla, ümumilikdə 2698 (iki min altı yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar