Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1813/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3992/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləği şəklində təyin edilmiş 160 manat məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh ilə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi onların saxlanması üçün hər birinə görə hər ay 235 (iki yüz otuz beş) manat məbləğində təyin edilməsi və cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində pulun sabit pul məbləği şəklində hər ay Cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı 2019-cu ildə Suraxanı rayon məhkəməsində “nikahın pozulması, nikah pozulduqdan sonra cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun yanında saxlanması və uşaqların saxlanması üçün onlar yetkinlik yaşına çatana kimi hər ay hər biri üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pulun aliment kimi cavabdehdən tutulub ona ödənilməsi tələbinə dair” iddia qaldırmış və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Suraxanı rayon məhkəməsində iddia tələbi təmin edilmiş, cavabdehlə onun arasında xx.xx.2013-cü ildə İsmayıllı rayonu qeydiyyat şöbəsində 17 saylı qeydlə qeydə alınmış nikahları pozulmuş, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 onun (iddiaçının) yanında saxlanması və uşaqların saxlanması üçün xx.xx.2019-cu ildən hesablanmaqla onlar yetkinlik yaşına çatana kimi hər ay hər biri üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pulun aliment kimi cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Belə ki, 2019-cu ildən sonra keçən dövr ərzində uşaqlar daha da böyümüş və onların problemləri də xeyli dərəcədə artmışdır. Uşaqların məktəbə getməsi ilə bağlı onların təhsili ilə əlaqədar çəkdiyi xərcləri də artmışdır. Onlara çəkdiyi xərclər günü-gündən artmaqdadır. Onların hər birinə Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3992/2029 saylı qətnaməsi ilə təyin edilmiş 160 manatla saxlamaq və böyütmək, günü-gündən artan problemlərini həll etmək mümkün deyildir. Buna görə onun əlavə maddi köməyə ehtiyacı vardır. Cavabdeh isə könüllü olaraq onlara əlavə maddi yardım etmir. 2019-cu ildən indiyə kimi iki uşağı o, təkbaşına, öz valideynlərinin və yaxınlarının köməkliyi ilə saxlayır, böyüdür və onların bütün problemlərini həll edir. O, iki uşağı saxladığına və onlara baxdığına görə işləyə bilmir. Həm iki uşağı saxlamaq, onlara baxmaq və həm də eyni zamanda işləmək çox çətindir. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində təyin edilmiş alimentlə iki uşağı hazırda saxlamaq onun üçün çətindir. Həmin qətnamə ilə təyin edilmiş alimentlə o, iki uşağın problemlərini tam şəkildə həll edə bilmir. Maddi cəhətdən çətinlik çəkir və ona görə də Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3992/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş alimentin sabit pul məbləği şəklində olan miqdarının artırılması zəruri və vacibdir. Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətində işləyir və onun uşaqların saxlanılması üçün hər birinə görə sabit pul məbləği şəklində hər ay 235 manat məbləğində aliment ödəməyə hər cür imkanı vardır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehlə 2013-cü il tarixdə ailə qurmuş və həmin nikahdan iki övladı xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Müəyyən səbəblərə görə nikahları Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında qalaraq onlara hər ay sabit pul məbləğində 160 manat aliment tutulması qət edilmişdir. Lakin buna baxmayaraq hazırkı dövr üçün uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği kifayət etmir. O, uşaqlara baxdığı üçün də heç bir yerdə işləyə bilmir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə nikahlarına xitam verildikdən sonra ondan tutulan alimenti hazırda ödəməyə çox çətinlik çəkir. Hazırda o İİ Qarabağ müharibəsi zamanı partlayış travması alsa da, əlillik almamışdır. Buna baxmayaraq o, övladlarının saxlanılması üçün əlindən gələni edir. O, qazidir, lakin işləyir və onun aylıq əmək haqqı 900 manat təşkil edir. Onun əlilliyi ilə əlaqədar daima müalicəyə ehtiyacı vardır və bunun üçün də bir çox dərmanlar da almaq məcburiyyətindədir. iddia tələbində qeyd olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçının hər uşaq üçün tələb etdiyi 235 manat məbləğində olan alimenti ödəyə bilməyəcəyini və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01277 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində keçirilən iclasda İddiaçı iştirak etmiş və işsizlik haqqında arayış təqdim etdiyi üçün rüsum ödəməkdən azad olunmuşdur.
6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir.
7. İsmayıllı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə doğulmuşdur və anası X2 və atası Cavabdehdur. 8.İsmayıllı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə doğulmuşdur və anası X2 və atası Cavabdehdur.
9. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 atası hesab olunmuşdur.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3992/2019 saylı, xx.xx.2019cu il tarixli qətnamədən çıxarışdan müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə ismayıllı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 17 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması və Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxianılmaiarı üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İşin faktiki halları.
11. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3992/2019 saylı, xx.xx.2019cu il tarixli qətnamədən çıxarışdan müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində qeydə alınmış 17 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması və Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaiarı üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
18. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
21. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.
22. Digər tərəfdən, nəzərə alınmalıdır ki, uşaqların saxlanılması xərcləri artdığından hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Belə ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bundan əlavə cavabdeh tərəfin İİ Qarabağ müharibəsi zamanı partlayış travması nəticəsində xəsarət alması və tərəfin özünün müalicə alması halı da məhkəmə tərəfindən nəzərə alınmalıdır.
23. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
24. Göründüyü kimi iddiaçı özü işləmir, cavabdeh isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində işləyərək aylıq 1159 manat əmək haqqı alır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay hər bir uşağa 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərci.
26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci ödəməmişdir.
27. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (400x12=4800 manat) mütənasib olan 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ödənilməmiş 68 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3992/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Ödənilməmiş - 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova