Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1817/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı“xxxxxxxxxxxxxx” x2 Cavabdeh qarşı pul təbəinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında 10 iyun 2020-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” x4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” x4 iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs “x7” ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1950 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “x7” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavəyə əsasən fiziki şəxs “x6 Cavabdeh qarşı olan 1950 (bir min doqquz yüz əlli manat) manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh iddia verildiyi günə qədər ödəniş etməmişdir. Cavabdehin iddiaçı “xxxxxxxxxxxxxx” x3 olan 1950 (bir min doqquz yüz əlli) manat əsas borcu, 452.33 (dörd yüz əlli iki manat otuz üç qəpik) manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Bununla əlaqədar iddiaçı “xxxxxxxxxxxxxx” x4 Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat ödənilməmiş əsas borcun, 452.33 (dörd yüz əlli iki manat otuz üç qəpik) manat cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” x2 nümayəndəsi x8 tərəfindən məhkəmə iclasınadək teleqramla müraciət edərək, iddiaçının nümayəndəsinin məhkəmə baxış iclasında üzürlü səbəblərdən iştirak edə bilməməsini və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, nisyə alqı-satqı müqaviləsi öz adına götürsə də, əslində öz iş yoldaşı üçün götürdüyünü bildirmişdir. Lakin iş yoldaşı bir gün də olsa həmin müqavilə üzrə ödəniş etməmiş, bu barədə bir neçə aydan sonra bilsə də, həmin adamı tapa bilməmişdir.Soyuducu onun evinə heç vaxt gətirilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş fizikı şəxs “x5 ilə Cavabdeh arasında bağlanmış EUR0000011 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1950 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə ilkin ödənişsiz 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin nisyə alqı-satqı müqaviləsinə olan 15.07.2019-cu il tarixli əlavəsinə əsasən fiziki şəxs “x7”-in (VÖEN **********) cavabdehlə bağladığı EUR000011 saylı, 15.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş 14.02.2020-ci il tarixi maliyyə arayışına əsasən 15.07.2019-cu il tarixli EUR000011 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 14.02.2020-ci il tarixə “xxxxxxxxxxxxxx” MMC-yə borcu 1950 manat əsas borcu, 452,33 manat faiz borcu, cəmi 2402,33 manat təşkil etmişdir. Mülki işin materiallarında olan 15.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən Hitachi markalı soyuducu 15.07.2019-cu il tarixdə alıcı Cavabdeh təhvil verildi. Mülki işin materiallarından olan 15.07.2019-cu il tarixli EUR000011 saylı alqı-satqı müqaviləsinə əlavəsinə dair Cavabdeh 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 162.50 manat ödəmək şərt ilə Hitachi markalı soyuducu nisyə almışdır. Mülki işin materiallarında olan 14.02.2020-ci il tarixli bildirişə əsasən “xxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməməsinə görə 1432.33, ümumilikdə 2402.33 manat qalıq borcunun olması və ödənilməməsi nəticəsində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı “xxxxxxxxxxxxxx” x4 ilə Cavabdeh arasında bağlanmış 15.07.2019-cu il tarixli alqısatqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işə əlavə edilmiş mateiallardan müəyyən olunur ki, Cavabdeh 15 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən fiziki şəxs “x7” ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1950 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “x7” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavəyə əsasən fiziki şəxs “x6 Cavabdeh qarşı olan 1950 (min doqquz yüz əlii manat) manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı “xxxxxxxxxxxxxx” x3 1950 (bir min doqquz yüz əlli) manat əsas borcu, 452.33 (dörd yüz əlli iki manat otuz üç) manat cərimə borcu yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki,Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat məbləğində əsas borc tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” x3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 15 iyul 2019-cu il tarixli müqavilənin 2.4.4-cü bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə, hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Lakin məhkəmə 1950 manat məbləğində əsas borca tənasübsüz olaraq 452.33 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 452.33 manat məbləğində cərimə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki,1950 (bir min doqquz yüz əlli) manat məbləğində əsas borc və 20 manat hesablanmış dəbbə pulu, ümumilikdə 1970 manat məbləğində olan borc iddiaçı Cavabdeh tutularaq cavabdeh iddiaçı “xxxxxxxxxxxxxx” x4 ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxxxxxxxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 27 (iyirmi yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” x2 iddiası qismən təmin edilsin. Cavabdeh 1950 (bir min doqquz yüz əlli) manat əsas borcu, 20 (iyirmi) manat cərimə pulu olmaqla, ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş)manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” x3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” x3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1817/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1817/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver