Məhkəmə qərarları › İş №2(010)-1822/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1822/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1822/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qizindan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4197,88 manat əsas, 1.27 manat faiz cəmi 4199,15 manat və dövlət rüsumu olaraq ödənilmiş 62 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu iİ tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 4199,15 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 4197,88 manat əsas, 1.27 manat faiz cərimə, cəmi 4199,15 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “AZEMİS” elektron Məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində onunla "xxxx" Kommersiya Bankı ASC arasında 1740rstBank/19 saylı Kredit Müqaviləsinə əsasən 4678.43 azn məbləğində illik l(bir) faiz olmaqla 45 (qirx beş) ay müddətinə daha əvvəl mövcud olmuş kredit restruktruzasiya olunmuşdur. Həmin kredit müqaviləsinə görə ona sabit ödəniş qrafiki verilmişdir. Həmin ödəniş qrafıkinə görə 2020-ci ilin dekabr ayından başlayaraq hər ay onun tərfındən ödənişləri həyata keçirilir, gecikdirməsi də olmayıb. Eyni zamanda o işsizdir, qeyd olunan məbləği birdəfəlik ödəmək iqtidarında deyil. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbində qeyd olunan məbləği birdəfəlik ödəmək iqtidarında olmadığını bildirmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixində onunla "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 1740rstBank/19 saylı Kredit Müqaviləsinə əsasən ödənişləri sabit qaydada qrafikə əsasən ödəməkdən imtina etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, "borcun tutulması” tələbi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-ci il tarixli 1740rstBank/19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı – “Bank”, Cavabdeh– “Müştəri” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə illik 1% ödəmək şərtilə 4723,11 manat məbləğində kredit limiti verilmişdir. Həmin Müqavilənin 3.5-ci bəndinə görə “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın vaxtından əvvəl borcun qaytarılmasını tələb etmək hüququ yaranır. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda (hər ayın 20) ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh Ödəniş cədvəli ilə müəyyən olunmuş krediti və onun faizlərinin ödənilməsi dövriliyini dəfələrlə pozmuşdur. İş materiallarına əlavə olunmuş 28 dekabr 2021-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh xx.xx.2019-ci il tarixli 1740rstBank/19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməməsi barədə Pretenziya məktubu ilə diyivə İş materiallarında olan İddiaçı 01 mart 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci iİ tarixli kredit müqaviləsinə əsasən 4197,88 manat əsas, 1.27 manat faiz, cəmi 4199,15 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-ci iİ tarixli Kredit müqaviləsini “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozmuş və bu hal tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.5-ci bəndinə görə Banka (iddiaçıya) vaxtından əvvəl borcun qaytarılmasını tələb etmək hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 4197,88 manat məbləğində əsas, 1.27 manat məbləğində faiz cərimə olmaqla cəmi 4199,15 manat məbləğində borcun tutulması barədə iddia tələbi təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı xeyrinə Cavabdeh 4197,88 manat əsas, 1.27 manat faiz, cəmi 4199,15 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 62 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təsvir olunanlara əsasən, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iş üzrə iddiaçı tərəfindən 62 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4197.88 manat əsas borc, 1.27 manat faiz borcu və 62 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4261.15 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar