Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-183/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzi və X1 olmaqla) “fərdi yaşayış sahəsində qanunsuz kafenin fəaliyyətinin dayandırılması” tələbinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzi və X1 olmaqla) “fərdi yaşayış sahəsində qanunsuz kafenin fəaliyyətinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mikayıl Müşfiq 130-da qanunsuz fəaliyyət göstərən kafenin fəaliyyətinin dayandırılması və anasının ölümünə səbəb olan (evə hücum çəkən) şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. AR MPM-nin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzi və X1 olmaqla) “fərdi yaşayış sahəsində qanunsuz kafenin fəaliyyətinin dayandırılması” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-183/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-183/2025
10.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver