Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1858/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 16000 (on altı min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə ondan 16000 manat məbləğində borc pul almışdır. Bu barədə aralarında Bakı şəhəri 51 saylı notariat kontorunda kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2020-ci il tarixə kimi 16000 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Borcu qaytarması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymamış və ona olan borcunu qaytarmamışdır. Buna görə də cavabdehdən borcun tutulmasını məhkəmə qaydasında tələb etmək zərurəti yaranmışdır. Hesab edir ki, 16000 manat məbləğində pul vəsaitinə dair cavabdehlə onun arasında müqavilə bağlanıldığından, müqavilənin müddəti başa çatdığından, cavabdeh müqavilə üzrə müəyyən olunmuş müddətdə öhdəliyi icra etmədiyindən həmin pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehin ona 16000 manat məbləğində borcu olmuşdur. Lakin borcun 2500 manatlıq hissəsi ilə bağlı aralarında razılığa gəlmişlər. Belə ki, cavabdeh ona 2500 manat olan paltaryuyan və qabyuyan maşın alıb vermişdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, cavabdehə 13500 manat məbləğində borcu var. Lakin borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında notariat qaydasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, müqaviləyə əsasən İddiaçı Cavabdeh oğluna 16000 (on altı min) manat məbləğində pul verir, Cavabdeh krediti xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 16000 manat məbləğində borc pul verilmiş, bununla bağlı tərəflər arasında notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanılmış, Cavabdeh borc aldığı pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilə öhdəliklərini pozaraq lazımınca icra etməmişdir. Bu səbəbdən İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcu qaytarmamaqla üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü borc tələbi qismən əsaslıdır. Belə ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq müvafiq məbləği ödəməli olduğu borcu ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iclasında izahat verən iddiaçı borcun əvəzinə ona cavabdeh tərəfindən 2500 manat dəyərində məişət avadanlığı alındığını, beləliklə, borcun 2500 manatlıq hissəsi ilə bağlı aralarında razılaşdıqlarını bildirmişdir. Belə olan halda məhkəmə iddiaçının izahatını nəzərə alaraq hesab edir ki, müvafiq müqavilə üzrə yaranmış 16000 manat borcun 2500 manatının tərəflər arasında razılaşdırılaraq ödənildiyi nəzərə alınmaqla iddia qismən təmin edilməli, cavabdehdən ödənilməmiş 13500 (on üç min beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1858/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1858/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver