Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1862/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 7000 manat məbləğində pulun, 90 manat dövlət rüsumunun, ümumilikdə 7090 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh 2004-cü ildən tanıyıram. Uzun müddət birlikdə işləmişik. Sonradan işdən çıxası olduq və hərəmiz ayrıayrı yerlərdə işləməyə məcbur olduq. Lakin əlaqəmizi kəsmədik. Sonradan ailəmə məxsus evimiz plana düşdü və bizə bunun qarşılığında müəyyən məbləğdə kompensasiya ödənildi. Mən də həmin ərəfələrdə işsiz qaldığımdan həmin puldan müəyyən qədər götürərək biznes qurmaq üçün istifadə etməyə başladım. Belə ki, Türkiyə Respublikasından geyim və müxtəlif cehizlik mallarını gətirərək satışı ilə məşğul olmağa başladım. Daha sonra Cavabdeh mənim bu işimdən xəbər tutduqdan sonra mənə malların satılmasında köməklik göstərəcəyini söylədi. Aramızdakı şifahi razılaşmaya əsasən Cavabdeh məndən malları əvvəlcədən nisyə götürəcək, daha sonra satdıqdan sonra pulunu ödəyəcəkdi. Lakin cavabdehin malları məndən götürdükdən xeyli müddət sonra götürdüyü malların pulunu ödəmədiyini gördükdə şübhələndim. Evlərinə gedərək pulu ondan istəməyə çalışdım. Lakin cavabdeh hər səfərində müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınırdı. Mən də əvəzində onunla iş birliyinə xitam verməli oldum. Sonradan, uzun sürən mübahisələrimizdən sonra Cavabdeh hissə-hissə olmaq üzrə götürdüyü malların dəyərinin bir qismini, yəni 10000 manatını ödəməli oldu. Lakin 7000 manatı hələ də onun tərəfindən ödənilməmişdir. Buna dair cavabdehdən yazılı iltizam almışam. Cavabdeh tərəfindən imza atılan 26 dekabr 2021-ci il tarixli iltizam sənədində Cavabdeh qeyd etmişdir ki, “Mən Cavabdeh (AZE №********, FİN: xxxxxxx, ASAN 4, tel: *** *** ** **) olaraq aşağıda imza edənlərin iştirakı ilə bildirirəm ki, mən 2019-cu il dövründə davamlı olaraq İddiaçı (AA №1532484, FİN: İLFSBNH, ASAN 4, tel: *** *** ** **) 17000 (on yeddi min) manat dəyərində geyim və müxtəlif (cehizlik) mallarını dəyərinin geri qaytarılmaq şərti ilə nisyə götürmüşdüm. Həmin malların dəyərindən hazırda 10000 (on min) manat pulu İddiaçı qaytarmışam. Hazırda mənim İddiaçı 7000 (yeddi min) manat borcum qalmışdır və tezliklə ödəyəcəyimə iltizam verirəm və qanuni məsuliyyətini daşıyacağıma imza edirəm. İltizam mənim sözlərimlə kompüterdə yazıldı, oxudum və doğruluğunu öz imzamla təsdiq edirəm”. Lakin buna baxmayaraq, Cavabdeh 26 dekabr 2021-cü il tarixdən bu günədək bir manat belə ödəniş etməmişdir. Hazırda mənimlə heç bir əlaqəyə girmir, borcunu qaytarmaqdan yayınır. Bununla bağlı pulun 5 gün müddətində ödənilməsi ilə cavabdehə 05 aprel 2023-cü il tarixində bildiriş göndərmişdim, lakin heç bir ödəniş olmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət edirəm”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə vəkilin yanında razılığa gəlmişlər ki, borcu ona ödəsin. Cavabdeh bununla bağlı iltizama da qol çəkmişdir. Həmin vaxt cavabdeh ona iltizama ehtiyac olmadığını, hər ay ona pul ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq borcunu ödəməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. xx.xx.2021-ci il tarixli, Cavabdeh, İddiaçı və X3 tərəfindən imzalanmış “borcun etirafı barədə” iltizamda qeyd edilmişdir ki: “Mən, Cavabdeh (AZE № ********, FİN xxxxxxx, ASAN-4, tel: 077 218 00 10) olaraq aşağıda imza edənlərin iştirakı ilə bildirirəm ki, mən 2019-cu il dövründə davamlı olaraq İddiaçı (AA № 1532484, FİN xxxxxxx, tel: 070 505 27 72) 17000 manat dəyərində geyim və müxtəlif (cehizlik) mallarını dəyərinin geri qaytarılmaq şərtilə nisyə götürmüşdüm. Həmin malların dəyərindən hazırda 10000 manat pulu İddiaçı qaytarmışam. Hazırda mənim İddiaçı 7000 manat borcum qalmışdır və tezliklə ödəyəcəyimə iltizam verirəm və qanuni məsuliyyət daşıyacağıma imza edirəm”.
İşin faktiki halları.
6. Cavabdeh xx.xx.2021-ci il tarixdə “borcun etirafı barədə” iltizam imzalayaraq iddiaçıdan 17000 manat dəyərində nisyə mal aldığını, həmin malın pulundan 10000 manat ödədiyini, 7000 manat borcu qaldığını, bu pulu ödəyəcəyini bildirmişdir.
Tətbiq edilən hüquq.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
9. İşin hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuş, iddiaçı cavabdehə nisyə mal satmış, cavabdeh də aldığı malın pulunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmiş, müqavilə üzrə ödənilməmiş 7000 manat məbləğində borcu qalmışdır.
10. İş materiallarında olan “borcun etirafı barədə iltizam”dan görünür ki, Cavabdeh İddiaçı ilə aralarında nisyə alqı-satqı müqaviləsinə bağlı münasibətlər olduğunu, bu münasibətlər çərçivəsində iddiaçıdan nisyə mal aldığını, aldığı malın pulunun bir hissəsini qaytardığını, lakin 7000 manat borclu qaldığını etiraf etmiş, borcunu tezliklə qaytaracağını bildirmişdir.
11. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, borcluya mal vermişdir. Borclu isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
12. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
13. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul və 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
15. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul və 90 (doxsan) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva