Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1879/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X17, cavabdeh "xxxx" MTK-nin vəkili X11, Cavabdeh2 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil - Tikinti Kooperativi, Cavabdeh3, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab olunması; mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 Mənzil - Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X6 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması; onun (iddiaçının) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili X17 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki iddiaçı ilə Cavabdeh1 Mənzil – Tikinti Kooperativi arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 29 saylı Müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edərək, mənzilin dəyərini – 27.440 (iyirmi yeddi min dörd yüz qırx) manatı cavabdehə tam şəkildə ödəmiş və cavabdeh tərəfindən təqdim olunmuş 09 iyul 2013-cü il tarixli, 35 nömrəli Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə Arayış ilə cavabdehə heç bir borcu qalmaması təsdiq edilmişdir. Artıq 8 ilə yaxın müddət keçməsinə və yaşayış binasının tikintisinin başa çatmasına baxmayaraq, bu günədək həmin mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə dair cavabdehlə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında: X5 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr məhkəməyə təqdim edilmişdir. Bu müqavilələrdən aydın olur ki, onlar saxtadır, sadəcə görünüş üçün bağlanmışlar və cavabdeh bununla iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozulması məqsədini güdür. Belə ki, Cavabdeh3 ilə 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilə görünüş üçün bağlandığından uydurma əqddir. Müqavilənin MTK-nın sədri Cavabdeh3 ilə özü arasında imzalanması faktı onun qanuna zidd olmasını təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Lakin adı çəkilən “müqavilədə” iki tərəfin razılaşdırılmış iradə ifadəsi mövcud olmadığından, mülki qanunvericiliyin tələbinə görə, o, bağlanmış hesab edilə bilməz. X5 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr isə iddiaçı ilə cavabdeh arasında 09 iyul 2013-cü ildə imzalanmış müqavilədən, həmçinin ddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsindən sonra, beləliklə də iddiaçının həmin mənzilə dair sərəncam və istifadə etmək hüququ yarandıqdan - müvafiq olaraq 3 ay, 1 il, 5 il, 6 il keçdikdən sonra bağlanmışdır. Yəni cavabdeh artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından bu müqavilələr qanuna uyğun hesab edilə bilməz. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin maddəyə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Bunlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci, 385-ci, 425.1-ci, 425.2-ci, 430.1-ci, 452.1-ci maddələrinə istinad edərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi qismində izahat verən onun vəkili X11 iddia tələbi ilə razılaşmayaraq göstərdi ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə X18 arasında podrat müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən podratçı MTK-nın inşa etdiyi binanın 1,2,3,4-cü mərtəbələrində işlər görülməsini öhdəsinə götürmüşdür. Bunu müqabilində MTK podratçı X12 və onun xahişi ilə digər bir şəxsin adına müvafiq olaraq 58 və 277 saylı mənzillərin verilməsini öhdəsinə götürmüşdür. Lakin podratçı tərəfindən həmin işlər natamam görüldüyünə görə 277 saylı mənzillə bağlı İddiaçı adına rəsmləşdirilmişdir. Əslində isə sonuncu mənzilə görə heç bir ödəniş etməmiş və formal xarakter daşıyan müqavilə "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyinin protokolu və əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda mübahisəli mənzillə bağlı bütün sonradan bağlanmış müqavilələr qanuna uyğun və etibarlı müqavilələr hesab edilməlidilər. Belə olan halda iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi qismində izahat vermiş onun vəkili X13 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh4 30590 alınmış, bundan sonra isə kooperativin sədri Cavabdeh3 tərəfindən həmin mənzilin onun adına keçirilməsinədair 32 saylı müqavilə bağlanmışdır. Belə olan halda isə Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəllənin 182-ci maddəsinin tələblərinə görə vicdanlı alıcıdır. Belə ki, sonuncu aldığı vaxtdan mənzilə sahiblik etməyə başlamış və 20000 manatdan artıq vəsaiti mənzilin təmirinə xərcləmişdir. Digər tərəfdən İddiaçı 09 iyul 2013-cü il tarixdə daşınmaz əmlakla bağlı imzaladığı müqavilənin bağlanmasından 8 il ötdükdən sonra mübahisələndirir, bu isə ona dəlalət edir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə olan halda bu əsaslara görə də iddiaçının tələbi əsassız olduğuna görə təmin edilmməlidir. Bunlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1, X5, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı tələblərini əsaslandıraraq məhkəmə təqdiqatına təqdim etdiyi Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) İddiaçı arasında bağlanmış 09.07.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş 09.07.2013-cü il tarixli 35 saylı “mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə”arayışdan görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, evin 4 giriş, 8 mərtəbəsi 277 saylı 1 otaqlı (68,6 kv.m) Cavabdeh3 adına olan mənzil İddiaçı adına keçirilmiş və sonuncunu MKT-nə borcu yoxdur. İş üzrə cavabdehlər Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili, eləcə də Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən iddia tələblərinin əsassız olmasına dair sübutlar kimi aşağıdakılar təqdim olunmuşdur: - Cavabdeh1 MTK-nin sonradan (Sifarişçi) adlanacaq sədri Cavabdeh3 ilə (podratçı) X18 arasında bağlanmış 01.03.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, “Sifarişçi” Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26.03.2005ci il tarixli, 126 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində 4 girişli çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində betonmozaika işlərinin (hər kv. M üçün 10 AZN), 1-2-3-4 girişlərdə blok və pilləkən qəfəsində malyar işləri (hər kv. Metr üçün 5 5 AZN), qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv. M 5 AZN), qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv. Metr 10 manat), 1-2 girişlərdə 13-14-15 mərtəbələrdə və 3-4 girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xəttlərinin çəkilməsi işlərinin görülməsini “Podratçı”ya tapşırır. Həmin Müqavilınin 2.2-ci bəndinə və Akta əsasən “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqlənməsindən sonra razılaşmış mənzillər qüvvədə olur. X20 №1 olan razılaşma protokulana görə müqavilədə qeyd olunan mənzillərdən biri – giriş 1, 13-cü mərtəbəsində yerləşən sahəsi 71,2 kv. metr təşkil edən 58 saylı mənzildir. X10 görə ytuxarıda göstərilən mənzilin satış müqaviləsi “Podratçı” tərəfindən işlər tam başa çatdırıldıqdan, təqdim olunan AKT (forma 2) əsasında təhviul verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada "xxxx" MTK tərəfindən ləğv ediləcəkdir. -Cavabdeh1 MTK üzvlərinin və “Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli Protokolu ilə qərara alınmışdır ki, fiziki şəxs X18 ilə bağlanmış podrat müqaviləsinə əsasən podrat işləri tam görülmədiyi üçün, müqaviləyə əlavə edilmiş razılıq protokolunda göstərilən 277 saylı mənzilin podrat müqaviləsinə əsasən işlər üçün verilmiş 277 saylı mənzil barədə X3 adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyə arayışı ləğv və etibarsız hesab edilmişdir. -Cavabdeh1 MTK-nin sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri ilə X18 ilə bağlanmış 01.03.2013-cü il tarixli Podrat müqaviləsinə və bu müqaviləyə əlavə olunan razılaşma protokoluna əsasən X9 adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı Müqavilə (giriş 4, mərtəbə 8, 1 otaqlı, 68,6 kv.m, 277 saylı mənzil) ləğv edilmişdir. -Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmışdır. -Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) X5 arasında bağlanmış 07.10.2013-cü il tarixli 53 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil X2 adına keçirilmişdir. -Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh4 arasında bağlanmış 19.02.2014-cü il tarixli 20 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında X2 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh4 adına keçirilmişdir. -Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri X14 ilə (payçı) Cavabdeh5 arasında bağlanmış 28.12.2018-ci il tarixli 22 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh4 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh5 adına keçirilmişdir. -Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri X14 ilə (payçı) Cavabdeh2 qəzı arasında bağlanmış 07.12.2019-cu il tarixli 32 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTKnə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh5 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, 09.07.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmiş və iddiaçı tərəfindən mənzilin dəyəri MTK-ya tam olaraq ödənilmişdir. Həmin hallar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə (09 iyul 2013-ğü il tarixli müqavilə və maliyyə arayışı ) ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflər arasında müqavilə rəsmləşdirildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququn əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Sadalanana xüsusatları və qeyd olunan qanunvericilik aktı normalarının tələblərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzilil alınması haqqında müqaviləyə əsasən kooperativ tərəfindən sözügedən mənzilin payçıya verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri – 27440 manatın vaxtında ödənilməsini öhdəsinə götürərək, 09.07.2013-cü il tarixli 35 saylı arayışa əsasən isə iddiaçının "xxxx" MTK-nə borcu qalmaması ona dəlalət edir iddiaçı sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir. Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X6 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli; Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli; Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli; Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr etibarsız hesab olunmalı və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüququ tanınaraq həmin mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulmalı və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsi cavabdehlərə qadağan edilməlidir. Bununla belə məhkəmə iddia tələblərini qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi bu mənada əsassızdır ki, hüquqi şəxs hesab olunan "xxxx" MTK Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan mülki-hüquq münasibətlərinin iştirakçısıd və Mülki Məcəllənin 390.1.-ci maddəsinin müddəalarına uyğun olaraq azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirmək və bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlamaq səlahiyyəti olmuşdur. Belə olan halda Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə fiziki şəxs Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcüd olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsi hissədə iddia tələbi əsassızdır. Həmçinin məhkəmə hesab edir ki,iddiaçı iddia tələbində cavabdehlərlə yanaşı, digər şəxslərin iddiaçıya mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsini təıləb etmiş, lakin həmin şəxslərin konkret kimlərdən ibarət olduğunu göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcburi edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəməm icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanana icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan iş üzrə tərəf olmayan çıxslırin üzərinə hər hansı vəzifə qoyula, iddiaçı tərəfindən cavabdeh qismində cəlb olunmamış və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbi təmin oluna bilməz. Bu baxımdan cavabdeh "xxxx" MTK-nin nümayəndəsinin iddianın əsassız olması barədə dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus olan mənzillə əlaqədar bağlanmış müqavilə ləğv edilmədən "xxxx" MTK-nin cavabdeh X6 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr bağlana bilməzdi. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda, qeyd edilən mənzillə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakları olmadan, həmin müqavilənin tərəfi olmayan şəxslər, yəni cavabdehlər X6 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq, iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Yuxarıda sadalanan qanunvericilik aktı normalarının müəyyən etdiyi qaydalara əsaslanaraq isə məhkəmə cavabdehin dəlilləri ilə əlaqədar onu da qeyd edir ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzil alınması haqqında müqavilə rəsmləşdirildikdən sonra cavabdehin nümayəndəsi bildirdiyi qaydada (Cavabdeh1 MTK üzvlərinin və “Payçı”larının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli Protokolu ilə 277 saylı mənzil barədə X3 adına sənədləşdirilmiş 09.07.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyə arayışı ləğv və etibarsız hesab edilməsi və Cavabdeh1 MTK-nin sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri əsasında) müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanuna zidd və yolverilməzdir. Eyni əsaslarla məhkəmə Cavabdeh2 müqavilə bağladığı zaman vicdanlı alıcı olduğuna dair dəlilləri ilə razılaşmayaraq bir da qeyd edir ki, iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan sonrakı, o cümlədən Cavabdeh2 ilə MTK arasında müqavilələr bağlanması ona dəlalət edir ki, mənzilə dair qeyd edilən (sonrakı) müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışlar. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçının tələbi əşya hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 384.0.4cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh2 iddia tələbinin tətbiq edilməsi barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X6 ilə bağlanmış 53 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə bağlanmış 20 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə bağlanmış 22 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr etibarsız hesab olunsun. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınsın və həmin mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulsun. İddiaçı həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsi cavabdehlərə qadağan edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1879/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1879/2021
15.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver