Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-188/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı QSC BOKT -un Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6075 (altı min yetmiş beş) manat məbləğində əsas borc, 5524.11 (beş min beş yüz iyirmi dörd manat, 11 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 11599.11 (on bir min beş yüz doxsan doqquz manat, 11 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-in xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan **-ND-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı minik avtomobili (buraxılış ili 2011, Ban -XTA210740BY029150 rəngi - qara metal) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X5 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh Afıq oğluna dair sənədlər S-AVK-1376 saylı, 10 noyabr 2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında 19.01.2012-ci il tarixdə, 30 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə 24 ay müddətinə 6160 (altı min bir yüz altmış) manat məbləğində kredit verilmişdir. 23.01.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-ND-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı minik avtomobili (buraxılış ili 2011, Ban -XTA210740BY029150 rəngi - qara metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 20.01.2012-ci il tarixli, AA seriyalı, 032200 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 6160 (altı min bir yüz altmış) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. (5.5. bənd) kreditin vəsaitnin istifadə müddəti 19 yanvar 2014-cü il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə 'əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 20 (iyirmi) faiz ödəyir.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 6075 (altı min yetmiş beş) manat məbləğində əsas borc, 5524.11 (beş min beş yüz iyirmi dörd manat, 11 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 11599.11 (on bir min beş yüz doxsan doqquz manat, 11 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödəilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bügünədək yerinə yetirilməmişdir. Odur ki, Cavabdeh 6075 (altı min yetmiş beş) manat məbləğində əsas borc, 5524.11 (beş min beş yüz iyirmi dörd manat, 11 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 11599.11 (on bir min beş yüz doxsan doqquz manat, 11 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC- nin xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan **-ND-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı minik avtomobili (buraxılış ili 2011, Ban -XTA210740BY029150 rəngi - qara metal) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında olan İddiaçı QSC BOKT-un etibarnamə üzrə nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili X3 mübahisəyə dair iddia müddətinin tətbiq edilərək iddia tələblərinin rədd edilməsi barədə ərizə ilə müraciət edərək, xxxx ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 30 nömrəli kredit müqaviləsi bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin 19 yanvar 2014-cü il tarixdə saat 17:00-da bitdiyi nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməklə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında 19.01.2012-ci il tarixdə, 30 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməkləi 24 ay müddətinə 6160 (altı min bir yüz altmış) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2012-ci il tarixində ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-ND-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı minik avtomobili (buraxılış ili 2011, Ban -XTA210740BY029150 rəngi - qara metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 19.01.2012-ci il tarixli ərizəyə əsasən, VAZ 21074 markalı avtomobil almaq üçün ona 24 ay müddətinə 6160 (altı min bir yüz altmış manat) manat məbləğində kredit verilməsinə icazə verilməsini xahiş etmişdir. Kreditin təminatı kimi həmin avtomobil girov qoyulmuşdur. İş materiallarında olan DİN DYP BDYP-nin Qeydiyyat imtahan şöbəsi tərəfindən verilmiş 20 yanvar 2012-ci il tarixli AA seriyalı 032200 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışa əsasən, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs qismində - Cavabdeh, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxs qismində “xxxx” ASC-nin Binəqədi filialı qeyd edilmiş və İpoteka Müqaviləsinin qeydiyyat haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Cavabdeh 20.02.2013-cü il tarixli bildirişə əsasən, banka olan 7077 manat məbləğində ödəniməmiş borcun ödənilməməsi təqdirdə, “xxxx” ASC borcun vaxtından əvvəl tələb edərək tutmanı ipotekaya yönəldəcək və kreditin vaxtında qaytarılmadığına görə 1904 manat məbləğində dəbbə pulu hesablanacaqdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-ə göndərilmiş məktuba əsasən, Cavabdeh mülkiyyətində olan **-ND-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı minik avtomobili (buraxılış ili 2011, Ban - XTA210740BY029150 rəngi - qara metal) ipoteka müqaviləsi ilə yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. Bununla əlaqədar ipotekaqoyan Cavabdeh göndərilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişi “İpoteka haqqında” AR Qanunun 36cı maddəsində göstərilən qaydada qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan 19.02.2012-ci il tarixli kredit müqaviləsinə əlavə edilən ödəniş planına əsasən, iddiaçı cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 20% olan, aylıq ödənilməli məbləğ 313,52 manat olan ödəniş qrafiki müəyyənləşdirilmişdir. İş materiallarında olan 01.01.2017-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya 23.01.2014-cü il tarixli 30 saylı kredit müqaviləsi üzrə cavabdehin 01.01.2017-ci il tarixinə 6075 (altı min yetmiş beş) manat məbləğində əsas borc, 5524.11 (beş min beş yüz iyirmi dörd manat, 11 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 11599.11 (on bir min beş yüz doxsan doqquz manat, 11 qəpik) məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC BOKT tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə verilmiş 22.11.2019-cu il tarixli ərizəyə əsasən, halhazırda Cavabdeh Bank qarşısında bağlanmış 19.01.2012-ci il tarixli 30 saylı kredit müqaviləsindən irəli gələn yaranmışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, 19.11.2019-cu il tarixdə bildiriş ipotekaqoyana təqdim edilmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü bəndinə əsasən “Bildirişin qeydiyyata alınmasına dair” ərizəni dövlət qeydiyyatına alıb bir nüsxəsini “X5 Edilməsi Agentliyi”nə təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı “İddiaçı QSC” BOKT-un Cavabdeh ünvanlanan 19.11.2019-cu il tarixli görünür ki, Cavabdeh 19.08.2017-ci il tarixli kredit razılaşması üzrə ödənilməli olan məbləğin ödənilməsindən yayınması göstərilməklə, bu barədə müvafiq orqanlara müraciət olunması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından iddiaçı “İddiaçı QSC” BOKT ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsi tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında 19.01.2012-ci il tarixdə, 30 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə 24 ay müddətinə 6160 (altı min bir yüz altmış) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 19.01.2014-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Belə olduğu təqdirdə isə iddia müddəti 19.01.2017-ci il tarixdə başa çatmış, iddia ərizəsi ilə məhkəməyə 3 il 6 ay 11 gündən sonra – 30.07.2020-ci il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh Afiq oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-188/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-188/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver